Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-733/2020 19.11.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı X6maqla “çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixli, ******* saylı Dövlət Reyestrindən Çıxarışın və Torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsalandırılmışdır ki, Quba rayonu, Qəçrəş qəsəbəsi ərazisində ona məxsus torpaq sahəsi mövcuddur. Beləki o, 2006-cı ildə müxtəlif şəxslərdən alğı-satqı vasitəsi ilə hissə-hissə olmaqla torpaq sahələri əldə etmişdir. Hazırda Dövlət Aktlarında göstərildiyi kimi adıçəkilən ərazidə bitişik olmaqla ümumilikdə 9,21 ha torpaq sahəsi onun mülkiyyətindədir. Torpaq sahələrini alğı-satqı etdikdən sonra elə həmin dövrdə ərazi tərəfindən hasarlanmış, yüngül konstruksiyalı tikililər inşa edilmişdir. Adıçəkilən torpaq sahəsi meyvə bağıdır və məqsədinə uyğun istifadə edilir. Bir müddət öncə torpaq sahəsinin bir hissəsinin zəbt edilməsinə cəhd edilmişdir. Məsələni araşdırdığı zaman məlum olmuşdur ki, bu işi törədən Cavabdehdur. Onun mübahisəli torpaq sahəsinə hansı hüquqlarının olduğu ilə maraqlandıqda cavabdeh tərəfindən 3-cü şəxsin verdiyi Dövlət Reyestrində Çıxarış, Torpaq sahəsinin planı və ölçüsü təqdim edilmişdir. Əslində cavabdehə Dövlət Aktı ilə 1,5 ha torpaq sahəsi məxsus olmuşdur. Lakin həmin akt əsasında verilmiş çıxarışda heç bir səbəb olmadan torpaq sahəsinin ölçüsü 0,5 ha artırılmışdır. Beləliklə müəyyən olunur ki, cavabdehlə 3-cü şəxsin əməkdaşları əlaqəyə girərək, qanunvericiliyin tələblərini pozmaqla torpaq sahəsinin ölçülərini artıraraq, faktiki olaraq saxta olan Dövlət Reyestrindən çıxarış vermişlər. Həmçinin cavabdehə məxsus torpaq sahəsinin naturada harada yerləşməsini dəqiqləşdirmək üçün mütəxəssisə müraciət edilmişdir. "X1" MMC-nin xx xxxxxx 2020ci il tarixdə 146 saylı ekspert rəyi vermiş və qarşısında qoyulmuş suallara cavab vermişdir. Həmin rəyə əsasən cavabdehə məxsus torpaq sahəsi mülkiyyətində olan sahənin cənub hissəsinə bitişik yerləşir, meşə fonduna aid torpaqlara aiddir. Habelə bildirilmişdir ki, cavabdehə məxsus meşə fonduna aid torpağın koordinatları heç bir səbəb olmadan qanunsuz olaraq mülkiyyətində olan sahənin üzərinə işlənmişdir. Habelə qeyd edilir ki, torpaq sahəsinin ölçülərinin artırılmasının qanuni əsasları mövcud deyil. Cavabdehə məxsus sahə aktda torpaq sahəsinin istifadə məqsədi dəmyə kimi göstərilsədə Qəçrəş kəndində torpaq islahatı bölgü lahiyəsində isə meşə fonduna aiddir. Beləliklə müəyyən edilir ki, cavabdehə məxsus xx.xx.2012-ci il tarixli ******* saylı Dövlət Reyestrindən Çıxarış və Torpaq sahəsinin planı və ölçüsü saxta sənədlər əsasında hazırlanmışdır və qanuna uyğun deyil. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X3 iddianı qəbul etməyərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı X5 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə gəlmiş cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh mülkiyyətində 2 ha torpaq sahəsi mövcuddur. İş materiallarında olan Məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2016-cı il tarixli, 25371 saylı rəyindən görünür ki, Quba rayonu, Qəçrəş kəndində yerləşən JN:0783 seriyalı, 30317018 kodlu və JN:0805 seriyalı, 30317018 kodlu Torpağa Mülkiyyətr Hüququna dair Dövlət Aktları ilə İddiaçı mülkiyyətinə verilmiş 8,15 ha və 1,06 ha torpaq sahələrinin naturada qismən öz yerində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X7 tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında DƏDRX-dən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh mülkiyyətinə verilmiş 2,0 ha torpaq sahəsinin naturada öz yerində olduğu müəyyən edilmişdir. İddiaçı məxsus olan 8,15 ha və 1,06 ha torpaq sahələrinin konfiqurasiyasında dəyişiklik olduğu müəyyən edilmişdir. İddiaçı məxsus olan 8,15 ha və 1,06 ha torpaq sahələrinin Cavabdeh məxsus olan 2,0 ha torpaq sahəsi ilə 128 kv.m sahədə üst-üstə düşdüyü müəyyən edilmişdir. İddiaçı məxsus olan 8,15 ha və 1, 06 ha torpaq sahələrinin Cavabdeh tərəfindən tutulmadığı müəyyən edilmişdir. Quba rayon Məhkəməsinin 2(027)-1962/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə İddiaçı Quba rayonunun Qəçrəş kəndi ərazisində zəbt olunmuş xüsusi mülkiyyət hesab olunan 1,52 ha torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri qaytarılması, cavabdehin həmin sahədə ağac dirəklərdən və tikanlı naqillərdən qurduğu hasarın sökülməsi və həmin sahədən çıxarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-143/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Quba rayon Məhkəməsinin 2(027)-1962/2014 saylı, xx.xx.2014cü il tarixli qətnaməsi ləğv edilərək iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarından görünür ki, İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 143/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-143/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İlk öncə məhkəmə iddiaçının hazırkı iddia tələbi ilə bağlı müvafiq subyektiv hüququnun olub-olmaması məsələsinə qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması,cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2012-ci il tarixli, ******* saylı Dövlət Reyestrindən Çıxarışın və Torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi tələbini irəli sürməklə bağlı müvafiq subyektiv hüquqa malik şəxs kimi qəbul edilə bilməz. Çünki, mübahisə predmeti olan torpaq sahəsi üzrə qəbul edilmiş yuxarı instansiya məhkəmələrinin qərarları və ekspertiza rəyi ilə cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinin zəbt edilmədiyi müəyyən edilmişdir. Beləliklə, hazırki, iddia üzrə də iddiaçının xx.xx.2012-ci il tarixli, ******* saylı Dövlət Reyestrindən Çıxarışın və Torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi tələb etsə də, iddia tələbinin hansı əsaslarla təmin edilməsini tələb etməsinə dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməli idi. Cavabdeh xx.xx.2012-ci il tarixli, ******* saylı Dövlət Reyestrindən Çıxarış dövlət orqanı tərəfindən verilib və onun mülkiyyət hüququ tanınmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı xx.xx.2012-ci il tarixli, ******* saylı Dövlət Reyestrindən Çıxarışın və Torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı xx.xx.2012-ci il tarixli, ******* saylı Dövlət Reyestrindən Çıxarışın və Torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-733/2020
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-733/2020
19.11.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver