Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-93/2021 06.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X13 oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı qarşı “uşaqların atadan alınaraq ona verilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Quba rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07 sentyabr 2010-cu il tarixdə doğulmuş X3 və 23 oktyabr 2011-ci il tarixdə doğulmuş X4 saxlanması üçün hər uşağa hər ay 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, Cavabdeh ilə 29 oktyabr 2009-cu il tarixdə qeydiyyat orqanlarında nikahılarını qeyd etdirmədən evlənmiş, birgə ər-arvad olaraq yaşadıqları müddətdə 07 sentyabr 2010-cu il tarixdə Eldar, 23 oktyabr 2011- d il tarixdə Elmar adlı uşaqları anadan olmuşdur. Cavabdeh Rusiya vətəndaşı olduğu üçün 2016-cı ilə kimi Rusiyada yaşamışlar, sonradan aralarında olan narazılıqlara görə ayrılmışlar, ər-arvad olaraq yaşadıqları dövrdə doğulmuş iki azyaşlı uşaqları onun yanındadır, onlara o baxıb, təlim-tərbiyəsi və digər bütün problemlərini həll edir. Cavabdeh hal-hazırda Bakı şəhərində yaşayır. Onda olan məlumata görə özəl şirkətdə işləyir. O, azyaşlı uşaqları ilə maraqlanmır. Ona uşaqların saxlanması üçün maddi yardım göstərmir. O, isə heç bir yerdə işləmir və uşaqları maddi cəhətdən təmin etməyə çətinlik çəkir. Cavabdeh İddiaçı qarşı “uşaqların atadan alınaraq ona verilməsi” tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək 07 sentyabr 2010-cu il tarixdə doğulmuş X3 və 23 oktyabr 2011-ci il tarixdə doğulmuş X4 yaşayış yerinin onun yanında müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərmişdir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Quba rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ondan 07.09.2010-cu il təvəllüdlü Eldar və 23.10.2011-ci il təvəllüdlü Elmarın saxlanılması üçün hər bir uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirirmişdir ki, o, cavabdehlə 29.10.2009-cu il tarixdə nikahlarını rəsmi qeyd etdirmədən el-adəti üzrə ailə qurmuş, birgə yaşadıqları müddətdə 07.09.2010-cu il təvəllüdlü Eldar və 23.10.2011-ci il təvəllüdlü Elmar doğulmuşlar. Oğlu Eldara atalığın müəyyən edilməsinə dair şəhadətnamə verilərək Qurbanov soyadını qəbul etmişdir. Kiçik oğluna isə atalığın müəyyən edilməsinə dair şəhadətnamə verilməmiş və Elmar onun soyadı olan Yusifov soyadında qalmışdır. O, Rusiya Federasiyasının vətəndaşı olduğu üçün ailə qurduqdan sonra Rusiya Federasiyasına getmiş və uşaqlarının hər ikisi Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində doğulmuşlar. Uşaqlarının doğumundan bir müddət sonra onlar yaşamaq üçün Quba rayonu, Çartəpə kəndinə gəlmiş, Rusiya Federasiyası vətəndaşı olduğu üçün 3 aydan bir o Azərbaycan Respublikasının ərazisini tərk etməli və sonra yenidən Azərbaycana qayıda bilərdi. O, evdar qadın olduğu üçün həyat yoldaşı onu evdən çölə buraxmamışdır. Bunun nəticəsi olaraq Azərbaycan Respublikası ərazisindən Miqrasiya Xidmətinin qərarı əsasında deportasiya edilərək Rusiya Federasiyasına göndərilmişdir. O, Azərbaycana qayıtdıqdan sonra bir daha deportasiya edilməməyi üçün cərimə ödəyərək, Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamağa hüquq qazanmış və buna görə də İddiaçı ona qarşı aliment tələbinə dair iddia qaldırdığından o, da ona qarşı uşaq tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, özü uşaqlarına baxıb tərbiyəsi ilə məşğul olmaq istəyir. Onu uşaqlarının mənafeyi maraqlandırır. Cavabdeh İddiaçı onun kimi uşaqlarına baxıb onlara lazımı qulluq göstərə bilməz. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı izahat verərək, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh izahat verərək, qarşılıqlı iddianın təmin edilməsini, ilk iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş 07 sentyabr 2010-cu il tarixdə doğulmuş X8 və 23 oktyabr 2011-ci il tarixdə doğulmuş X9 ataları İddiaçı himayəsində qalmaq istədiklərini, atalarının onları çox sevdiyini və anaları ilə görüşmək istəmədiklərini bildirmişlər. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia qismən təmin edilməsi və qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 16 noyabr 2011-ci il tarixli, 2186 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X10 23.10.2011-ci il tarixdə Rusiya Federasiyası, Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində anadan olmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 07.09.2010-cu ildə Rusiya Federasiyasında anadan olmuşdur. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-1496/2019 saylı, 15.07.2019-cu il tarixli qətnaməsi ilə, İddiaçı 23 oktyabr 2011-ci il təvəllüdlü uşaq X5 atası olmasının müəyyən olunması və doğum haqqında şəhadətnamə verilərkən ad, soyad və ata adının X2, ata qrafasında isə İddiaçı qeyd edilməsinə dair iddia tələbi təmin edilmişdir. İş üzrə təyin olunmuş və keçirilmiş Quba RİHB-sı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 09.12.2020-ci il tarixli rəyindən görünür ki, 07.09.2010-cu ildə doğulmuş X3 və 23.10.2011-ci ildə doğulmuş X6 atası İddiaçı yanında qalmaları məqsədəmüvqafiq hesab edilmişdir. İş üzrə təyin olunmuş və keçirilmiş Məhkəmə-psixoloji ekspertizasının 13.04.2021-ci il tarixli, 11/44 saylı rəyindən görünür ki, İddiaçı və Cavabdeh Mövlanovaın fərdi-psixi xüsusiyyətlərində uşaqların emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmamışdır. X8 və X9 hazırda ataları İddiaçı və anaları Cavabdeh qarşı bağlılıqları (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müəyyən olunmaqla, ataları İddiaçı qarşı bağlılıqlarının daha çox olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, hər uşağa görə hər ay 60 manat olmaqla ümumilikdə 120 manat məbləğində aliment verə biləcək səviyyədə qazanc əldə etmək imkanına malikdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 sentyabr 2010-cu il tarixdə doğulmuş X3 və 23 oktyabr 2011-ci il tarixdə doğulmuş X1 himayəsinə verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, cavabdehin qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Belə ki, tərəflərin birgə nikahlarında doğulmuş uşaqların - 07 sentyabr 2010-cu il tarixdə doğulmuş X3 və 23 oktyabr 2011-ci il tarixdə doğulmuş X4 atalarının yanında qalmasının məqsədəmüvafiq olması uşaqların izahatı, uşaqların atalarına bağlı olması Quba RİHB-sı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 09.12.2020-ci il tarixli rəyi və Məhkəməpsixoloji ekspertizasının 13.04.2021-ci il tarixli, 11/44 saylı rəyi ilə də öz təsdiqini tapmışdır. Ona görə də, cavabdehin qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olması, digər tərəfdən, iddiaçının uşaqların saxlanmasında çətinlik çəkməsi nəzərə alınaraq, 07 sentyabr 2010-cu il təvəllüdlü X3 və 23 oktyabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət olunan 03.02.2020-ci il tarixdən başlayaraq, iddiaçının xeyrinə cavabdehdən hər uşağa görə hər ay 60 manat olmaqla ümumilikdə 120 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçı aliment alınması barədə iddialar üzrə dövlət rüsumunu ödəməkdən azaddır. Azərbaycan Respublikası MPM-nin 112.1.6 və 119.2-ci maddələrin, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1 və 9.4-cü maddələrinə əsasən 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Həmçinin məhkəmə, iş üzə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 70 manat məbləğində pulun Cavabdeh Mövlanovadan tutularaq dövlət büdcəsinə köçürülməsini əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 07 sentyabr 2010-cu il təvəllüdlü X3 və 23 oktyabr 2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşaq üçün hər ay 60 manat olmaqla, 120 manat sabit pul məbləğində aliment 03.02.2020-ci il tarixdən başlayaraq Cavabdeh Mövlanovadan İddiaçı xeyrinə tutulsun. Qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Cavabdeh Mövlanovadan 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 70 manat Cavabdeh Mövlanovadan tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentə dair hissədə dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-93/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-93/2021
06.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver