Məhkəmə qərarları › İş №2(027)-641/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-641/2025

30.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-641/2025 30.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi, İddiaçı, Cavabdeh1, QUBA regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Nəriman oğlu və Cavabdeh3nə qarşı “doğum haqqında akt qeydinin ləğv edilməsi, atalığın müəyyən edilməsi və doğum haqqında yeni şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə mülki işə QUBA Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Nəriman oğlu və Cavabdeh3nə qarşı “doğum haqqında akt qeydinin ləğv edilməsi, atalığın müəyyən edilməsi və doğum haqqında yeni şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu X5 xx.xx.2024-cü il tarixdə verilmiş AZ V № 032784 nömrəli (qeydiyyat nömrəsi 1759) doğum haqqında şəhadətnaməsinin verilməsi üçün əsas olmuş müvafiq doğum akt qeydinin ləğv edilməsi, QUBA rayonu, Vəlvələ kəndində yaşayan Cavabdeh1 X3 atası olması faktının müəyyən edilməsi, o cümlədən yeni doğum haqqında akt qeydində «uşaq haqqında məlumat» qrafasında uşağın atasının adının «Həmid oğlu», «ata haqqında məlumat» qrafasında isə uşağın atası olaraq «Cavabdeh1» yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2018-ci il tarixdə QUBA rayonu, 2-ci Nügədi kənd sakini Cavabdeh2 ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan uşaqları olmamışdır. Bir müddət sonra xasiyyətləri uyğun gəlmədiyindən, Samirin əsassız mübahisələrindən, dözülməz xasiyyətindən bezdiyinə görə ayrılmağa və nikahın pozulmasına qərar vermişdir. Bununla bağlı 2022-ci ildə nikahın pozulması ilə bağlı QUBA rayon məhkəməsinə müraciət etmiş, məhkəmə ailə münasibətlərinin bərpa edilməsinə kömək etmək məqsədilə nikahın pozulmasını 3 ay müddətinə təxirə salmış, barışmağı üçün şərait yaratsa da, heç bir xeyri olmamışdır. Nəticədə QUBA rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(027)-1812/2022 nömrəli qətnaməsi ilə nikah pozulmuşdur. Samir Hacyevlə nikah münasibətləri başa çatdıqdan sonra QUBA rayonu, Vəlvələ kənd sakini Cavabdeh1 ilə münasibətləri yaranmış, rəsmi nikahı olmasa da, onunla ər-arvad münasibətlərində birgə yaşamağa başlamış və hazırda da Cavabdeh1 QUBA rayonu, Vəlvələ kəndində yerləşən evində yaşayır. xx.xx.2023-cü il tarixdə onun Həmiddən Rəşid adlı oğlu doğulmuşdur. Onunla nikahda olmuş Cavabdeh2 uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır. O, uşağı Rəşid üçün xx.xx.2024-cü il tarixdə doğum haqqında şəhadətnamə alan zaman uşağın soyadını öz qızılq soyadına uyğun olaraq «Tahirov» kimi, uşağın atasının adını isə onun istəyi ilə «Samir» kimi yazdırmışdır. Hazırda uşağına verilmiş doğum haqqında şəhadətnamədə uşağının adı «X8» kimi qeyd olunmuşdur. Lakin, hazırda birgə yaşadığı Muradov X4 atası olduğundan uşağın doğum haqqında şəhadətnaməsinin yenisi ilə əvəz edilməsini, doğum haqqında şəhadətnamədə, o cümlədən doğum haqqında akt qeydinin «uşaq haqqında məlumat» qrafasında uşağın atasının adının «Həmid oğlu», «ata haqqında məlumat» qrafasında isə uşağın atası olaraq «Cavabdeh1» yazılmasına etiraz etmir. Bununla bağlı Cavabdeh1 QUBA rayon məhkəməsinə ərizə də ünvanlamışdır. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə QUBA Regional «Asan Xidmət» Mərkəzində Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş, lakin doğum haqqında akt qeydinin «uşaq haqqında məlumat» qrafasında uşağın atasının adının «Həmid oğlu», «ata haqqında məlumat» qrafasında isə uşağın atası olaraq «Cavabdeh1» yazılması üçün atalıq faktının müəyyən edilməsi məqsədilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bundan başqa, Cavabdeh1 Qusar 1 saylı Mediasiya Şurasına da müraciət etmiş, mediasiya prosesi keçirilmiş, lakin Cavabdeh2 gəlmədiyindən, onlara ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞQ-MT-027-2024-01718 nömrəli arayış təqdim olunmuşdur. Birgə övladının gələcəyi üçün, onun gələcək sənədlərinin qaydasında olması, gələcəkdə uşağın da öz doğma valideynlərinə qarşı hər hansı lüzumsuz sualın yaranmaması, onun normal tərbiyəsi və inkişafı üçün və s. belə halların qarşısının alınması məqsədilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh2 ilə 2018-ci il tarixdə nikaha daxil olmuş, 2020-ci il tarixdə Cavabdeh2 ayrılmış, 2022-ci ildə aralarındakı nikah rəsmi olaraq pozulmuşdur. Cavabdeh2 övladı olmamışdır. Samirlə rəsmi ayrılmadan Cavabdeh1la ailə münasibətlərinə girmiş və sonuncudan bir övladı olmuşdur. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək bildirdi ki, üç ildir İddiaçı ilə birlikdə yaşayır. xx.xx.2023-cü il təvəllüdlü Rəşid onunla Səbinənin birgə münasibətindən doğulmuşdur. Məhkəmə iclasında QUBA regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin nümayəndəsi X6 bildirdi ki, İddiaçı ilə Cavabdeh2 arasında olan nikah rəsmi olaraq pozulsa da, İddiaçı nikahın pozulmasından 300 gün keçmədən uşaq dünyaya gətirdiyindən uşağın doğum haqqında şəhadətnaməsində atası Cavabdeh2 göstərilmişdir. İddianın təmin olunmasına etiraz etmir. Məhkəmə əvvəlki iclasında iştirak edən zaman Cavabdeh2 nümayəndəsi X1 iddianı qəbul edərək bildirmişdir ki, Cavabdeh2 onun qardaşıdır. X10 Tahirova ilə evli olmuş, lakin birgə nikahdan uşaqları olmamışdır. Qardaşı xəstə olduğundan məhkəmə iclasında iştirak edə bilmir. Bununla bağlı cavabdehin nümayəndəsi ərizə təqdim edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixdə verilmiş AZ V № 032784 nömrəli doğum haqqında şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə QUBA şəhərində anadan olmuşdur. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında xx.xx.2024-cü il tarixdə 1759 nömrə ilə lazımi qeyd edilmişdir. Ata qrafasında Cavabdeh2, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan QUBA regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən Cavabdeh1 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunun məzmunundan görünür ki, QUBA regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış xx.xx.2024-cü il tarixli 1759 saylı doğum haqqında akt qeydinin “uşaq haqqında məlumat” qrafasında uşağın atasının adını “Həmid oğlu”, “ata haqqında məlumat” qrafasında isə uşağın atası olaraq “Cavabdeh1” yazılması üçün atalıq faktının müəyyən edilməsi məqsədilə aidiyyət üzrə məhkəməyə müraciət etmək hüququnuz vardır. Beləliklə də, işdə olan digər mötəbər sübutlarla müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh2 ilə 2018-ci il tarixdə nikaha daxil olmuş, 2022-ci ildə aralarındakı nikah pozulmuşdur. İddiaçı Cavabdeh2lə faktiki ayrılmış, lakin rəsmi qaydada boşanmadan 2022-ci ildə Cavabdeh1la ailə münasibətlərinə girmiş və Cavabdeh1 ilə faktiki ailə münasibətlərindən xx.xx.2023-cü il tarixdə Rəşid adlı uşaq doğulmuşdur. İddiaçı nikahın pozulmasından 300 gün keçmədən xx.xx.2023-cü il tarixdə Rəşid adlı uşağı dünyaya gətirmiş, ona görə uşağın doğum haqqında şəhadətnaməsində atası Cavabdeh2 göstərilmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-cü maddəsinə görə uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. İddiaçının deməsinə əsasən uşağın atası Cavabdeh1dur. Bu fakt Cavabdeh1 izahatı ilə, digər Cavabdeh2 nümayəndəsinin iddia qəbul etməsi ilə öz əksini tapmışdır. Cavabdeh1 müvafiq tələblə QUBA regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinə müraciət etmiş, şöbə daxil olmuş müraciətin həyata keçirilməsi imkan xaricində olduğu üçün məhkəməyə müraciət etməyi ərizəçiyə tövsiyə olunmuşdur. İş materiallarında ərizəçinin dəlillərini təkzib edən hər hansı sübut yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 45.1-ci maddəsinə əsasən uşaq, aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər; 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikası mülkiprosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Odur ki, iddia təmin edilməli, xx.xx.2023-cü il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixdə verilmiş və akt qeydləri kitabında 1759 nömrə ilə qeydə alınmış AZ-V № 032784 saylı doğum haqqında şəhadətnamə ləğv edilməli, QUBA rayonu, Vəlvələ kəndində yaşayan Cavabdeh1 xx.xx.2023-cü il təvəllüdlü Rəşid Tahirovun atası olması faktı müəyyən edilməli, uşağa yeni doğum haqqında şəhadətnamə verilən zaman doğum haqqında akt qeydində «uşaq haqqında məlumat» qrafasında adı “Rəşid”, soyadı “Muradov”, ata adı “Həmid”, ana qrafasında “İddiaçı”, ata qrafasında “Cavabdeh1” göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixdə verilmiş və akt qeydləri kitabında 1759 nömrə ilə qeydə alınmış AZ-V № 032784 saylı doğum haqqında şəhadətnamə ləğv edilsin. QUBA rayonu, Vəlvələ kəndində yaşayan Cavabdeh1 xx.xx.2023-cü il təvəllüdlü Rəşid Tahirovun atası olması faktı müəyyən edilsin. Atalığın müəyyən edilməsi uşağa yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Doğum haqqında akt qeydində «uşaq haqqında məlumat» qrafasında adı “Rəşid”, soyadı “Muradov”, ata adı “Həmid”, ana qrafasında “İddiaçı”, ata qrafasında “Cavabdeh1” göstərilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar