Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-950/2022 16.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri qaytarılması və qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri qaytarılması və qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair 16.05.2005-ci il tarixli, JN-184F KOD 30319018 saylı Şəhadətnaməyə əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsində Cavabdeh tərəfindən tikilmiş yaşayış evinin və bütün tikililərin onun hesabına sökülməsi və həmin torpaq sahəsinin Cavabdeh məcburi qaydada alınaraq, qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş iddiaçı İddiaçı məhkəmə iclasında iştirak etməmişdir və məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iş üzrə icraata xitam verilir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-1021/2012 saylı, 04.12.2012-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı və Dadaşova Bəsirə Vahid qızının Cavabdeh qarşı “torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri qaytarılması və qanunsuz tikilinin sökülməsi tələbinə” dair iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-475/2013 saylı, 23.10.2013-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı və Dadaşova Bəsirə Vahid qızının birgə apelyasiya şikayəti təmin edilməmiş, olan Quba Rayon Məhkəməsinin 2(027)-1021/2012 saylı, 04.12.2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-102/2014 saylı, 03.04.2014-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı və Dadaşova Bəsirə Vahid qızının kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-475/2013 saylı, 23.10.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, hazırki iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri qaytarılması və qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262, 263, 264, 395 və 396-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri qaytarılması və qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-950/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-950/2022
16.05.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver