Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-904/2023 22.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə İddiaçı "xxxx" Kiçik Müəssisəsi MMC-nin Cavabdeh qarşı torpaq sahəsinə istifadə hüququnun həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması, torpaq sahəsi üzərində tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Quba Rayon İcra Hakimiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon XDS-nin Rəyasət Heyətinin 1992-ci il tarixli, 107 nömrəli qərarı "xxxx" Kiçik Müəssisəsi MMC-nin daimi istifadəsinə verilmiş Quba şəhəri, 29-cu məhəllə ünvanında yerləşən 1,50 ha torpaq sahəsindən "xxxx" Kiçik Müəssisəsi MMC-nin istifadə edilməsinə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, "xxxx" Kiçik Müəssisəsi MMC-nin istifadəsinə verilmiş 1,50 ha torpaq sahəsində tikilmiş və cavabdeh tərəfindən istifadə olunan Tofiq Əhmədov küçəsində yerləşən (Heydər Əliyev prospekti tərəfindən başlamaqla on altıncı sırada) ümumi sahəsi təxminən 32 kv.m olan tikilinin ( mağaza binası) onun öz hesabına sökülməsi, tikililərin Fərid” Kiçik Müəssisəsi MMC-nin istifadə verilmiş 1,50 ha torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin tam olaraq boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin baxılması ilə əlaqədar tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin tərəflər heç bir üzrlü səbəb olmadan 22 iyun 2023cü il tarixə təyin olunmuş məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Pposessual Məcəlləsinin (Azərbaycan Respublikası MPM) 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Kiçik Müəssisəsi MMC-nin Cavabdeh qarşı torpaq sahəsinə istifadə hüququnun həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması, torpaq sahəsi üzərində tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair ərizəsi baxılmamış saxlanılmalı və ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı "xxxx" Kiçik Müəssisəsi MMC-nin Cavabdeh qarşı torpaq sahəsinə istifadə hüququnun həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması, torpaq sahəsi üzərində tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizənin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədirlk edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-904/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-904/2023
22.06.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Torpaq mübahisələri - Qanunsuz tikilinin sökülməsi - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver