Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-275/2023 15.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X7 və X1 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil, cavabdehlər Cavabdeh3, Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı maneənin aradan qaldırılması, qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(012)-396/2018 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim S.Vəkila) iddianın təmin edilməsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasına cavabdehlər X6, Cavabdeh2, Cavabdeh5 tərəfindən maneənin aradan qaldırılması, torpaq sahəsindən və fərdi yaşayış evindən cavabdehlər X6, Cavabdeh2 və Cavabdeh5 çıxarılması, həmin ünvanda yerləşən 0,252 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən inşa edilmiş tikililərin onların hesabına sökülərək torpaq sahəsinin boşaldılması, fərdi yaşayış evi və torpaq sahəsinin İddiaçı qanuni sahibliyinə qaytarılması və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 avqust 2021-ci il tarixli, 2(105)-2047/2021 nömrəli qətnaməsi ilə (hakim T.O.Quliyevin sədrliyi və məruzəsi ilə, hakimlər G.F.Tağızadədən və L.M.Məmmədovadan ibarət tərkibdə) cavabdehlər X4 və Cavabdeh2 tərəfindən birgə qaydada verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(012)-396/2018 nömrəli qətnaməsi qismən – “ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində cavabdehlər X6, Cavabdeh2, Cavabdeh5 tərəfindən olunan maneə aradan qaldırılsın” hissəsində ləğv edimiş və iddia həmin hissədə təmin edilməmiş, iddia qismən təmin edilərək qətnamə - “ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən cavabdehlər X6, Cavabdeh2 və Cavabdeh5 çıxarılsın, həmin ünvanda yerləşən 0,252 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən inşa edilmiş tikililərin onların hesabına sökülərək torpaq sahəsi boşaldılsın, fərdi yaşayış evi və torpaq sahəsi İddiaçı qanuni sahibliyinə qaytarılsın, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin” hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 iyun 2022-ci il tarixli qərarı ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 avqust 2021ci il tarixli, 2(105)-2047/2021 nömrəli qətnaməsi Abşeron Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(012)-396/2018 nömrəli qətnaməsinin “ünvan 1 ünvanda yerləşən 0,252 ha torpaq sahəsində cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən inşa edilmiş tikililərin onların hesabına sökülərək torpaq sahəsi boşaldılmasının, fərdi yaşayış evinin və torpaq sahəsinin həmin cavabdehlər tərəfindən İddiaçı qanuni sahibliyinə qaytarılmasının” dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilməsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 mülki prosessual qanunvericiliyə uyğun olaraq Abşeron Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli, 2(012)-396/2018 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək hüquqlarının izah edilməsi qərara alınmışdır. Cavabdehlər İkram və Cavabdeh4lar qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasına cavabdehlər X6, Cavabdeh2, Cavabdeh5 tərəfindən maneənin aradan qaldırılması, cavabdehlər X6, Cavabdeh2, Cavabdeh5 həmin torpaq sahəsi və fəri yaşayış evindən çıxarılması, həmin ünvanda yerləşən 0,252 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması, torpaq sahsəsində cavabdehlər Cavabdeh3 və Cavabdeh4 təəfindən inşa edilmiş tikililərin onların hesabına sökülərək torpaq sahəsinin boşaldılması, fərdi yaşayış evinin və torpaq sahəsinin onun qanuni sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsi mərhum X3 məxsus olmuşdur. Bu barədə ona X5 Bürosundan “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasport verilmişdir. Həmin pasportdan da görünür ki, bu ev 0,25 ha torpaq sahəsində yerləşir. Cavabdeh1 həmin evi və torpaq sahəsini qanunsuz olaraq öz adına sənədləşdirmiş, torpaq sahəsinin bir hissəsini Cavabdeh3 və Cavabdeh4 satmış, həmin şəxslər də torpaq sahəsində özbaşına tikililər inşa etmişdir. İddiaçı iddiasına əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-40/2012 saylı iş üzrə 17 iyul 2012-ci il qətnaməsi ilə X9 adına verilmiş torpağa mülkiyyət hüququna dair şəhadətnamə, onunla Cavabdeh1 arasında bağlanmış bağışlama müqaviləsi, Cavabdeh1 adına verilmiş reyestrdən çıxarış etibarsız hesab edilmişdir. Qətnamədən apelyasiya və kassasiya şikayəti verilmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra İddiaçı cavabdehlər X6, Cavabdeh3 və Cavabdeh4 qarşı daşınmaz əmlakın dövlət reyestrdən qeydin çıxarılması, çıxarışların ləğv edilməsi və alqı-satqı müqavillərinin etibarsız hesab edilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron rayon məhkəməsinin 31 iyul 2015-ci il tarixli, 2(012)-103/2015 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnamədən İddiaçı və Cavabdeh1 apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- 271/2016 saylı, 08 iyul 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilərək, iddia tam təmin edilmişdir. Cavabdeh1 kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehlər Cavabdeh3 və Həsənov X8 Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin onlara aid hissədə ləğv edilməsi, həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi hüquq norması məhkəmə tərəfindən düzgün tətbiq edilməmiş, ümumiyyətlə qətnamədə cavabdeh Ehtiram və Cavabdeh3ların əmlakın vicdanlı alıcı olmasını nəzərə almamışdır. Apellyasiya şikayətinin dəlilləri üzrə düzgün hüquqi qiymətləndirmə aparmamış və nəticədə cavabdehin qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququ pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh3 da öz növbəsində barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh4 da öz növbəsində barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, tərəflərin təqdim etdikləri ərizələri nəzərdən keçirib məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında barışıq əldə edildiyindən, ərizələri təmin edilməli, barışıq sazişi təsdiq edilməli, Abşeron Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Apellyasiya icraatı zamanı tərəflər 15 fevral 2023-cü il tarixli barışıq sazişi təqdim edərək, və bununla əlaqədar olaraq iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılması barədə razılığa gəldiklərini bildirmişlər. Azərbaycan Respublikası MPM-nin 370.1. maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Mülki Prosessual Məcəllənin 370.2. maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Mülki Prosessual Məcəllənin 191.2. maddəsinə əsəsən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxs öz hüquqlarının və qanunlar qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Əgər şəxs irəli sürdüyü iddianı müdafiə edərsə, tələbinin əsaslı olmasına dair istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tələbin sübut ediləcəyi təqdirdə iddianı təmin edilməsi qənətinə gəlməlidir. İddia tələbi üzrə irəli sürülmüş tələblər üzrə yekun məhkəmə aktı qəbul edilmədən başa çatdırılması halları mövcuddur ki, bu hallarda da tələb üzrə qətnamə qəbul edilmədən, iş üzrə icraata qərardad qəbul edilməklə yekun nəticə verilir. Belə hallardan biri də barışıq sazişi bağlanmasıdır. Bu halda iddia tələbi üzrə icraata qətnamə qəbul edilmədən qərardad ilə xitam verilir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, barışıq sazişi iddiaçı və cavabdeh tərəfindən şəxsən imzalandığından, bununla da qeyd edilən barışıq sazişi iddiaçı və cavabdehin iradə ifadəsi ilə verildiyindən təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5. maddəsinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilə bilər. Azərbaycan Respublikası MPM-nin 262.4. maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda, apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağlamış olduqları barışıq sazişi qanuni və əsaslı olduğu üçün təsdiq edilməli, Abşeron Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qətnaməsi qismən “ünvan 1 ünvanda yerləşən 0,252 ha torpaq sahəsində cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən inşa edilmiş tikililərin onların hesabına sökülərək torpaq sahəsi boşaldılmasının, fərdi yaşayış evinin və torpaq sahəsinin həmin cavabdehlər tərəfindən İddiaçı qanuni sahibliyinə qaytarılması” hissəsində ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.5. maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 370.1., 384.0.5., 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayətləri qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qətnaməsi ünvan 1 ünvanda yerləşən 0,252 ha torpaq sahəsində cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən inşa edilmiş tikililərin onların hesabına sökülərək torpaq sahəsi boşaldılmasının, fərdi yaşayış evinin və torpaq sahəsinin həmin cavabdehlər tərəfindən İddiaçı qanuni sahibliyinə qaytarılması hissəsində ləğv edilsin və həmin hissədə mülki iş üzrə icraata xitam verilsin. İddiaçı və cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş ərizələr qəbul edilsin. İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı maneənin aradan qaldırılması, qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə İddiaçı və cavabdehlər Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış 15 fevral 2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin. Cavabdeh Həsənov X13 rayonu Digah qəsəbəsi M.F.Axundov küçəsi ev 55 ünvanında yerləşən 0,02 ha torpaq sahəsində tikilmiş qanunsuz fərdi yaşayış evinin sökülməsi barədə iddiadan imtina edilməsi üçün iddiaçıya 2000 (iki min) manat pul məbləğini xx.xx.2023-cü il tarixində ödədi. İş üzrə digər Cavabdeh4 yuxarıda göstərilən məqsədlə İddiaçı 2000 (iki min) manat ödədi. İddiaçı iddiadan qismən, yəni “cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən inşa edilmiş tikililərin onların hesabına sökülərək torpaq sahəsinin boşaldılması” hissəsindən imtina edir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 mübahisəli 0,252 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunda iddiaçıya hər hansı bir maneə yaratmayacaqlar. İddiaçı 0,252 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata aldırdıqdan 5 (beş) gün ərzində hazırda cavabdehlərin qanunsuz istifadəsində olan ayrı-ayrılıqda 0,02 ha torpaq sahəsinin hər birinə dair cavabdehlərlə notarial alqı-satqı müqaviləsi bağlamağı və alqı-satqı xərclərini ödəməyi öhdəsinə götürür. Tərəflər bu saziş icra edildikdən sonra bir-birilərinə qarşı hazırkı mübahisə ilə əlaqədar hər hansı bir iddia qaldırmayacaqlar. Hər iki tərəf Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələbləri baxımından barışıq sazişinin hüquqi nəticələri onlara aydın olduğunu bildirərək, bu sazişin şərtlərini könüllü surətdə qəbul etdiklərini bəyan edir. Hər iki tərəf olaraq məhkəmədən xahiş olunur ki, barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunsun. Barışıq sazişin hüquqi nəticələri hər iki tərəfə aydındır. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-275/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-275/2023
15.02.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Torpaq mübahisələri - Qanunsuz tikilinin sökülməsi - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver