Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-247/2024 06.05.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə tələbinə dair mülki işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə müraciət edərək, rəsmi nikahdan anadan olmuş xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin və mediasiya xərcinin əvəzi olaraq 60 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək məhkəmə hazırlıq iclasında baxılması xx.xx.2024cü il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə barışdığına görə sənədlərinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddiaçı ilə barışdığını bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3-cü və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin əsilləri geri qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №2(028)-247/2024
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-247/2024
06.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver