Məhkəmə qərarları › İş №2(027)-799/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-799/2023

26.04.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-799/2023 26.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlu, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh xüsusi notariusu X1 qarşı bağışlanma müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh xüsusi notariusu X1 qarşı bağışlanma müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsiylə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixində tərtib olunan Daşınmaz Əmlakın Bağışlanması müqaviləsində, müqavilənin hansı tarixdə qanuni qüvvəyə minməsi qeyd edilmədiyi üçün ləğv edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək, iddia tələbini geri götürdüyünü və işə baxılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin geri qaytarılması barədə ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iddia ərizəsi geri qayatrılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh xüsusi notariusu X1 qarşı “bağışlanma müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qəraradad iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun (təyinatı: Quba Rayon Məhkəməsi, ödəyicinin adı: İddiaçı, mədaxil qəbzinin nömrəsi: 1407, Ödəniş Tarixi:xx.xx.2023, Büdcə səviyyə kodu: 14221, GPP qəbz nömrəsi:**********) ödənişi edən şəxsə - İddiaçı geri qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar