Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-900/2022 18.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, 22 iyun 2015-ci il təvəllüdlü X6 və 04 aprel 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşma qədər saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 200 manat olmaqla iki uşaq üçün hər ay 400 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 11 avqust 2013-cü il tarixdə el adəti toy edərək ailə qurmuşdur. Lakin nikahları rəsmi olaraq qeydə alınmamışdır. Birgə yaşadıqları müddətdə iki uşaqları - 22 iyun 2015-ci il təvəllüdlü X6 və 04 aprel 2018-ci il təvəllüdlü X3 anadan olmuşdur. 2021-ci ilin iyun ayından cavabdeh ilə münasibətləri pozulmuş və o, uşaqları ilə Xaçmaz şəhərində yaşayan valideyn evinə qayıtmağa məcbur olmuşdur. Həmin vaxtdan uşaqları ilə anasının himayəsində yaşayır. Cavabdeh uşaqların taleyi ilə maraqlanmır və onlara maddi köməklik etmir. Odur ki, aliment tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehin daimi iş yeri olmasa da Rusiya Federasiyası İvanova şəhərində yaşamaqla mülkiyyətində Fura (tursovtrans) avtomobili və Qazel markalı avtomobilləri ilə şəhərlərarası yüklər daşımaqla yaxşı qazanc əldə edir. Odur ki, alimentin sabit pul məbləğində ödənilməsi məqsədə uyğundur. O, iki azyaşlı uşaqları ilə anasının himayəsində yaşayır. Atası vəfat etmişdir. Uşaqların qayğısına qalmağı ilə əlaqədar heç yerdə işləyə bilmir. Ona görə də, maddi vəziyyətimiz olduqca ağırdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi vəkili X1 iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə münasibətlərindən 22 iyun 2015-ci il təvəllüdlü X6 və 04 aprel 2018-ci il təvəllüdlü X3 anadan olmuşdur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, hər uşağa görə hər ay 200 manat məbləğində aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olması, digər tərəfdən, iddiaçının uşaların saxlanmasında çətinlik çəkməsi nəzərə alınaraq, 22 iyun 2015-ci il təvəllüdlü X6 və 04 aprel 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət olunan 18.02.2022-ci il tarixdən başlayaraq, iddiaçının xeyrinə cavabdehdən hər uşaq üçün hər ay 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçı aliment alınması barədə iddialar üzrə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-nin 112.1.6 və 119.2-ci maddələrin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1, 8.1.2 və 9.4-cü maddələrinə əsasən 68 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 22 iyun 2015-ci il təvəllüdlü X6 və 04 aprel 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 18.02.2022-ci il tarixindən başlayaraq hər uşaq üçün hər ay 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icraya yönəldilsin. Cavabdeh 68 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-900/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-900/2022
18.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver