Məhkəmə qərarları › İş №2(027)-815/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-815/2022

09.06.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-815/2022 09.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X16 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə çıxarışın və digər hüquq müəyyənedici sənədlərin ləğv edillməsinə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Qaracik-zeyid kəndində yerləşən 0.74 ha torpaq sahəsinin Cavabdeh mülkiyyətinə verilməsinə dair **********90 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışın, A432355 nömrəli xx.xx.2019-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədin və başqa hüquq müəyyənedici sənədləri ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)-1221/2019 saylı qətnaməsi ilə Xaçmaz rayon Qaracik-zeyid kəndində yerləşən 0.74 ha torpaq sahəsi X7 və X10 ümumi paylı mülkiyyəti hesab edilmiş, həmin torpaq sahəsində onun payı ½ hissə, X7 payı ½ hissə müəyyən edilmişdir. Həmin qətnamədən verilən apellyasiya şikayətinə baxılan zaman məlum olmuşdur ki, keçmiş həyat yoldaşı X14 məhkəmə qətnaməsi ilə aralarında bölünmüş həmin 0.74 ha torpaq sahəsini yeni qayını Cavabdeh satılmasına dair 10 noyabr 2019-cu il tarixli AN-1 08144233 nömrəli alğı-satqı müqaviləsi bağlamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-930/2021-ci tarixli qətnaməsi ilə, həmin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası təmin olunmayan Xaçmaz rayon məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2(067)-654/2020 saylı qətnaməsi ləğv edilmiş və iddiası təmin olunaraq X14 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli AN-1 08144233 saylı alğı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)- 5265/2021 saylı qərarı jlə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2( 105)- 930/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsinin icrasına maneəçilik törədilməsi məqsədilə, görünüş xatirinə bağlanmış xx.xx.2019-cu il tarixli AN 1 08144233 saylı alğı-satqı müqaviləsi etibarsız hesab edilsə də, onun əsasında 0.75 ha torpaq sahəsinin Cavabdeh adına qeydiyyata alınmasına dair **********90 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli “Çıxarış”, A432355 nömrəli xx.xx.2019-cu il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi və başqa hüquq müəyyənedici sənədlər ləğv edilməmişdir. Odur ki, məhkəmə qətnaməsi ilə ona verilmiş torpaq sahəsinə hüquq müəyyənedici sənədlər almaq imkanından məhrum olmuş və Azərbaycan Respublikasının Konstitusiyası ilə ona verilmiş hüquqlarını həyata keçirə bilmir. Ona görə də məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili X2 iddianı müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 4Ə 2489 saylı Daşınmaz Əmlakın Alğı-Satqı Müqaviləsindən görünür ki, X14 mülkiyyətlərində olan 0.74 ha torpaq sahəsini 4000 manata Cavabdeh satmışdır. İş materiallarında olan **********90 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışın və A432355 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Xaçmaz rayonu, Qaracik Zeyid kəndində yerləşən 0,74 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin 2(067)-1221/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Xaçmaz rayon Qaracik-zeyid kəndində yerləşən 0,74 ha torpaq sahəsi X7 və X10 ümumi paylı mülkiyyəti hesab olunmuş, həmin torpaq sahəsində İddiaçı payı ½ hissə, X7 payı ½ hissə müəyyən edilmiş, X3 və X8 hüquqi yardıma görə 50 manat, dövlət rüsumuna görə 15 manat alınaraq İddiaçı verilmiş və iddianın qalan hissədə təmin edilməmişdir. İş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin 2(067)-654/2021 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X11 və Cavabdeh qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-930/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 654/2020 saylı, 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, cavabdeh X14 ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış AN-1 ******* saylı alğı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 5265/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, cavabdehlər X14 və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-930/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin surətindən görünür ki, Xaçmaz rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 12 saylı qərarına əsasən, X9 və onun ailə üzvlərinə JN-158A, KOD30206058 saylı Şəhadətnamə tərtib edilərək, 0.74 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi Xaçmaz rayonu, Qaraçik kəndində yaşayan X5r. İş materiallarında olan RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Xaçmaz rayonu, Qaracik kəndində yerləşən 0.74 ha torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında X12, X13 və X6 məxsusdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)-1221/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Xaçmaz rayon Qaracik-zeyid kəndində yerləşən 0,74 ha torpaq sahəsi X7 və X10 ümumi paylı mülkiyyəti hesab olunmuş, həmin torpaq sahəsində İddiaçı payı ½ hissə, X7 payı ½ hissə müəyyən edilmişdir. 4Ə 2489 saylı Daşınmaz Əmlakın Alğı-Satqı Müqaviləsi əsasında mübahisə predmetini təşkil edən X7 mülkiyyətlərində olan 0.74 ha torpaq sahəsi 4000 manata Cavabdeh satılmışdır. Həmin alğı-satqı müqaviləsi əsasında 0,74 ha torpaq sahəsinə Cavabdeh adına **********90 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarış və A432355 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi verilərək, torpaq sahəsi onun adına qeydiyyata alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-930/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-654/2020 saylı, 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş və cavabdeh X14 ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış AN-1 ******* saylı alğı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 5265/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehlər X14 və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-930/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hal-hazırda məhkəməyə müraciət edərək, Xaçmaz rayon Qaracikzeyid kəndində yerləşən 0.74 ha torpaq sahəsinin Cavabdeh mülkiyyətinə verilməsinə dair **********90 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışın, A432355 nömrəli xx.xx.2019-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədin və başqa hüquq müəyyənedici sənədləri ləğv edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-930/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-654/2020 saylı, 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edildiyindən və cavabdeh X14 ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış AN-1 ******* saylı alğı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, onun əsasında Cavabdeh adına qeydiyyata alınmış **********90 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarış, A432355 nömrəli xx.xx.2019-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədin və başqa hüquq müəyyənedici sənədləri ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarında qeyd edir ki, “Torpaq İslahatı haqqında” Qanunda təsbit olunmuş vəzifələrin yerinə yetirilməsi daimi istifadəyə verilmiş həyətyanı torpaq sahələri üzərində vətəndaşların xüsusi mülkiyyət hüququnun təmin edilməsini və səlahiyyətli dövlət orqanları tərəfindən vətəndaşların torpaq sahələrinə xüsusi mülkiyyət hüququnun maneəsiz əldə olunması üçün bütün lazımı tədbirlərin görülməsini tələb edir. Bu mənada, həmin dövlət orqanları tərəfindən həyətyanı torpaq sahəsinin orada qeydiyyatda olan şəxslərin mülkiyyətinə verilməsi torpaq islahatlarının səmərəli həyata keçirilməsinə yönələn tədbirlərdən biri hesab oluna bilər. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin əvəzsiz olaraq xüsusi mülkiyyətə verilməsi qaydası, bu hüququn əmələ gəlməsində maraqlı olan və həmin sahədən vicdanla, fasiləsiz istifadə etmiş şəxslərə məhdudiyyətlər yaratmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 19-cu maddəsinə əsasən Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və Xaçmaz rayon Qaracik-zeyid kəndində yerləşən 0.74 ha torpaq sahəsinin Cavabdeh mülkiyyətinə verilməsinə dair **********90 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarış, A432355 nömrəli xx.xx.2019-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi və başqa hüquq müəyyənedici sənədlər ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Xaçmaz rayon Qaracik-zeyid kəndində yerləşən 0.74 ha torpaq sahəsinin Cavabdeh mülkiyyətinə verilməsinə dair **********90 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarış, A432355 nömrəli xx.xx.2019-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi və başqa hüquq müəyyənedici sənədlər ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar