Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-993/2021 25.06.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçılar Xıdırova (Salahova) Nailə Qəhrəman qızının, İddiaçı5, İddiaçı6, Cavabdeh3 və onun etibarnamə əsasında nümayəndəsi və vəkili X27 iştirakı ilə Xıdırova (Salahova) Nailə Qəhrəman qızı, İddiaçı2, İddiaçı3, Salahova (Bayramova) Bahar Nəriman qızı, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Xıdırova (Salahova) Nailə Qəhrəman qızı, İddiaçı2, İddiaçı3, Salahova (Bayramova) Bahar Nəriman qızı, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üçüncü şəxs Cavabdeh3 mülkiyyətinə Quba rayonu Birinci Nügədi kəndi ərazisindən 3.9029 ha və 2.7604 ha torpaq sahələrinin verilməsinə dair 11 noyabr 2014-cü il tarixli, ********** nömrəli və ********** nömrəli qeydiyyat aparılması ilə bağlı hərəkətlərini qanunsuz hesab etməklə həmin qeydiyyatın nəticələrini, yəni 3.9029 ha torpaq sahəsinə dair 11 noyabr 2014-cü il qeydiyyat tarixli, seriya RX 0523061nömrəli, 2.7604 ha torpaq sahəsinə dair isə 11 noyabr 2014-cü il qeydiyyat tarixli seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarının bizə aid olan hissəsini ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Xıdırova (Salahova) Nailə Qəhrəman qızı və qeyriləri iddialarını onunla əsaslandırmışlar ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 1999-cu il 23 mart tarixli, 07 saylı qərarı ilə iddiaçılardan Xıdırova (Salahova) Nailə Qəhrəman qızının, İddiaçı2, İddiaçı7 valideynləri mərhum X19 mülkiyyətinə Quba rayonu 1-ci Nügədi kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0.22 ha torpaq sahəsi ayrılmış, bu barədə ona JN-333 KOD 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Quba rayonu İcra Hakimiyyəti Başçısının 1-ci Nügədi inzibati Ərazi Dairəsi üzrə nümayəndiliyinin verdiyi 22 sentyabr 2016-cı il tarixli, AZ-1 823572 nömrəli ölüm haqqında şəhadətnamə ilə təsdiq edilir ki, X33 17 noyabr 2005-ci il tarixdə vəfat etmişdir. Quba rayonu Aqrar İslahat Komissiyasının 1999-cu il 23 mart tarixli, 07 saylı qərarı ilə iddiaçılardan Xıdırova (Salahova) Nailə Qəhrəman qızının mülkiyyətinə Quba rayonu 1-ci Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0.22 ha torpaq sahəsi ayrılmış, bu barədə ona JN-336 KOD 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Quba rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 23 mart tarixli, 07 saylı qərarı ilə iddiaçılardan İddiaçı2 və ailə üzvləri İddiaçı3, Salahova (Bayramova) Bahar Nəriman qızının, X12, İddiaçı5 və İddiaçı6 mülkiyyətinə Quba rayonu 1-ci Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 1.32 ha torpaq sahəsi ayrılmış, bu barədə ona JN-334 KOD 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. İddia ərizəsinə əlavə edilmiş Qusar Rayon Məhkəməsinin 22 avqust 2006-cı il tarixli, 2-459a/2006 saylı məhkəmə qətnaməsinin surətindən göründüyü kimi, Quba rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 23 mart tarixli, 07 saylı qərarı ilə Quba rayonu 1-ci Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə İddiaçı7 mülkiyyətinə 0.88 ha İddiaçı8 mərhum həyat yoldaşı X6 mülkiyyətinə 0.88 ha torpaq sahəsi ayrılmışdır. Quba rayonu İcra Hakimiyyəti Başçısının 1-ci Nügədi İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin verdiyi 03 fevral 2006cı il tarixli, AZ-1 179439 nömrəli şəhadətnamə ilə təsdiq edilir ki, X20 24 yanvar 2006-cı il tarixdə vəfat etmişdir. İddiaçılardan Xıdırova (Salahova) Nailə Qəhrəman qızının qardaşı, iş üzrə Cavabdeh1 ilə aralarında olan torpaq mübahisəsinə dair məhkəmə qətnaməsinin icrası zamanı məlum olmuşdur ki, Cavabdeh1 əldə etdiyi saxta məhkəmə qətnaməsinə əsasən iddiaçıların mülkiyyətində olan torpaq sahələrini öz adına keçirmiş, sonradan isə iş üzrə üçüncü şəxs Cavabdeh3 satmışdır. Belə ki, sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi 02.09.2019-cu il tarixli, **********36 nömrəli məktubla cavab olaraq bildirmişdir ki, Qusar Rayon Məhkəməsinin 22.08.2006-cı il tarixli 2-459A/2006 saylı məhkəmə qətnaməsi əsasında Cavabdeh1 adına verilmiş 12.02.2007ci il tarixli, seriya MH 0006575, 12.02.2007-ci il tarixli seriya MH ******* Cavabdeh3 adına tərtib edilmiş 11.11.2014-cü il tarixli, seriya RX ******* və ******* nömrəli çıxarışların ləğvi üçün çıxarışda adları qeyd olunmuş hüquqi sahiblərinin notarial qaydada çıxarışın ləğvi ilə bağlı razılıq ərizəsi təqdim olunmalıdır. Əks təqdirdə məhkəməyə müracət olunmalıdır. Həmin idarədən əldə etdikləri Qusar Rayon Məhkəməsinin 22 avqust 2006-cı il tarixli, 2- 459a/2006 saylı məhkəmə qətnaməsinin surətindən göründüyü kimi həmin qətnaməyə əsasən iddianın təmin edilməsi Cavabdeh1 tərəfindən cavabdehlər X36ma məxsus 0.22 ha, İddiaçı2 məxsus 1.32 ha İddiaçı7 məxsus 0.88 ha, X10 məxsus 0.22 ha, X13 məxsus 0.22 ha, X14 məxsus 0.22 ha, X15 məxsus 0.44 ha, X7 məxsus 0.88 ha, X11 məxsus 0.88 ha, X2 məxsus 1.10 ha X3 məxsus 0.22 ha, X4 məxsus 0.44 ha, X1 məxsus 0.44 ha, X5 məxsus 0.88 ha, X28ma məxsus 0.22 ha, X21 məxsus 0.41 ha, X8 məxsus 1.05 ha, X22 məxsus 0.63 ha X23 məxsus 0.51 ha və X16 məxsus 1.06 ha torpaq sahələrinin alqısatqısına dair cavabdehlərlə bağladığı müqavilələrin etibarlı hesab edilməsi, iş üzrə cavabdehlər X25 məxsus JN-333, İddiaçı2 məxsus JN-334 İddiaçı7 məxsus JN-335, X10 məxsus JN-336 X13 məxsus JN-337, X17 məxsus JN-338, X24 məxsus JN-339, X7 məxsus JN-340, X11 məxsus JN-341, X2 məxsus JN-342, X3 məxsus JN-343, X4 məxsus JN-344, X1 məxsus JN-345, X5 məxsus JN-346, X18 məxsus JN-347, X21 məxsus JN- 709, X8 məxsus JN-1329, X22 məxsus JN-942, X23 məxsus JN-941 və X16 məxsus JN- 955 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktlarının satılmış hissələri üzrə ləğv edilməsi cavabdehlərə özgəninkiləşdirdikləri torpaq sahələri çıxılmaqla faktiki mülkiyyətlərində qalan torpaq sahələrinin cizgiləri daxilində Torpağa Mülkiyyət Hüququna dair Dövlət Reyestrindən Çıxarışların verilməsi qətnamənin icrasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz rayon Ərazi idarəsinə tapşırılması qət edilmişdir. Bu qətnamə Cavabdeh1 adına Quba rayonunun 1-ci Nügədi kəndində yerləşən 12.24 ha torpaq sahəsinə Mülkiyyət Hüququna dair Dövlət Reyestrindən Çıxarışın verilməsi üçün əsas olmuşdur. Göstərilən məhkəmə qətnaməsi əsasında üçüncü şəxs Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsi tərəfindən 3.45932 ha torpaq sahəsinə dair 12 fevral 2007-ci il qeydiyyat tarixli, seriya MH ******* nömrəli, 2.103096 ha torpaq sahəsinə dair isə 12 fevral 2007-ci il qeydiyyat tarixli seriya MH ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Quba rayonunun xüsusi notariusu X37 tərəfindən təsdiq edilmiş 11 oktyabr 2014-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən göründüyü kimi həmin müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan Quba rayonu 1-ci Nügədi ərazisində yerləşən ümumi sahəsi 3,45932 ha torpaq sahəsini 5000 manata iş üzrə üçüncü şəxs Cavabdeh3 satmışdır. 11 oktyabr 2014-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən göründüyü kimi həmin müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan Quba rayonu 1-ci Nügədi ərazisində yerləşən ümumi sahəsi 2,103096 ha torpaq sahəsini 4000 manata iş üzrə üçüncü şəxs Cavabdeh3 satmışdır. 21 oktyabr 2014-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən göründüyü kimi həmin müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan Quba rayonu 1-ci Nügədi ərazisində yerləşən ümumi sahəsi 1,1 ha torpaq sahəsini 5000 manata iş üzrə üçüncü şəxs Cavabdeh3 satmışdır. Qeyd olunan alqı-satqı müqavilələri əsasında üçüncü şəxs Cavabdeh3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 3.9029 ha torpaq sahəsinə dair 11 noyabr 2014-cü il qeydiyyat tarixli, seriya RX ******* nömrəli 2.7604 ha torpaq sahəsinə dair isə 11 noyabr 2014-cü il qeydiyyat tarixli, seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Qusar Rayon Məhkəməsi 01 iyul 2019-cu il tarixli, G(029)-369/2019 nömrəli məktubla sorğuya cavab olaraq bildirmişdir ki, Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivinin, həmçinin ststistik kartoçkalarının qeydiyyatında Cavabdeh1 tərəf olduğu 22 avqust 2006-cı il tarixli, 2-459a/2006 saylı mülki iş mövcud deyil və bu səbəbdən həmin iş üzrə hər hansı bir sənədin verilməsi qeyri-mümkündür. Qusar Rayon Məhkəməsinin qeyd olunan qətnaməsinin saxta olması bir daha onunla sübüt olunur ki, 22.08.2006-cı il tarixli qətnamədə cavabdeh qismində göstərilərək məhkəmə iclasında dindirilməsi qeyd olunan X33 17 noyabr 2005-ci il tarixdə, X20 isə 24 yanvar 2006-cı il tarixdə vəfat etmiş, halbuki ölmüş adamların məhkəmə iclasında dindirilməsi qeyri-mümkündür. Digər tərəfdən Qusar Rayon Məhkəməsinin qeyd olunan qətnaməsində təsvir olunan mübahisənin Qusar rayonuna heç bir aidiyyatı yoxdur. Beləliklə, iddia ərizəsinə əlavə olunan sənədlərlə tam təsdiq edilir ki, saxta məhkəmə qətnaməsi əsasında iddiaçıların mülkiyyətində olan torpaq sahəsi qanunsuz olaraq hazırki iş üzrə Cavabdeh1 adına qeydə alınmış, o da öz növbəsində həmin torpaq sahələrini iş üzrə üçüncü şəxs Cavabdeh3 satmışdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsin üçüncü şəxs Cavabdeh3 mülkiyyətinə Quba rayonu İ Nügədi kəndi ərazisindən 3.9029 ha və 2.7604 ha torpaq sahələrinin verilməsinə dair 11 noyabr 2014-cü il tarixli ********** nömrəli və ********** nömrəli qeydiyyat aparılması ilə bağlı hərəkətləri qanunsuz hesab edilməli və həmin qeydiyyatın nəticələri, yəni 3.9029 ha torpaq sahəsinə 11 noyabr 2014cü il qeydiyyat tarixli seriya RX ******* nömrəli, 2.7604 ha torpaq sahəsinə dair isə 11 noyabr 2014-cü il qeydiyyat tarixli, seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ləğv edilməlidir. Bu barədə 16 dekabr 2019-cu il tarixdə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmışlar. Məhkəmə mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılması nəzərdə tutur ki, hazırki iddia predmet və mahiyyəti baxımından inzibati xarakterli olmadığından iddianın inzibati məhkəmə icraatı qaydasında əsaslılığının araşdırılması yolverilməz olduğunu və bu üzdən mübahisə predmeti olan hüquqların dövlət qeydiyyatından çıxarışlar alqı-satqı müqavilələrinin nəticəsi olduğuna görə mülki xarakterli olduğu barədə 05.03.2020-ci il tarixli qərardad çıxarmışdır. Ona görə də aidiyyatı üzrə Quba Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməli olmuşlar. İş materiallarında olan İddiaçı7 məhkəməyə ünvanladığı ərizədən görünür ki, həmin ərizə ilə iddia ərizəsindəki imzasından imtina edir. İş materiallarında olan İddiaçı8 məhkəməyə ünvanladığı ərizədən görünür ki, həmin ərizə ilə iddia ərizəsindəki imzasından imtina edir. Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən məhkəmə, İddiaçı7 və İddiaçı8 iddiadan imtinasını qəbul edir. Sonradan iddiaçılar Xıdırova (Salahova) Nailə Qəhrəman qızı, İddiaçı2, İddiaçı3, Salahova (Bayramova) Bahar Nəriman qızı, İddiaçı5 və İddiaçı6 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Qusar Rayon Məhkəməsinin qətnaməsi əsasında Cavabdeh1 adına Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışların onlara və valideynləri mərhum X19 mülkiyyətinə aid hissəsinin etibarsız sayılaraq ləğv edilməsi; Cavabdeh1 adına çıxarılmış saxta çıxarışlarla üçüncü şəxs Cavabdeh3 ilə cavabdeh alqı-satqı etdiyinə görə həmin alqı-satqı müqavilələrinin etibarsız sayılması; Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üçüncü şəxs Cavabdeh3 mülkiyyətinə Quba rayonu Birinci Nügədi kəndi ərazisindən 3.9029 ha və 2.7604 ha torpaq sahələrinin verilməsinə dair 11 noyabr 2014-cü il tarixli, ********** nömrəli və ********** nömrəli qeydiyyat aparılması ilə bağlı hərəkətlərini qanunsuz hesab etməklə həmin qeydiyyatın nəticələrini, yəni 3.9029 ha torpaq sahəsinə dair 11 noyabr 2014-cü il qeydiyyat tarixli, seriya RX 0523061nömrəli, 2.7604 ha torpaq sahəsinə dair isə 11 noyabr 2014-cü il qeydiyyat tarixli seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarının onlara və valideynləri mərhum X19 mülkiyyətinə aid olan hissəsinin etibarsız sayılaraq ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçı Xıdırova (Salahova) Nailə Qəhrəman qızı, İddiaçı5 və İddiaçı6 iddianı müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirdi ki, o, vicdanlı alıcıdır. Torpaq sahəsini alan vaxtı hazırki cavabdehlər orada olmamış, ümimiyyətlə onları yalnız 2019-cu ildə tanıyıb. Həmin torpaq sahəsini qanuni əsaslarla Cavabdeh1 aid çıxarışla alıb. O, həmin torpaq sahəsində bağ salaraq, soyuducu anbar tikib, həmin torpaq sahələrinə 100000 manatdan çox xərc çəkib. Bundan başqa iddiaçılar həmin torpaq sahəsinin ona satılmasını 09 aprel 2019-cu il tarixdən əvvəl bilmişlər. Belə ki, iddiaçılar icra işi çərçivəsində onun torpaq sahəsinə gələrək, torpaq sahəsinin ona satılmasını bilmişlər. Əqdlərin mübahisələndirilməsi ilə bağlı iddia müddəti bir ildir. Ona görə də iddia müddətinin tətbiq edilməsini və iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 etibarnamə əsasında nümayəndəsi X40 iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirdi ki, Cavabdeh3 vicdanlı alıcıdır. Torpaq sahəsini alan vaxtı hazırkı cavabdehlər orada olmamış, həmin torpaq sahəsini qanuni əsaslarla Cavabdeh1 aid çıxarışla almışdır. Cavabdeh3 orada bağ salaraq, soyuducu anbar tikmiş, həmin torpaq sahələrinə 100000 (yüz min ) manatdan çox xərc çəkmişdir. Bundan başqa iddiaçılar həmin torpaq sahələrinin Cavabdeh3 satılmasını 09 aprel 2019-cu il tarixdən əvvəl bilmişlər. Belə ki, iddiaçılar icra işi çərçivəsində Cavabdeh3 torpaq sahəsinə gələrək torpaq sahəsinin ona satılmasını bilmişlər. Bu barədə onlara məhkəmə iclasında sual verən vaxtı da torpaq sahəsinin 2019-cu ildən əvvəl Cavabdeh3 satılmasını bildiklərini etiraf etmişlər. Əqdlərlərin mübahisələndirilməsi ilə bağlı iddia müddəti bir ildir. Belə olan halda iddiaçılar iddia tələbində irəli sürdükləri əqdlərin alqı-satqı müqavilələrini mübahisələndirilməsi üçün iddia müddətini ötürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində 347.1-ci maddədə nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Ona görə də iddiaçılar Xıdırova (Salahova) Nailə Qəhrəman qızı və qeyrilərinin Cavabdeh3 qarşı iddiasının bir illik iddia müddəti tətbiq olunmaqla iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasının xahiş edir. İş üzrə Cavabdeh1 24 iyun 2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və 15.05.2021-ci il tarixdə məhkəməyə təqdim etdiyi etiraz ərizəsini nəzərə alaraq, iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarında olan 16.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuş Cavabdeh1 etiraz ərizəsində göstərilir ki, İddiaçı1 onun doğma bacısıdır. Birgə yaşayış dövründə onların münasibətləri 2005-ci ilin noyabr ayına kimi normal olmuşdur. 2005-ci ilin oktyabr ayında anası yataq xəstəsi olmuşdur. Bacısı Nailə də anası ilə yaşadığı üçün anasına baxırdı. 2005-ci ilin oktyabr ayında bacısı Nailə onlardan xəbərsiz, özbaşına anasını yataqda xəstə vəziyyətdə qoyaraq gecə yarısı Bakı şəhər sakini olan Xıdırov Novruza qoşulub qaçmışdır. Bu işdən sonra o, bacısı ilə bütün münasibətləri pozmuşdur. X52 də bacısı Nailənin qaçmağına dözməyərək insult keçirərək 2005-ci ilin noyabr ayının 5-də vəfat etmişdir. O və qardaşları bacısı Nailənin özbaşına qaçıb getdiyi üçün anasının dəfnində iştirakına belə qadağa qoymuşlar. Bundan sonra bacısı Nailə onunla yola getmir. O, kənddə yaşadığı üçün ailələrinin bütün təsərrüfat işlərini aparıb. 2000-ci ildən 2005-ci ilə kimi ailələrinə məxsus pay torpaq sahələrini o, əkib. Əkdiyi taxılın bir hissəsini də anasının həyətində saxlayıb. Həmin taxıldan anası və Nailədə istədikləri kimi istifadə edirdilər. Onların birgə təsərrüfatı olan vaxtı qardaşı İddiaçı2, bacısı İddiaçı8 və qardaşı İddiaçı7da torpaqları onda olub. Sonradan qardaşı İddiaçı2 məxsus JN-334 №-li Akta əsasən 1,32 ha torpaq sahəsinin əvəzinə 1,30 ha, bacısı İddiaçı8 ailəsinə məxsus olan 0,88 ha boş torpaq sahəsinin əvəzinə 0,93 ha və qardaşı İddiaçı7 ailəsinə məxsus 0,88 ha boş torpaq sahəsinin əvəzinə 0,89 ha torpaq vermişdir. Ərizədə adları göstərilən: qardaşı Nərimanın ailə üzvləridir 1. İddiaçı3 Qazıəhməd qızı -Nərimanın yoldaşı, 2. Salahova (Bayramova) Bahar - Nəriman qızı, 3. İddiaçı5, 4. İddiaçı6. O, Nərimanın torpaqlarını adına keçirdikdən sonra Nəriman da öz adına olan torpağı onun köməyi ilə, digər vətəndaşlara məxsus olan 1,29 ha torpaqla dəyişərək, həmin torpaqları böyük oğlu Salahov Elvinin adına keçirib. Sadəcə olaraq qardaşının övladları ataları Nərimanın öz ailəsinə məxsus olan torpağı böyük oğlu Elvinin adına keçdiyi üçün onlar öz aralarında mübahisə edirlər. Bacısı İddiaçı1 də bu fürsətdən öz marağına görə qardaşı Nərimanı, Tərlanı və bacısı İddiaçı8 aldadaraq həmin iddia ərizəsinə imza etdirmişlər. O, qardaşı Tərlanla və bacısı Zibeydə ilə söhbəti etmişdir. Onlar hər ikisi ona bildirmişlər ki, onları həmin iddia ərizəsinə Nailə aldadıb imza etdirib. Onlar həmin iddia ərizəsinin məzmununu başa düşməyib imza etmişlər. Hal-hazırda qardaşı Tərlan və bacısı İddiaçı8 həmin iddia ərizəsindəki imzalarından imtina edirlər. Bacısı İddiaçı1 özü 0,22 ha boş torpaq sahəsini onun torpağı ilə birləşdirməyə razılıq vermişdir. O, İddiaçı1 2 para hissədə 0,22 ha boş torpaq sahəsinə öz adına kəndə yaxın olan 0,26 ha boş torpaq təklif edir. Lakin bacısı Nailə bundan da imtina edib. O, öz istifadəsində olan torpaqları Quba şəhər sakini Cavabdeh3 satmışdır. Cavabdeh3 vicdanlı alıcıdır. Həmin torpaqlar 2005-ci ildən Qusar Rayon Məhkəməsinin qətnaməsinə əsasən onun adına keçib. Artıq 15 ildir ki, həmin torpaqlar ilkin torpaq mülkiyyətçilərinin adından çıxaraq digər vətəndaşın adına Dövlət Notariusu vasitəsi ilə alqı-satqı olunub. İş üzrə digər iddiaçılar İddiaçı2, İddiaçı3, Salahova (Bayramova) Bahar Nəriman qızı, digər cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan JN-333 KOD 30319018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 1999-cu il 23 mart tarixli, 07 saylı qərarı ilə X19 mülkiyyətinə Quba rayonu 1-ci Nügədi kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0.22 ha torpaq sahəsi ayrılmış, bu barədə ona JN-333 KOD 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. İş materiallarında olan JN-336 KOD 30319018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 1999-cu il 23 mart tarixli, 07 saylı qərarı ilə Xıdırova (Salahova) Nailə Qəhrəman qızının mülkiyyətinə Quba rayonu 1-ci Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0.22 ha torpaq sahəsi ayrılmış, bu barədə ona JN-336 KOD 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. İş materiallarında olan JN-334 KOD 30319018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən Quba rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 23 mart tarixli, 07 saylı qərarı ilə İddiaçı2 və ailə üzvləri İddiaçı3, Salahova (Bayramova) Bahar Nəriman qızının, X12, İddiaçı5 və İddiaçı6 mülkiyyətinə Quba rayonu 1-ci Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 1.32 ha torpaq sahəsi ayrılmış, bu barədə ona JN-334 KOD 30319018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. İş materiallarında olan 22 sentyabr 2016-cı il tarixli, AZ-İ 823572 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X33 17 noyabr 2005-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Qusar Rayon Məhkəməsinin 22 avqust 2006-cı il tarixli, 2- 459a/2006 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Cavabdeh1 tərəfindən cavabdehlər X36ma məxsus 0.22 ha, İddiaçı2 məxsus 1.32 ha İddiaçı7 məxsus 0.88 ha, X10 məxsus 0.22 ha, X13 məxsus 0.22 ha, X14 məxsus 0.22 ha, X15 məxsus 0.44 ha, X7 məxsus 0.88 ha, X11 məxsus 0.88 ha, X2 məxsus 1.10 ha X3 məxsus 0.22 ha, X4 məxsus 0.44 ha, X1 məxsus 0.44 ha, X5 məxsus 0.88 ha, X18 məxsus 0.22 ha, X21 məxsus 0.41 ha, X8 məxsus 1.05 ha, X22 məxsus 0.63 ha X23 məxsus 0.51 ha və X16 məxsus 1.06 ha torpaq sahələrinin alqı-satqısına dair cavabdehlərlə bağladığı müqavilələrin etibarlı hesab edilməsi, iş üzrə cavabdehlər X25 məxsus JN-333, İddiaçı2 məxsus JN-334 İddiaçı7 məxsus JN-335, X10 məxsus JN-336 X13 məxsus JN-337, X17 məxsus JN-338, X24 məxsus JN-339, X7 məxsus JN-340, X11 məxsus JN-341, X2 məxsus JN-342, X3 məxsus JN-343, X4 məxsus JN-344, X1 məxsus JN-345, X5 məxsus JN-346, X18 məxsus JN-347, X21 məxsus JN-709, X8 məxsus JN-1329, X22 məxsus JN- 942, X23 məxsus JN-941 və X16 məxsus JN-955 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktlarının satılmış hissələri üzrə ləğv edilməsi, cavabdehlərə özgəninkiləşdirdikləri torpaq sahələri çıxılmaqla faktiki mülkiyyətlərində qalan torpaq sahələrinin cizgiləri daxilində Torpağa Mülkiyyət Hüququna dair Dövlət Reyestrindən Çıxarışların verilməsi, qətnamənin icrasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz rayon Ərazi idarəsinə tapşırılması qət edilmişdir. İş materiallarında olan Qusar Rayon Məhkəməsinin 01 iyul 2019-cu il tarixli məktubundan görünür ki, Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında Cavabdeh1 tərəf olduğu 22 avqust 2006-cı il tarixli, 2-459a/2006 saylı mülki iş mövcud deyil və bu səbəbdən həmin iş üzrə hər hansı bir sənədin verilməsi qeyri-mümkündür. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Quba rayonu İ Nügədi kəndində 3.45932 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydə alınmışdır (qeydiyyat tarixi 12.02.2007, qeydiyyat nömrəsi 2********). İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Quba rayonu İ Nügədi kəndində 2.103096 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydə alınmışdır (qeydiyyat tarixi 12.02.2007, qeydiyyat nömrəsi 2********). İş materiallarında olan 11 oktyabr 2014-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan Quba rayonu 1-ci Nügədi ərazisində yerləşən ümumi sahəsi 3,45932 ha torpaq sahəsini 5000 manata Cavabdeh3 satmışdır. İş materiallarında olan 11 oktyabr 2014-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan Quba rayonu 1-ci Nügədi ərazisində yerləşən ümumi sahəsi 2,103096 ha torpaq sahəsini 4000 manata Cavabdeh3 satmışdır. İş materiallarında olan 21 oktyabr 2014-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan Quba rayonu 1-ci Nügədi ərazisində yerləşən ümumi sahəsi 1,1 ha torpaq sahəsini 5000 manata Cavabdeh3 satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Quba rayonu İ Nügədi kəndində 2.7604 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında Cavabdeh3 adına qeydə alınmışdır (qeydiyyat tarixi 11.11.2014, qeydiyyat nömrəsi **********). İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Quba rayonu İ Nügədi kəndində 3.9029 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında Cavabdeh3 adına qeydə alınmışdır (qeydiyyat tarixi 11.11.2014, qeydiyyat nömrəsi **********). İş materiallarında olan 24.04.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, Heybətov X9 ASC-dən kənd təsərrüfatı və emal məqsədilə 100000 AZN məbləğində kredit götürmüşdür. İş materiallarından görünür ki, iş üzrə Cavabdeh3 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçılar Xıdırova (Salahova) Nailə Qəhrəman qızı və qeyrilərinin ona Cavabdeh1 və qeyrilərinə qarşı şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi (ləğv olunması) tələbinə dair iddiasının bir illik iddia müddəti tətbiq olunmaqla iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasının xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Qusar Rayon Məhkəməsinin 22 avqust 2006-cı il tarixli, 2-459a/2006 saylı qətnaməsinə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MH seriyalı, ******* saylı və MH seriyalı, ******* saylı çıxarışlarla Quba rayonu İ Nügədi kəndində 3.45932 ha və 2.103096 ha torpaq sahələri mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydə alınmış, 11 oktyabr 2014-cü il tarixli, AN-İ ******* və AN-İ ******* nömrəli və 21 oktyabr 2014-cü il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən Cavabdeh1 mülkiyyətində olan Quba rayonu 1-ci Nügədi ərazisində yerləşən ümumi sahəsi 3,45932 ha, 2,103096 ha və 1,1 ha torpaq sahələrini Cavabdeh3 satmış, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı və RX seriyalı, ******* saylı çıxrışlarla Quba rayonu İ Nügədi kəndində 2.7604 ha və 3.9029 ha torpaq sahələri 11.11.2014-cü il tarixdə mülkiyyət hüququ əsasında Cavabdeh3 adına qeydə alınmışdır. İddiaçılar bu faktı 09 aprel 2019-cu il tarixdə icra tədbiri keçirilən zaman bilmiş və bu barədə 16 dekabr 2019-cu il tarixdə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmışlar. Sumqayıt İnzibati Məhkəməsinin 05.03.2020-ci il tarixli qərardadı ilə iddiaçıların cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı cavabdehin 3-cü şəxs Cavabdeh3 mülkiyyətinə Quba rayonu 1-ci Nügədi kəndi ərazisindən 3,9029 hektar və 2,7604 hektar torpaq sahələrinin verilməsinə dair 11 noyabr 2014-cü il tarixli, ********** nömrəli və ********** nömrəli qeydiyyat aparılması ilə bağlı hərəkətlərini qanunsuz hesab etməklə, həmin qeydiyyatın nəticələrini, yəni 3,9029 hektar torpaq sahəsinə dair 11 noyabr 2014-cü il qeydiyyat tarixi, seriya RX ******* nömrəli, 2,7604 hektarb torpaq sahəsinə dair isə 11 noyabr 2014-cü il qeydiyyat tarixli, seriya RX ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. Bundan sonra 08 aprel 2021-ci il tarixdə iddiaçılar hazırkı iddia ilə Quba Rayon Məhkəməsinə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 182.1-ci maddəsinə görə isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində 347.1-ci maddədə nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 10 mart 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 139-cu maddəsinə uyğun olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin və bütövlükdə mülki qanunvericiliyin əsas məqsədi mülki dövriyyə azadlığını təmin etməkdir. Daşınmaz əşyalar isə öz iqtisadi dəyərləri baxımından mülki dövriyyədə çox böyük əhəmiyyət və funksiyaya malikdir. Odur ki, mülki dövriyyənin inkişafında daşınmaz əşyalarla bağlı əşya hüquqlarının mövcudluğu, mahiyyəti və mənsubiyyəti baxımından hüquqi etimadın təmin olunması olduqca zəruridir. Daşınmaz əşyalar üzərində əşya hüquqlarının şəffaflığı daşınmaz əşyaların dövlət reyestrindəki qeydiyyatla təmin edilir. Belə ki, daşınmaz əşya üzərində əşya hüquqlarının qeydiyyatını dövlət özü aparır və qəbul etdiyi qanunlar vasitəsilə də şəxsləri özünün apardığı bu qeydiyyata görə hərəkət etməyə vadar və məcbur edir. Bu səbəbdən də mülki hüquq subyektləri dövlət tərəfindən aparılan bu qeydiyyata arxayın olaraq daşınmaz əşya ilə bağlı əşya hüquqlarını əldə etdiklərini güman etməkdə tam haqlı hesab olunurlar. Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı). Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan RespublikasınınKonstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 15 sentyabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair dair 27 oktyabr 2004-cü il tarixli qərarında göstərilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh3 iş üzrə iddiaçıları tanımamış, mübahisə olunan torpaq sahələrini 2014-cü il tarixdə Cavabdeh1 alqı-satqı müqavilələrinə əsasən almış, həmin ildə torpaq sahələrini adına rəsmiləşdirərək, müvafiq çıxarışlar əldə etmiş, bundan sonra həmin torpaq sahəsində bağ salaraq, soyuducu anbar tikmiş, kənd təsərrüfatı ilə məşğul olmuş və həmin kənd təsərrüfatını inkişaf etdirmək üçün müvafiq olaraq kreditlər götürmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh3 mübahisə olunan torpaq sahələrinin vicdanlı alıcısıdır. Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə iddianın təmin olunmasından imtina edilməlidir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Bununla bağlı nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bu zaman Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinin müddəaları da nəzərə alınmalıdır. Həmin müddəalara görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulsa idi, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan qanun normalarına əsasən iş üzrə iddiaçılar digər Cavabdeh1 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən onlara vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçılar hazırki iddia tələbi ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürmüşlər. Belə ki, mülki işin materiallarından və tərəflərin izahatlarından aydın olur ki, iddiaçılar mübahisə olunan torpaq sahələrinin Cavabdeh3 satılmasını 09 aprel 2019-cu il tarixdə bildikləri halda, yalnız 08 aprel 2021-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşlər. Məhkəmə, iddiaçıların, cavabdehin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək, hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1ci maddəsi tətbiq edilməklə, hazırki iddia tələbi ilə bağlı qanunda nəzərdə tutulmuş 1 illik iddia müddəti keçdiyi üçün, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslanldırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət e t d i: İddia təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №2(027)-993/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-993/2021
25.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver