Məhkəmə qərarları › İş №2(105)-98/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-98/2024

29.01.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Torpaq mübahisələri - Qanunsuz tikilinin sökülməsi - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-98/2024 29.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Hacıağa oğluna qarşı (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz ərazi idarəsi üçüncü şəxs cəlb olunmaqla) torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, zəbt edilmiş torpaq sahəsindən çıxarılma və torpaq sahəsi üzərində olan tikilinin sökülməsinə dair mülki iş üzrə (Açar sözlər: mülkiyyətin müdafiəsi ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X8 (sədrlik edən və məruzəçi), X9 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3, nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh Hacıağa oğlunun, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarxli 2(027)-39/2023 nömrəli qətnaməsindən Cavabdeh Hacıağa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Kommersiya Hüquqi şəxslərin Dövlət reyestrindən verilmiş Çıxarışdan görünür ki, İddiaçı-nin qanuni təmsilçisi X1r.

2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, **********89-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Quba şəhəri X7 196 ünvanında yerləşən 0,8502 ha torpaq sahəsi və üzərində olan 1450,9 kv.m daşınmaz əmlak İddiaçı-nin mülkiyyətindədir.

3. Quba rayon X2 və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş 308 nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 6əhəllədə yerləşən ümumi sahəsi 45.0 kv.m olan elektrik çilingər sexi Cavabdeh Hacıağa oğlunun adına qeydə alınmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1260/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 17 fevral 2020-ci il tarixli, 21(105)-125/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 19 may 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçınə məxsus olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestr RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba şəhəri X7 196 ünvanında olan 0,8502 ha torpaq sahəsi və üzərində yerləşən 1450,9 kv.m tikili ilə xüsusi mülkiyyət hüququ ilə Azərbaycan Respublikası Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən 03 mart 2006-cı il tarixdə verilmiş JN-1043 KOD 30301004 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Quba şəhəri ərazisində yerləşən 0,01 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Lakin İddiaçı-nə məxsus Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestr RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba şəhəri X7 196 ünvanında olan 0,8502 ha torpaq sahəsi ilə Azərbaycan Respublikası X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 308 nömrəli, xx.xx.2003-cü il tarixli, “Qeydiyyat vəsiqəsinə” əsasən Cavabdeh Hacıağa oğluna məxsus Quba şəhəri, 29-cu məhəllə ərazisində yerləşən 45 kv.m elektrik çilingər sexinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi Qeydiyyat vəsiqəsində məkan göstəriciləri olmadığından təyin etmək mümkün olmamışdır. Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 308 nömrəli, xx.xx.2003-cü il tarixli, “Qeydiyyat vəsiqəsinə” əsasən Cavabdeh Hacıağa oğluna məxsus Quba şəhəri, 29-cu məhəllə ərazisində yelrəşən 45 kv.m elektrik çilingər sexinin yerləşdiyi torpaq sahəsinin koordinantları müəyyən olunmur.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 25 avqust 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 308 nömrəli, xx.xx.2003-cü il tarixli, “Qeydiyyat vəsiqəsinə” və texniki pasportda binanın yerləşmə sxeminə əsasən həmin tikilinin yerləşdiyi torpaq sahəsi İddiaçı-nin qonşuluğunda yerləşən ticarət mərkəzinə bitişik olmaqla İddiaçı-nə məxsus torpaq sahəsinin şimal-qərb hissəsində yerləşdiyi müəyyən olunmuşdur. Lakin sözügedən qeyriyaşayış binasının texniki pasportunda qeyri-yaşayış binasının və binanın yerləşdiyi torpaq sahəsinin koordinantları olmadığından həmin binanın və torpaq sahəsinin nə qədər hissəsinin İddiaçı-nə məxsus torpaq sahəsinin daxilində olmasını müəyyən etmək mümkün olmamışdır. Qeyd edək ki, Cavabdeh Hacıağa oğlunun faktiki istifadə etdiyi torpaq sahəsi və çilingər sexi İddiaçı-nə məxsus Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestr RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba şəhəri X7 196 ünvanında olan 0,8502 ha torpaq sahəsinin koordinantları daxilində yerləşir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 06 oktyabr 2022-ci il tarixli 10/5199 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin texniki Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, Azərbaycan Respublikası X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 308 nömrəli, xx.xx.2003-cü il tarixli, “Qeydiyyat vəsiqəsinə” və texniki pasportda binanın yerləşmə sxeminə əsasən həmin tikilinin yerləşdiyi torpaq sahəsi İddiaçı-nin qonşuluğunda yerləşən ticarət mərkəzinə bitişik olmaqla İddiaçı-nə məxsus torpaq sahəsinin şimal-qərb hissəsində yerləşdiyi müəyyən olunmuşdur. Lakin sözügedən qeyriyaşayış binasının texniki pasportunda qeyri-yaşayış binasının və binanın yerləşdiyi torpaq sahəsinin koordinantları olmadığından həmin binanın və torpaq sahəsinin nə qədər hissəsinin İddiaçı-nə məxsus torpaq sahəsinin daxilində olmasını müəyyən etmək mümkün olmamışdır. Qeyd edək ki, Cavabdeh Hacıağa oğlunun faktiki istifadə etdiyi torpaq sahəsi və çilingər sexi İddiaçı-nə məxsus Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestr RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba şəhəri X7 196 ünvanında olan 0,8502 ha torpaq sahəsinin koordinantları daxilində yerləşir.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-310/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(085)-1086/2019 nömrəli qərardadı ləğv edilmiş, İddiaçı-nin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə vəsatətinə yenidən baxılması üçün inzibati iş Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-cil tarixli, 2-1(118)- 1086/2019 nömrəli işi üzrə 21 fevral 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən 03 mart 2006-cı il tarixdə verilmiş JN-1043 KOD 30301004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əlavə edilmiş koordinantları ilə İddiaçı-nin mülkiyyətində olan xx.xx.2018-ci il tarixli, **********889-12301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən verilmiş torpaq sahəsinin koordinantları ilə üstüstə düşmədiyi, Cavabdeh Hacıağa oğlunun faktiki istifadə etdiyi torpaq sahəsi və çilingər sexi İddiaçı-nə məxsus olan xx.xx.2018-ci il tarixli, **********889-12301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən 0,8502 ha torpaq sahəsinin koordinantları daxilində yerləşməsi qeyd edilmişdir.

10. İddiaçı tərəfindən verilmiş 2(027)39/2023 saylı mülki iş üzrə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən görünür ki, həmin ərizə Cavabdeh Hacıağa oğluna göndərilmiş və cavabdeh xx.xx.2023-cü il tarixdə xəbərnaməyə imza edərək dəqiqləşdirməni almışdır.

11. 01 avqust 2022-ci il tarixli Qiymətləndirmə hesabatından görünür ki, İddiaçı-nə məxsus torpaq sahəsində yerləşən qeyri yaşayış binasının sökülərək yenidən tikilmə xərcləri 5500 manat məbləğindədir.

12. Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna dair JN-1043 saylı KOD 30301004 saylı Dövlət Aktına əsasən Cavabdeh Hacıağa oğluna Quba şəhəri ərazisindən 0,01 ha torpaq sahəsi satılmışdır.

13. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********8506301 reyestr nömrəli ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışından görünür ki, Quba şəhəri 24-cü məhəllə ünvanında yerləşən 0,01 ha torpaq sahəsi və üzərində olan ümumi sahəsi 45 kv.m olan daşınmaz əmlak xüsusi mülkiyyət hüququ ilə Cavabdeh Hacıağa oğlunun adına qeydə alınmışdır.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/8413 nömrəli ekspert rəyindən görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, **********89-12301 reyestr nömrəli, ********** qeydiyat nömrəli, xx.xx.2018ci il tarixli qeydiyyat tarixli çıxarışa əsasən, Quba şəhər X7 196 ünvanında yerləşən 0.8502 ha torpaq sahəsinin naturada koordinatları müəyyən edildi. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********85-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışına əsasən, ünvan 6əhəllə ünvanında yerləşən Cavabdeh Hacıağa oğluna məxsus 0,01 ha torpaq sahəsinin plan-ölçüsü (texniki hissə) olmadığından həmin torpaq sahəsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, **********89-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018ci il qeydiyyat tarixli çıxarışa əsasən, Quba şəhəri X7 196 ünvanında yerləşən İddiaçı-yə məxsus 0,8502 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün deyildir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********85-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışına əsasən, ünvan 6əhəllə ünvanında yerləşən Cavabdeh Hacıağa oğluna məxsus 0,01 ha torpaq sahəsinin plan-ölçüsü (texniki hissə) olmadığından faktiki istifadə olunan torpaq sahəsi ilə düşüb-düşməməsini müəyyənləşdirmək mümkün deyildir. Cavabdeh Hacıağa oğlunun faktiki istifadəsində olan torpaq sahəsi və çilingər sexi ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən, Quba şəhəri X7 196 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus 0,8502 ha torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, **********89- 12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən, Quba şəhəri X7 196 ünvanında yerləşən İddiaçı-yə məxsus 0.8502 ha torpaq sahəsində Cavabdeh Hacıağa oğlu tərəfindən istifadə olunan çilingər sexinin yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh Hacıağa oğlu tərəfindən faktiki istifadə etdiyi torpaq sahəsi və çilingər sexi X7ndə yerləşir. Koordinatlar mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Quba şəhər X7 196 ünvanı və ünvan 6əhəllə eyni ünvandır. Mübahisəli torpaq sahəsi ünvan 6əhəlləsində yerləşir. X7nin bir hissəsi də həmin məhəllədən keçir. Rəyə əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir.

15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-34/2-12191/2023 nömrəli torpaq sahəsinə dair məlumatın verilməsi barədə cavab məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC-yə məxsus Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0.8502 ha torpaq sahəsinin koordinatları ilə başqa şəxslərə məxsus çıxarışın, texniki pasportun və torpaq sahəsinin planı və ölçüsünün koordinaları üst-üstə düşmür.

16. Quba Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli 2(027)-64/2021 saylı məktubu ilə Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X11 daxil olmuş Quba Rayon Məhkəməsinin icraatında olan iddiaçı Quba- İstehsalat MMC-nin Cavabdeh Hacıağa oğluna qarşı torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, zəbt olunmuş torpaqdan çıxarılma və torpaq sahəsi üzərində olan tikilinin sökülməsi tələbinə dair iş üzrə Quba Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli 2(027)-64/2022 saylı qərardadında qoyulmuş suallar üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz ərazi idarəsinin mütəxəssis rəyində qeyd olunur ki, Quba-İstehsalat MMC-nə məxsus olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestr RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba şəhəri X7 196 ünvanında olan 0.8502 ha torpaq sahəsi və üzərində yerləşən 1450,9 kv metr tikili ilə xüsusi mülkiyyət hüququ ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 03 mart 2006-cı il tarixdə verilmiş JN-1043 KOD 30301004 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Quba şəhəri ərazisində yerləşən 0.01 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Lakin İddiaçı-nə məxsus olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestr RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba şəhəri X7 196 ünvanında olan 0.8502 ha torpaq sahəsi ilə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 308 nömrəli, xx.xx.2003-cü il tarixli “Qeydiyyat vəsiqəsi”nə əsasən Cavabdeh Hacıağa oğluna məxsus olan ünvan 6əhəllə ərazisində yerləşən 45 kv metr elektrik çilingər sexinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi Qeydiyyat vəsiqəsində məkan göstəriciləri olmadığından təyin etmək mümkün olmamışdır. Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş 308 nömrəli xx.xx.2023-cü il tarixli “Qeydiyyat vəsiqəsi”nə əsasən Cavabdeh Hacıağa oğluna məxsus olan ünvan 6əhəllə ərazisində yerləşən 45 kv metr elektrik çilingər sexinin yerləşdiyi torpaq sahəsinin koordinatları müəyyən olunmur.

Birinci instansiya məhkəməsində icraat

17. İddiaçı Cavabdeh Hacıağa oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı-nə məxsus Quba şəhəri, X7 196 ünvanında yerləşən 0,8502 ha torpaq sahəsinin Quba şəhəri X7nə olan çıxışı tərəfində tikilmiş və Cavabdeh Hacıağa oğlu tərəfindən istifədə edilən, Cavabdeh Hacıağa oğluna məxsus tikilinin cavabdehin hesabına sökülməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba şəhəri, X7 196 ünvanında yerləşən 0,8502 ha torpaq sahəsinin üzərində Cavabdeh Hacıağa oğlu tərəfindən yaradılmış maneələrin qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

18. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı-yə məxsus Quba şəhəri, X7 196 ünvanında yerləşən 0,8502 ha torpaq sahəsinin Quba şəhəri X7nə olan çıxışı tərəfində tikilmiş və Cavabdeh Hacıağa oğlu tərəfindən istifədə edilən tikilinin 5500 (beş min beş yüz) manat kompensasiya ödənilməklə sökülməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba şəhəri, X7 196 ünvanında yerləşən 0,8502 ha torpaq sahəsində mülkiyyət hüququnun həyata keçirilməsinə (istifadə, sahiblik) Cavabdeh Hacıağa oğlu tərəfindən yaradılmış maneələrin qaldırılması, Cavabdeh Hacıağa oğlunun İddiaçı-yə məxsus Quba şəhəri, X7 196 ünvanında yerləşən 0,8502 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestr RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba şəhəri X7 196 ünvanında olan 0,8502 ha torpaq sahəsi və üzərində yerləşən 1450,9 kv.m tikili xüsusi mülkiyyət hüququ ilə Quba–İstehsalat MMC-yə məxsusdur. Torpaq sahəsinin bir hissəsi Quba şəhəri X7nin kənarındadır. Həmin torpaq sahəsində müxtəlif tikililər olmaqla, müəssisə istehsalatla məşğuldur. X6 prospektinin kənarında yerləşən torpaq sahəsinin bir hissəsini (təxminən 54 kv.m) Cavabdeh Hacıağa oğlu zəbt etmiş, orada tikili tikmiş, müəssisənin torpaq sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaratmışdır. Cavabdeh müəssisəyə məxsus torpaq sahəsinin üzərindəki tikilidən avtomobillərin yağ dəyişmə məntəqəsi kimi istifadə edir, X6 prospektinin kənarındakı torpaq sahəsini zəbt etməklə, tikili tikməklə müəssisənin həmin ərazidəki gəlirdən, qazancdan məhrum edir. Halbuki müəssisə fəaliyyətlə məşğul olur, cavabdehin müəssisəyə məxsus torpaq sahəsini zəbt etməsi nəticəsində müəssisə həmin torpaq sahəsini istifadə edə bilmir.

20. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarxli 2(027)-39/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən İddiaçı-yə məxsus Quba şəhəri, X7 196 ünvanında yerləşən 0,8502 ha torpaq sahəsinin Quba şəhəri X7nə olan çıxışı tərəfində tikilmiş və Cavabdeh Hacıağa oğlu tərəfindən istifadə edilən tikilinin İddiaçı tərəfindən 5500 (beş min beş yüz) manat məbləğində kompensasiya ödənilməklə sökülməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba şəhəri, X7 196 ünvanında yerləşən 0,8502 ha torpaq sahəsində mülkiyyət hüququnun həyata keçirilməsinə (istifadə, sahiblik) Cavabdeh Hacıağa oğlu tərəfindən yaradılmış maneələrin aradan qaldırılmması, Cavabdeh Hacıağa oğlunun İddiaçı-yə məxsus Quba şəhəri, X7 196 ünvanında yerləşən 0,8502 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir (hakim Vüqar Seyidov).

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 170.2ci maddələri, Torpaq Məcəlləsinin 11-ci maddəsi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 iyun 2021-ci il tarixli qərarındakı hüquqi mövqe, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.1, 218.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri

22. Cavabdeh Hacıağa oğlu qətnamədən apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarxli 2(027)-39/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılması xahiş etmişdir.

23. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, cavabdehin mübahisə predmetinə dair daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş mülkiyyət hüquqlarının mövcud olmasına və həmin hüququn dövlət tərəfindən tanınıb qorunmasına dair qanunvericiliyin tələbləri pozulmuş, mülkiyyətçi hüquqlarının pozulması ilə nəticələnən məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə, iddiaçının mübahisələndirdiyi daşınmaz əmlakın başqa yerdə yerləşməsi, qeyd olunan ünvanda olmaması kimi səhv nəticəyə gəlmiş və bununla bağlı sənədlərin öyrənilməsini yerinə yetirməmiş, yerli baxış və müayinə keçirməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə iddiaçının Cavabdeh Hacıağa oğluna mülkiyyət hüququna dair Çıxarışın verilməsi vəzifəsinin daşınmaz əmlakın dövlət reyestri orqanına (DƏDRX-nın 5 saylı Xaçmaz Əİ) həvalə edilməsi barədə məhkəmə aktlarının qəbul edildiyi inzibati məhkəmə icraatını tələb edib öyrənmədən hazırkı mübahisəyə münasibətdə predyudisial əhəmiyyətinə hüquqi qiymət vermədən yekun qərar qəbul etmişdir. İş üzrə cavabdeh tərəfin iştirakı təmin edilmədiyindən onun məhkəmə müdafiə hüququ pozulmuş, məhkəməyə sübutlar, sənədlər təqdim etmək imkanından məhrum olmuşdur.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

24. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

25. Məhkəmə iclasında Cavabdeh Hacıağa oğlu, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək orada göstərilənlərə uyğun izahat verib təmin edilməsini xahiş etdilər.

26. Məhkəmə kollegiyasın iclasında İddiaçı-nin direktoru X3, nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər.

27. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 5 saylı Xaçmaz ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

28. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:

30. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

31. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

32. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

33. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

34. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

35. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

Mülki Prosessual Məcəllə

36. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

41. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

42. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

45. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

46. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

47. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

Apellyasiya baxışının hədləri

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

49. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

50. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Zaidov X10 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarxli 2(027)-39/2023 nömrəli qətnaməsinin tam ləğvini xahiş etmişdir.

51. Ona görə də kollegiya Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarxli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi təmin edilməməlidir.

53. İşin hallarından görünür ki, hazırkı iddia tələbi İddiaçı adına Dövlət reyestrində qeydiyyata alınmış Quba şəhəri, X7 196 ünvanında yerləşən 0,8502 ha torpaq sahəsində tikilmiş və Cavabdeh Hacıağa oğlu tərəfindən istifadə edilən tikilinin kompensasiya ödənilməklə sökülməsi, cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, cavabdehin İddiaçı-yə məxsus torpaq sahəsindən çıxarılması ilə bağlıdır.

54. Qətnaməni mübahisələndirilən Cavabdeh Hacıağa oğlu isə apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsi tərəfindən cavabdehin iştirakı təmin edilmədiyindən onun məhkəmə müdafiə hüququnun pozulmasını və hazırkı işə aid olan qanuni qüvvəyə minmiş qərarların nəzərə alınmamasını göstərmişdir.

55. Kollegiya birinci instansiya məhkəməsində cavabdeh tətəfin işirakı ilə bağlı qeyd edir ki, iş materiallarından görünür ki, Cavabdeh Hacıağa oğlunun nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2021-ci il tarixli hazırlıq iclasında,xx.xx.2021-ci il tarixli baxış iclasında, xx.xx.2021-ci il tarixli baxış iclasında, xx.xx.2022-ci il tarixli baxış iclasında iştirak etmişdir. Belə olan halda, kollegiya cavabdehin birinci instansiya məhkəməsində müdafiə hüququnun pozulması dəlili ilə razılaşmayaraq, hesab edir ki, cavabdeh bu məhkəmə mübahisəsi barədə məlumatlı olmuş, hətta vəkillə bir neçə iclaslarda təmsil olunmuşdur.

56. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin digər dəlili ilə bağlı qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 17 fevral 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərarın məzmunundan görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh Hacıağa oğlunun iddiası təmin edilmiş, Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən 03 mart 2006-cı il tarixdə verilmiş JN-1043 KOD 30301004 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin Quba rayon Şöbəsinin 0,01 ha torpaq sahəsinə və orada yerləşən çilingər sexinə Cavabdeh Hacıağa oğlunun mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərar apellyasiya instansiyasında dəyişdirilmədən saxlanılmışdır. Sonradan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 17 fevral 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

57. Beləliklə, Cavabdeh mübahisəsi gedən çilingər sexinə və 0,01 ha torpaq sahəsinə mülkiyyət kimi qeydiyyatını məhz yuxarıda qeyd olunan qərarlar əsasında keçirmişdir. Qeyd olunmalıdır ki, həmin inzibati iş üzrə kasassiya şikayətinin dəlillərində məhz Cavabdeh məxsus daşınmaz əmlakın hazırkı iş üzrə iddiaçı kimi çıxış edən İddiaçınin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi göstərilmişdir. Belə olan halda kollegiya hesab edir ki, hazırkı iddia təmin oluna bilməz.

58. Məhkəmə kollegiyası nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

59. Qeyd edilməlidir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

60. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

61. Göstərilən maddi hüquq normasında mülkiyyətçinin öz əmlakının özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı üç dispozitiv şərtin olması nəzərdə tutulmuşdur: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması; 3) başqa şəxsin sahibliyinin qanunsuz olmalıdır. Göstərilən üç şərt və iddianın elementləri mövcud olduqda, vindikasiya iddiası verilir.

62. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 157-ci maddəsinin tələblərinə əsasən, iddiaçı mübahisəli daşınmaz əmlakın (çilingər sexinin və torpağın) cavabdehin qeyri-qanuni sahibliyində olmasını sübuta yetirə bilməmişdir.

63. Digər tərəfdən, apellyasiya şikayətinin dəlillərini nəzərə alan kollegiya işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmini üçün xx.xx.2023-cü il tarixli qərardadı ilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. xx.xx.2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, Cavabdeh Hacıağa oğlunun faktiki istifadəsində olan torpaq sahəsi və çilingər sexi "xxxx" MMC-yə məxsus 0,8502 ha torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir.

64. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olduğundan, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmadığından, bütün digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Beləliklə, digər sübut növləri kimi ekspertin rəyinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi mövcud deyildir. Bu isə o deməkdir ki, məhkəmə hər bir halda ekspertin rəyini məhkəmə prosesi zamanı tədqiq etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir.

65. Qeyd edildiyi kimi, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

66. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

67. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.

68. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmə işin bütün faktiki hallarını araşdırmayaraq, iddianın təmin edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir.

69. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarxli 2(027)- 39/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməməlidir.

70. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul vəsaiti İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən tutulmalıdır.

71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh Hacıağa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarxli 2(027)-39/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X4, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar