Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 2(027)-978/2022 04.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu İddiaçı qızının Cavabdeh qarşı aliment tələbi barədə iddiası üzrə mülki işin materiallarını nəzərdən keçirib, müəyyən etdim: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavadeh Cavabdeh ilə birgə nikahlarından olan 29 aprel 2016-cı il təvəllüdlü X3 və 07 dekabr 2017-ci il təvəllüdlü X1 üçün onun xeyrinə hər ay cavabdehin aylıq gəlirinin (başqa gəlirınin) 3/1 hissəsi məbləğində alimentin tutulması: eyni zamanda cavabdehin aylıq gəlirinin (başqa gəlirinin) 3/1 hissəsi ilə yanaşı hər uşaq üçün 100 manat olmaqla aylıq 200 manat sabit pul məbləğində alimentin tutulması barədə Qətnamə qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) tələblərinə riayət edilmədən verildiyi üçün, onun məhkəmə icraatı qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 36.3-cü maddəsinə əsasən Alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyətı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarından görünür ki, iddia ərizəsində iddia tələbinin yönəldiyi Cavabdeh ünvanı ünvan 1M-nin 36.3-cü maddəsinə istinad etsədə həmin maddəyə əsasən alimentin və atalığın müəyyən edilməsi haqqında iddiaya idiaçının yaşayış yeri üzrə məhkəmədə baxıla bilər. Belə olan halda, yuxarıda göstərilən qanun normasının tələbinə əsasən iddia cavabdehin qeydiyyata alındığı yer üzrə Masallı Rayon Məhkəməsinə verilməli və işə ərazi aidiyyəti üzrə Masallı Rayon Məhkəməsində baxılmalıdır. Ona görə də hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən hazırkı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və ərizəçiyə ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-152, 263-264 və 266- 268-cı maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı qızının Cavabdeh qarşı aliment tələb edilməsi barədə iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı qızına izah edilsin ki, iddia ərizəsinin qaytarlıması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərazi aidiyyatı qzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-978/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №2(027)-978/2022
04.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver