Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-857/2021 22.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 ilə nikahlarından dünyaya gəlmiş xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin miqadrı sabit pul məbləğində müəyyən olunmaqla, yetkinlik yaşına çatmayan şəxslər X5 və X8 oölunun saxlanılması üçün nənəsi Cavabdeh hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, 300 (üç yüz) manat aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək onunla əsaslandırmışdır ki, cavabdehin oğlu X6 ilə xx xxxxxx 2006-cı il tarixli rəsmi nikah əsasında evlənib ailə qurmuşdur. Birgə nikahlarından Aytac və Nurəddin adında iki uşaqları doğlulmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən Quba rayon Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli, 2(027)-1134/2013 saylı qətnaməsi ilə X6 ilə aralarında bağlanmış nikah pozulmuş, uşaqlar yanında saxlanılmış və onların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 60 manat olmaqla, cəmi 120 manat sabit pul məbləğində alimentin tutularaq ona verilmısi qət olunmuşdur. Apellaysiya şikayəti əsasında Quba rayon məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli, 2(027)-1134/2013 saylı qətnaməsi dəyişdirilərək uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər uşağa görə 93 manat olmaqla, cəmi 186 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət olunmuşdur. İddiası əsasında Quba rayon məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə alimentin miqadrı artırılaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət olunmuşdur. Cavabdehin oğlu Kamil Hacıyev keçən müddət ərzində alimenti müntəzəm ödəməmiş, 2017-ci ilin aprel ayından sonra ümumiyytələ aliment ödəməmiş, uşaqları ilə maraqlanmamışdır. Məhkəmə qətnaməsi ilə qət olunmuş aliment məbləği uşaqların bir ay müddətinə saxlanılması üçün kifayət etmir. Belə ki, o, kirayədə qalır, aylıq 235 manat əmək haqqı var, 200 manat kirayə pulu ödəyir, uşaqlar oxuyur, onların tələbatlarını ödəyə bilmir. Bu vaxta kimi valideynlərinin köməyi ilə dolanır. X1 ona aliment borcu 5120 təşkil edir. Dəfələrlə ondan aliment bocunu tələb etsə də, heç bir ödəniş etməmiş, xəstə olduğunu, işləyə bilmədiyini bəhanə gətirərək alimenti ödəməmişdir. Cavabdeh Cavabdeh da bu müddətdə nəvələri ilə maraqlanmamış, onların hansı şəraitdə və necə böyüdüklərini soruşmamışdır. Cavabdehin stabil olaraq 300 manatdan artıq əmək haqqı var. Ona görə də göstərdiklərini nəzərə alaraq iddiasının təmin olunaraq cavabdehdən hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğinə alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək verdiyi izahatında göstərmişdir ki, İddiaçı oğlu X6 ilə xx xxxxxx 2006-cı il tarixli rəsmi nikah əsasında evlənib ailə qurmuşlar, onların birgə nikahlarından Aytac və Nurəddin adında iki uşaqları doğulmuşdur. Bir-biri ilə yola getmədiklərindən Quba rayon Məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli, 2(027)-1134/2013 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, uşaqları iddiaçının yanında saxlanılmış və uşaqların saxlanılması üçün oğlundan aliment tutulması qət olunmuşdur. O, bu müddətdə nəvələrinin saxlanılmasında iddiaçıya imkanı qədər köməklik göstərmişdir. Lakin iddiaçı özünü yaxşı aparmır, hazırda başqası ilə ikinci ailə həyatı qurub, özü işləyir. O, özü xəstədir, aldığı əmək haqqı özünə kifayət etmir, iki xəstə uşağı var, onlara da o, baxır, maddi vəziyyəti çox çətindir. İddiaçının tələbini qanuni hesab etmir, alimenti oğlu Kamil çıxarılmış məhkəmə qətnaməsi əsasında ödəməlidir. Ona görə də iddianı əsassız hesab edir və rədd olunmasını xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixdə verilmiş 2(105)-1524/2013 saylı icra vərəqəsindən görünür ki, Quba rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2013-cü il tarixli, 2(027)-1151/2013 saylı qətnaməsi dəyişdirilmiş, xx xxxx 2007-ci ildə doğulmuş X5 və xx xxxx 2008-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 xx xxxxxx 2013-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 93 manat olmaqla, cəmi 186 manat məbləğində aliment alınaraq İddiaçı verilməlidir. İş materiallarında olan Quba rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(027)-1914/2019 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Sumqayıt Apellaysiya Məhkəməsinin 02 sentyabr xx.xx.2018-ci il tarixli, 2(105)-1524 nömrəli qətnaməsi ilə cavabdeh X2 tutulmalı olan alimentin miqdarı dəyişdirilərək hər uşaq üçün 160 manat olmaqla, iki uşağa görə 320 manat miqdarında müəyyən edilmişdir. İddiaçı cavabdehin oğlu X4 alimenti ödəməkdən yayındığını qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. İş materillarından görünür ki, Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh X2 iddiaçının xeyirinə aliment tutulmuşdur. Qeyd edilməldir ki, iddiaçı cavabdehin bu vaxta qədər ödəmədiyi aliment məbləği üçün qətnamənin icrasını həyata keçirən orqana müraciət etməlidir. Belə ki, Ailə Məcəlləsinin 106.2-106.3-cü maddəsinə əsasən aliment onu icra vərəqəsi və ya aliment ödənilməsi barədə saziş əsasında ödəməli olan şəxsin təqsiri üzündən ödənilmədikdə, əvvəlki dövr üçün aliment bu Məcəllənin 100.3-cü maddəsi ilə müəyyən edilmiş 3 illik müddətdən asılı olmayaraq istənilən müddətdə tutula bilər. Borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-857/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-857/2021
22.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver