Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-762/2021 16.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili X4 iştirakı ilə İddiaçı Bəşirova (Əhmədxanova) Sevinc İskəndər qızına qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba şəhərində açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(027)-1393/2014 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişdirərək ondan xx.xx.2011-ci il tarixdə doğulmuş X10 və xx.xx.2013-cü il tarixdə doğulmuş X1 üçün tutulmalı alimentin miqdarını qazancının ¼ hissəsi miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarıımasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X8 iddia tələbini müdafiə edərək onunla əsalandırmışdır ki, Quba rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(027)-1393/2014 saylı qətnaməsi ilə İddiaçı Bəşirova (Əhmədxanova) Sevinc İskəndər qızına qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilərək xx.xx.2010-cu il tarixdə aralarında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il tarixdə doğulmuş X10 və xx.xx.2013-cü il tarixdə doğulmuş X2 Bəşirorvanın yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq Bəşirova (Əhmədxanova) Sevinc İskəndər qızına ödənilməsi qət edilmişdir. Qətnamənin çıxarıldığı 2014-cü ildən etibarən İddiaçı ailə vəziyyətində dəyişiklik olunmuşdur. Belə ki, o, xx.xx.2016-cı il tarixdə Ramazanova (Əhmədxanova) Aygün Ələmşah qızı ilə rəsmi nikah əsasında ailə qurmuş, həmin nikahdan xx.xx.2017-ci il tarixdə X6 və xx.xx.2020-ci il tarixdə X7 adlı iki övladı olmuş, hazırda həyat yoldaşı və iki uşağı ilə ailəvi yaşayırlar. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Bəşirova (Əhmədxanova) Sevinc İskəndər qızı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(027)-1393/2014 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı ilə Bəşirova (Əhmədxanova) Sevinc İskəndər qızı arasında xx xxxx 2010-cu il tarixdə bağlanmış nikah pozulması, nikah pozularkən tərəflərin birgə nikahından xx.xx.2011-ci il tarixdə doğulmuş X10 və xx.xx.2013-cü il tarixdə doğulmuş X5 anaları Bəşirova (Əhmədxanova) Sevinc İskəndər qızının yanında saxlanılması, xx.xx.2011-ci il tarixdə doğulmuş X10 və xx.xx.2013-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq, Bəşirova (Əhmədxanova) Sevinc İskəndər qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx xxx 2016-cı il tarixdə verilmiş AZ-İİ seriyalı 122736 №-li nikah haqqında şəhadətnamədən görünür ki, X13 ilə X9 xx xxxx 2016-cı il tarixdə nikaha girmiş və bu barədə Xaçmaz rayon Qeydiyyat şöbəsinin nikahın bağlanması haqqında akt qeydləri kitabında 2016-cı ilin mart ayının 01 günündə 63 № ilə qeyd edilmişdir. İş materiallarında olan xx xxxxxx 2017-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 057774 №-li və xx xxxxxxx 2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 512335 №-li doğum haqqında şəhadətnamələrdən görünür ki, İddiaçı ilə X3 birgə nikahından xx xxxxxx 2017-ci il tarixdə X6 və xx xxxxxxx 2020-ci il tarixdə X7 doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN Daxili Qoşunlarının N saylı hərbi hissənin xx xxxxx 2021-ci il tarixli 30 №li arayışından görünür ki, İddiaçı tutulmalaradan sonra onun aylıq maaşı 830,80 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, iş üzrə mövcud sübutlara hüquqi qiymət verməklə, hesab edir ki, iddia təmin edilməli, Bəşirova (Əhmədxanova) Sevinc İskəndər qızının xeyrinə 2 uşağın saxlanması üçün İddiaçı tutulan alimentin miqdarı dəyişdirilməklə, hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Ailə Məcəlləsinin yuxarıda istinad olunan 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq, qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsin tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, alimenti ödəməkdən azad edə bilər. İş materialarından görünür ki, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(027)-1393/2014 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanması üçün alimentin miqdarı müəyyən olunduqdan sonra, İddiaçı ailə və maddi vəziyyətində dəyişiklik olmuşdur. Belə ki, İddiaçı xx xxxx 2016-cı il tarixdə X9 ilə nikaha girmiş və onların birgə nikahından xx xxxxxx 2017-ci il tarixdə X6 və xx xxxxxxx 2020-ci il tarixdə X7 adlı uşağları doğulmuşdur. Qeyd olunan hallar isə təyin olunmuş alimentin miqdarının dəyişilməsi üçün Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən hallar sayılmalıdır. Ona görə də məhkəmə hesab edir ki, həmin hallar əsasında tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanması üçün təyin edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(027)-1393/2014 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2011-ci il tarixdə doğulmuş X10 və xx.xx.2013-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq, Bəşirova (Əhmədxanova) Sevinc İskəndər qızına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia təmin olunsun. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(027)-1393/2014 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2011-ci il tarixdə doğulmuş X10 və xx.xx.2013-cü il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən İddiaçı hər ay qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment tutularaq, Bəşirova (Əhmədxanova) Sevinc İskəndər qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-762/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-762/2021
16.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver