Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-964/2021 04.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, X8 ilə 18 dekabr 2007-ci il tarixli nikahlarından dünyaya gəlmiş 14 fevral 2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X5 nənəsi Cavabdeh 200 manat məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, X8 ilə 2001-ci ilin iyul ayında eladəti üzrə ailə qurmuşlar. Nikahları 18 dekabr 2007-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 29 mart 2003-cü il tarixdə X7, 14 fevral 2005-ci il tarixdə isə X9 anadan olmuşdur. Cavabdehlə ailə münasibətlərimiz əvvəllər yaxşı olsa da lakin sonradan pisləşmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-939/2012 saylı 30 oktyabr 2012-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış 18 dekabr 2007-ci il tarixli nikah pozulmuş, birgə nikahlarından doğulmuş 29 mart 2003-cü il təvəllüdlü X7 və 14 fevral 2005-ci il təvəllüdlü X9 onun yanında saxlanılmış, 29 mart 2003-cü il təvəllüdlü X7 və 14 fevral 2005-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək cavabdeh X3 hər uşağ üçün hər ay 50 manat olmaqla, cəmi 100 manat məbləğində alimentin alınaraq ona verilməsi qərara edilmişdir. Rəməş Aslanov aliment borcunu ödəmədiyi üçün Quba rayon Məhkəməsinin 1(027)- 80/2020 saylı, 09 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Daha sonra o, Quba rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli hökmündən apelyasiya şikayəti vermiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 1(105)- 114/2021 saylı 03 fevral 2021-ci il tarixli qərarı ilə X6 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məhkum olunmasına dair Quba rayon Məhkəməsinin 1 (027)-80/2020 saylı. 09 sentyabr 2020-ci il tarixli hokum dəyişdirilmədən saxlanılmışdır. X11 aliment borcu 8000 manat məbləğində təşkil edir. Onun 29 mart 2003-cü il təvəllüdlü qızı X7 artıq yetkinlik yaşına çatmışdır. Lakin qət edilmiş aliment məbləğini Rəməş Aslanov hələ də ödəməmişdir. Bu illər ərzində Rəməş Aslanov uşaqlara baxmağa heç bir köməklik etməmişdir. Aliment borcunun uşaqların nənəsi Cavabdeh alınması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, 130 manat sosial müaviət aldığını, həyat yoldaşının xəstə olduğunu, iddiaçının uşağı ona göstərmədiyini qeyd edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 30 oktyabr 2012-ci il tarixli, 2(027)-939/2012 saylı qətnaməsi və 30 oktyabr 2012-ci il tarixli, 2(027)-939/2012 saylı icra sənədindən görünür ki, 29.03.2003-cü il tarixdə anadan olmuş X2 və 14.02.2005-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, hər uşağa görə ayda 50 manat olmaqla X3 hər ay 100 manat aliment alınaraq Aslanova Natiqə İsmayılpaşa qızına verilməlidir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, X9 14 fevral 2005-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Quba rayon Məhkəməsinin 1(027)-80/2020 saylı, 09 sentyabr 2020ci il tarixli hökmü ilə X8 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh 200 manat məbləğində aliment tutularaq ona verilməsini məhkəmədən xahiş edir. Lakin, iddiaçı cavabdehin əmlak vəziyyəti, o cümlədən qazanc məbləği barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləki, məhkəmə baxışı iclasında cavabdeh 130 manat sosial müavinət aldığını, həyat yoldaşının insult xəstəsi olduğunu, bundan başqa, 14 fevral 2005-ci il təvəllüdlü X5 atası X6 ikinci dəfə ailə həyatı qurduğunu, oğlunun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay müddətinə azadlıqdan məhrum edildiyini bildirmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddianın təmin edilməsi cavabdehin sosial və maddi vəziyyətinin daha da pisləşməsinə səbəb ola bilər. Ona görə də, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olmadığı müəyyən edildiyindən iddia təmin edilməməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Yuxarıda qeyd edilən mülki hüquq normalarını və mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən öz iddia tələbinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də, onun iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-964/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-964/2021
04.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver