Məhkəmə qərarları › İş №2(027)-89/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-89/2023

23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-89/2023 23.10.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi X5 oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3, X2 və İddiaçı5, nümayəndəsi İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, X3 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və üçüncü şəxs Azərbaycan İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2, X3 və İddiaçı5 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Quba rayon Notariat Kontorunda 01 avqust 2003-cü il tarixdə 4ə-234 reyestrlə təsdiq edilməklə, Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 1.10 ha pay torpaq sahəsinin alqı-satqısına dair İddiaçı1, İddiaçı3, İddiaçı2, X3, İddiaçı5 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı3, X3, İddiaçı5 və İddiaçı2 nümayəndəsi Nümayəndə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, Quba rayon Notariat Kontorunda 01 avqust 2003-cü il tarixdə 4ə-234 reyestrlə təsdiq edilməklə, Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 6572,76 kvm pay torpaq sahəsinin alqı-satqısına dair İddiaçı1, İddiaçı3, İddiaçı2, X3, İddiaçı5 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçılar tələbi onunla əsaslandırmışlar ki, onlar-iddiaçılar İddiaçı1, İddiaçı3, X3, İddiaçı5 digər İddiaçı2 torpaq sahəsinə dair JN-324 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X11 əsasən yeni elektron nümunəli Çıxarışın alınması üçün DƏDRXnın 5 saylı Xaşmaz Ərazi idarəsinə müraciət etdikdə, JN-324 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X9 göstərilən torpaq sahəsi üzərində mübahisənin mövcudluğuna istinad edilməklə Dövlət reyestrindən Çıxarışın verilməsindən imtina olunduğu bildirilmişdir. DƏDK və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsi **********49 saylı xx.xx.2022-ci il tarixli cavab məktubunda JN-324 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X10 324M nömrəli planşetində göstərilən 6572.76 kvm torpaq sahəsi üzərində mübahisənin mövcudluğu səbəsindən əmlakın müayinəsinin mövcud olması, digər 324S nömrəli planşetdə göstərilən torpaq sahəsinə isə təqdim etdiyimiz Dövlət Aktı üzrə Dövlət reyestrindən Çıxarışın verilməsindən imtina edildiyi göstərilmişdir. Bununla bağlı araşdırma aparıb səbəblərini öyrəndikdə məlum olmuşdur ki, Quba rayon Notariat Kontorunda 01 avqust 2003-cü il tarixdə 4ə-234 reyestrlə təsdiq edilməklə, Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 1.10 ha pay torpaq sahəsinin alqsatqısına dair İddiaçı1 və digərləri ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin bağlanmasına paylı mülkiyyətçilərin heç birinin razılığı olmamış, torpaq sahəsi bütün vaxt ərzində və hal-hazırda da faktiki onların istifadələrində və sahibliyindədir. Bütün bu müddət ərzində də, torpaq vergiləri də tərəflərindən ödənilmişdir. Alqı-satqı müqaviləsində torpaq sahəsinin 2-ci Nügədi kəndində yerləşdiyi göstərilmişdir. Halbuki, həmin torpaq sahəsi 1-ci Nügədi kəndi ərazisində yerləşir. Bundan sonra, Quba rayon Vəkil Bürosu ilə müqavilə bağlayıb mübahisəli torpaq sahəsinin özgəninkiləşdirilməsinin Cavabdeh1 və digər şəxsk qadağan edilməsi ilə bağlı müvəqqəti təminat tədbirinin seçilməsi barədə qərardad qəbul edilməsi üçün məhkəməyə müraciət edilməsini xahiş etmişlər. Quba rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə müvəqqəti təminat tədbiri barədə ərizələri təmin edilib. JN-324 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X13 ilə İddiaçı1, İddiaçı3, X3, İddiaçı5 və İddiaçı2 məxsus Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 1,10 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrı torpaq sahəsinin özgəninkiləşdirilməsi Cavabdeh1 və digər şəxs qadağan edilməsi qərara alınmışdır. Quba rayon Notariat Kontorunda 01 avqust 2003-cü il tarixdə 4ə-234 reyestrlə təsdiq edilməklə, Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 1.10 ha pay torpaq sahəsinin alqı-satqısına dair İddiaçı1 və digərləri ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinə dair notariat işi vəkil sorğusu ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Arxivindən tələb edilmişdir. Hesab edirlər ki, alqısatqı müqaviləsi bağlanarkən, mübahisəli torpaq sahəsi birgə paylı mülkiyyətdə olduğundan AR Mülki Məcəllənin 213-225-ci maddələrinin tək pozulmuşdur. Həmçinin, mübahisəli torpaq sahəsinə dair bağlanmış əqd Mülki Məcəllənin 3 ci maddəsinin tələbləri baxımından da, uyğun hüquqi nəticələr yaratmaq niyyəti olm yalnız görünüş üçün bağlanmış uydurma əqd olmaqla əhəmiyyətsizdir. Bunu alqı predmeti olmuş torpaq sahəsinin heç vaxt alıcının faktiki sahibliyinə verilməməsi və bağlanmasından əvvəl və sonra da, yəni hal-hazıradək mülkiyyətçi kimi sahibliyində və istifadələrində olması bir daha təsdiq edir. İş üzrə Cavabdeh1 iddiaya etiraz təqdim edərək, onula əsalandırmışdır ki, iddia ərizəsində iddiaçıların mübahisələndirilən alqı-satqı müqaviləsindən yalınz 2022-ci ildə, yəni həmin torpaq sahəsinə dair hüquqların Dövlət qeydiyyatı haqqında Dövlət reyestrindən çıxarış almaq üçün müraciətlərindən sonra məlum olması, bu müqavilənin bağlanmasına mülkiyyətçilərin heç birinin razılğının olmaması, torpaq sahəsinin bütün vaxt ərzində iddiaçıların istifadəsində olması barədə yazılanlar həqiqətə uyğun deyildir. Qeyd edir ki, iddia ərizəsində qeyd olunan torpaq sahəsini o, tam qanuni formada Quba rayon Notariat kontorunda təsdiq edilmiş 01 avqust 2003-cü il Reyestr 4Ə 234 nömrəli torpağa mülkiyyət hüququna X11 əsasən alqı-satqı müaviləsi ilə almışdır. Həmin müqavilə bağlanarkən, iddia ərizəsində göstərilənlərdən fərqli olaraq, iddiaçılar İddiaçı1 və İddiaçı3 notariat kontorunda şəxsən iştirak ediblər və müqaviləni imzalayıblar. Onların yetkinlik yaşına çatmayan uşaqlarının, yəni digər iddiaçıların əvəzinə onların qanuni nümayəndəsi olaraq anaları İddiaçı3 imza etmişdir. Ona görə də hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı3, X2 və İddiaçı5, nümayəndəsi İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, ekspertiza rəyi ilə razı olduğunu, Cavabdeh1 dövlət aktını məhkəmə prosesini süni surətdə uzatmaq məqsədilə təqdim etdiyini bildirmiş iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və X12 xidmət Mərkəzində Notariat Ofisi və üçüncü şəxs Azərbaycan İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırkı işə həmin tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iş üzrə iddiaçıların nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq toplanmış sübutlara qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -JN-324 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X7 görünür ki, İddiaçı1, İddiaçı3, İddiaçı2, X3 və İddiaçı5 Quba rayonu Aqrar İslahat Komissiyasının 23 mart 1999cu il tarixli, 07 nömrəli qərarı ilə 1.10 hektar torpaq sahəsi verilmişdir. -01 avqust 2003-cü il tarixdə, reyestrdə 4-ə-234 nömrə ilə qeyd edilmiş alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı1, İddiaçı3, İddiaçı2, X4 və İddiaçı5 Quba rayonu AİKnın xx.xx.1999-cu il tarixli, 07 nömrəli qərarı ilə verilmiş Quba rayonu, Nügədi kəndində yerləşən 6572.76 kvm torpaq sahəsini Cavabdeh1 satmaları, müqavilənin İddiaçı1, İddiaçı3, İddiaçı2, X4, İddiaçı5, Cavabdeh1 tərəfindən imzalanması göstərilmişdir; İş materiallarından görünür ki, Cavabdeh1 adına JN-2293 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X13 verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********49 nömrəli İddiaçı2 ünvanladığı məktubdan görünür ki, JN-324 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 324 M nömrəli planşetində göstərilən 6572,76 kv.m torpaq sahəsi üzərində mübahisə mövcud olduğundan nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-34/2-1072/2023 nömrəli məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, xx.xx.2003-cü il tarixli, 4-Ə-234 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0.66 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh1 adına JN-2293 KOD 30319018 nömrəli “Torpağa mülkiyyət hüququna X13” işlənmişdir. “Torpağa mülkiyyət hüququna dair dövlət akt” larinın verilməsinə əsas olmuş sənədlər ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməmişdir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 avqust 2023-cü il tarixli 4/1002 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 avqust 2003-cü il tarixli 4-ə-234 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş torpaq alqı-satqı müqaviləsində “İmzalar.” Qrafasında “İddiaçı1O” yazıları qarşısındakı imza – İddiaçı1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 01 avqust 2003-cü il tarixli 4-ə-234 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş Torpaq alqı-satqı müqaviləsində “İmzalar:” qrafasında “İddiaçı3K” yazıları qarşısındakı imza- İddiaçı3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş İddiaçı1 adından olan 7 vərəq eksperimental xətt və imza nümunələrində, İddiaçı3 adından olan 7 vərəq eksperimental xətt və imza nümunələrində-yazıların və imzaların qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müşahidə olunmadı. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir; 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimisahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür; 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir; 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir; 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır; 182.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsavə ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur; 182.3-cü maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsavə ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 141.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər; 141.2-ci maddəsinə əsasən bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər; 141.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, torpağa mülkiyyət hüququna dair JN-324 KOD 30319018 nömrəli dövlət aktına əsasən Quba rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1999-cu il tarixli 07 saylı qərarı ilə İddiaçı1, İddiaçı3, İddiaçı2, X3 və İddiaçı5 kənd təsərüfatı məhsullarının istehsalı məqsədi ilə 1,10 hektar torpaq sahəsi verilmişdir. Quba rayon Notariat kontorunda təsdiq edilmiş xx.xx.2003-cü il tarixli 4-ə-234 reyestr nömrəli alqı-satqı müqaviləsindən göründüyü kimi, həmin torpaq sahəsi (6572,76 kvm) İddiaçı1, İddiaçı3, İddiaçı2, X4 və İddiaçı5 adından bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh1 satılmışdır. Daha sonra Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində Cavabdeh1 adına 24 dekabr 2003-cü il tarixdə JN-2293 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna X13 işlənmişdir. Həmin torpaq sahəsi üzrə cavabdehlə iddiaçılar arasında bağlanmış alqı-satqı müqaviləsi notarial qaydada bağlanaraq təsdiq edilmiş olsa da, iş üzrə mötəbər sübut olan ekspert rəyinin nəticəsindən də göründüyü kimi, Quba rayon Notariat Kontorunda bağlanmış xx.xx.2003-cü il tarixli 4-ə-234 reyestr nömrəli alqı-satqı müqaviləsində olan imza İddiaçı3 tərəfindən yox, başqa şəxs tərəfindən tərəfindən icra olunmuşdur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinin tələbinə görə əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.4-cü maddəsinin tələbinə görə müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir; 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə işin araşdırılmış halları baxımından hesab edir ki, iddiaçıların irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin bağlanması üçün hər şeydən əvvəl tərəflərin arzusu, istəyi olmalıdır. Əqdlər aşağıdakı əlamətlərlə xarakterizə olunur: 1) əqd həmişə iradəvi akt olub, adamların hərəkətlərini ehtiva edir; 2) əqd hüquqauyğun hərəkətdir; 3) əqd xüsusi olaraq mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və xitamına yönələn hərəkətdir; 4) əqd müəyyən hüquqi nəticələr əmələ gətirən hərəkətdir. Mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Qanunvericinin tələblərinə əsasən alqı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alqısatqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununu qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsi). Göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, cavabdehin qeyd olunan əmlaka qanunsuz əsaslarla sahib çıxması məhkəmə iclasında yetərli sübutlarla öz təsdiqini tapmışdır. Bu da onu göstərir ki, Quba rayon Notariat Kontorunda bağlanmış xx.xx.2003cü il tarixli 4-ə-234 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Quba rayon Notariat Kontorunda 01 avqust 2003-cü il tarixdə 4-ə-234 reyestrlə təsdiq edilməklə, Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 6572,76 kvm pay torpaq sahəsinin alqı-satqısına dair İddiaçı1, İddiaçı3, İddiaçı2, X3, İddiaçı5 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Bundan başqa, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xərci 110 (yüz on) manat cavabdeh Mənsur Əliyə aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci və 227-ci madələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Quba rayon Notariat Kontorunda 01 avqust 2003-cü il tarixdə 4-ə-234 reyestrlə təsdiq edilməklə, Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 6572,76 kvm pay torpaq sahəsinin alqı-satqısına dair İddiaçı1, İddiaçı3, İddiaçı2, X3, İddiaçı5 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Məhkəmə-xətşünaslıq ekspertizasının xərci olan 110 (yüz on) manat Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ******************** SFİFT BİK CTREAZ22 saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar