Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-636/2021 16.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh5 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Quba rayonu, İ Nügədi kəndində yerləşən cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 0,51 ha torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli, **********11 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X3 iddianı müdafiə edərək, təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh5 iddianı qəbul etməyərək, təmin edilməməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməli və iddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə ərizə vermək hüququ izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. İddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 0,51 ha torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixli, **********11 reyestr nömrəli çıxarışın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin iş materillarından görünür ki, mübahisə predmeti olan torpaq sahəsi alğı-satqı əsasında özgəninkiləşdirilməmişdir. İddiaçı cavabdehin adına tərtib edilmiş çıxarışın qanunsuz olduğunu iddia edir. Məhkəmə hesab edir ki, iddiaçı ilk öncə çıxarışın qanunsuz olduğundan ləğv edilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etməli, həmin orqan onun tələbini icra etməkdən və mübahisəli torpaq sahəsi üçün tərtib edilmiş hazırki çıxarışı ləğv etməkdən imtina etdiyi təqdirdə mübahisənin həlli üçün inzibati məhkəməyə müraciət etməlidir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli Qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının ərizəsinə aidiyyəti üzrə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan, Azərbaycan Respublikası Ali Məhkəməsinin irəli sürdüyü mövqeyə əsasən isə belə işlərin aidiyyəti üzrə ümumi məhkəmələrdən inzibati məhkəmələrə göndərilməsinə yol verilmədiyindən iş üzrə icraata xitam verilməli və iddiaçıya hazırki ərizə ilə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə qanunvericiliyin qeyd edilən normasını əsas tutaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair ərizəsi üzrə mülki iş məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 261, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçıya izah olunsun ki, onların hazırki iddia ilə inzibati məhkəmə icraatı qaydasında aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-636/2021
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-636/2021
16.04.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver