Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-731/2021 19.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxıb, M ü ə y y ə n e t d i m: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onun əmək hüquqlarını pozduğu üçün işdən çıxma müavinəti və son haqq-hesabın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, xx xxxxxx 2016-cı il tarixdə Cavabdeh yaratdığı “Şahdağ” Ticarət Mərkəzinə mebel ustası kimi işə cəlb olunmuşdur. xx xxxxxxx 2020-ci il tarixdə müəssisə ləğv edildiyi üçün işdən azad olunmuşdur. “Şahdağ Ticarət Mərkəzi”ndə işlədiyi müddətdə ona məzuniyyət verilməmiş, işdən çıxarkən verilməmiş məzuniyyətə görə pul və müəssisə ləğv edildiyi üçün işsiz qaldığı iki aylıq pul verilməmişdir. Ölkədə karantin rejimi olduğundan həmin dövrdə heç yerə bu barədə müraciət edə bilməmişdir. Cavabdeh ona həmçinin ödənilməmiş məzuniyyətə görə pul, son haqq-hesab və iki aylıq müavinət verməmişdir. Dəfələrlə ona müraciət etməsinə baxmayaraq hər dəfə pulunu verəcəyinə vəd etsə də, onu get-gelə saldığına görə X1 Quba Regional Ərazi Şöbəsinə müraciət etmişdir. Cavabdeh ona son haqq-hesab və işdən çıxma müavinəti vermədiyi üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və 700 manat məbləğində cərimə olunmuşdur. Buna baxmayaraq cavabdeh yenə də ona verməli olduğu son haqq-hesab və işdən çıxama müavinətini vermədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də göstərilənləri nəzərə alaraq iddianın əsaslı olduğundan təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddia ərizəsində əsas faktlar göstərilməmişdir. Belə ki, o, “Şahdağ Ticarət Mərkəzi”nin müdiri olsa da müəssisə faktiki olaraq başqasına məxsus olmuş və onlar tərəfindən maliyyələşdirilmişdir. Rəsmiyyətdə o,“Şahdağ Ticarət Mərkəzi”nin müdiri olmuş, işçiləri işə götürmək səlahiyyəti olub, onlarla, o cümlədən İddiaçı ilə əmək müqaviləsini o bağlamışdır. İddiaçıya əmək haqqı ilə bağlı bütün ödənişlər olub, lakin rəsmiləşdirilməmiş, verilən məbləğlər barədə onlarda sənəd yoxdur. Hesab edir ki, onun iddiaçıya son haqqhesab və işdən çıxma müavinəti ilə bağlı borcu qalmamışdır. Ona görə də iddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialarında olan İddiaçı adına olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı Zeynal oğlu xx.xx.2008-ci il tarixdə “Şahdağ”Ticarət Mərkəzinə mebel ustası kimi işə qəbul edilmiş, xx xxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası ƏMnin 70-ci maddəsinə əsasən (müəssisə ləğv edildikdə) əmək müqaviləsinə xitam verilmişdir. Mülki işin materiallarında olan əmək müqaviləsindən görünür ki, Azərbaycan Respublikası “Şahdağ” Ticarət Mərkəzi ilə İddiaçı xx.xx.2016-cı il tarixdə sonuncu əmək müqaviləsi bağlanılmışdır. Mülki işin materiallarında olan H.Əliyev prospekti pərakəndə satış üzrə xx.xx.2020-ci il tarixli 35 saylı əmrdən görünür ki, İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin «a» bəndinə əsasən (müəssisə ləğv edildikdə) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Mülki işin materiallarında olan inzibati tənbeh vermə haqqında xx xxxxxx 2021-ci il tarixli MN №0647115 saylı qərardan görünür ki, Cavabdeh işçinin əmək və məzuniyyət haqqlarının hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanuni pozuntularına yol verilməsinə görə AR İXM-nin 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 700 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclası zamanı tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, iddiaçı İddiaçı xx xxxxx 2008-ci il tarixdə Cavabdeh yaratdığı “Şahdağ” Ticarət Mərkəzinə mebel ustası kimi işə qəbul olunmuş, xx xxxxxxx 2020-ci il tarixli əmrlə müəssisə ləğv edildiyindən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı əmək haqqı 150 manat olmuşdur. Lakin İddiaçı işdən çıxamqla əlaqədar əmək haqqı və son haqq-hesab ödənilməmişdir. Həmçinin məhkəmə iclasında “Şahdağ” Ticarət Mərkəzi tərəfindən iddiaçıya əmək haqqı və son haqq-hesabın ödənilməsi öz təsdiqini tapmadı. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Ümumidünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsindəsində deyilir: “Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir” Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyasının 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyasının bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlalıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Konstitusiyasının 125-ci maddəsinin İİİ hissəsinə görə Məhkəmə Hakimiyyəti Konstitusiya, mülki və cinayət mühakimə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi məhkəmələr tərəfindən qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. (MPM-nin 6-cı maddəsi, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 8-ci maddəsi) Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunan və qorunan hüquqların daha effektiv şəkildə təmin olunması üçün ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsinə Konstitusion təminat verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci hissəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Eyni Məcəllənin 143-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə, ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Məcəllənin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək Məcəlləsinin 140-cı maddəsinin 4-cü hissəsinə əsasən bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablaması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. Əmək Məcəlləsinin 299-cu maddəsinə əsasən fərdi əmək mübahisələri üzrə iddianın məbləğinə, həmçinin onun təmin olunmasına hər hansı məhdudiyyət qoyula bilməz. Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Eyni Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə təhqiqatı zamanı toplanmış sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia əsalı olduğundan təmin olunmalı, Cavabdeh Qarabəy oğlundan işdən çıxma müavinəti üzrə 280,88 (iki yüz səksən manat səksən səkkiz qəpik) manat, son haqq-hesab üzrə 113,39 (yüz on üç manat otuz doqquz qəpik) manat cəmi 394.27 (üç yüz doxsan dörd manat iyirmi yeddi qəpik) manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh işdən çıxma müavinəti üzrə 280,88 (iki yüz səksən manat səksən səkkiz qəpik) manat, son haqq-hesab üzrə 113,39 (yüz on üç manat otuz doqquz qəpik) manat, cəmi 394.27 (üç yüz doxsan dörd manat iyirmi yeddi qəpik) manat məbləğində pul alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-731/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-731/2021
19.04.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver