Məhkəmə qərarları › İş №2(028)-428/2020

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-428/2020

09.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-428/2020 09.10.2020 QUBADLI RAYON MƏHKƏMƏSİ Qubadlı Rayon Məhkəməsinin hakimi X4 İddiaçı ərizəsini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı cavabdeh X1 qarşı aliment tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan xx.xx.2019-cu il təvəllüdlü X2 3 yaşına çatanadək cavabdehdən hər ay 100 manat məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahişetmişdir. İddiaçı iddia ərizəsinə cavabdeh X3, xx.xx.2019-cu il təvəllüdlü X2 barəsində heç bir sənəd əlavə etməmişdir. Məhkəmə ərizəyə baxaraq hesab edir ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməməklə verilmişdir. Beləki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllinin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 149- 152, 263-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı iddia ərizəsi geri qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar