Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-519/2022 07.10.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinov İddiaçı vəkili Vəkil Qubadlı Rayon Məhkəməsinin 2(028)-519/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü X1 atası olmadığından atalığın müəyyən olunması haqqında şəhadətnamənin və şəhadətnamə əsasında verilmiş doğum haqqında şəhadətnamədə ata haqqında məlumatların qeydinin ləğvi (çıxarıması) barədə qətnamə qət edilməsini xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin 2(028)-519/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh və üçüncü şəxs Maraqlı şəxsnə qarşı atalığın müəyyən olunması haqqında şəhadətnamənin və şəhadətnamə əsasında verilmiş doğum haqqında şəhadətnamədə ata haqqında məlumatların qeydinin ləğvi (çıxarılması) tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı vəkili məhkəməyə elektron qaydada şikayət ərizəsi ilə müraciət edərək, Qubadlı Rayon Məhkəməsinin 2(028)-519/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(028)-519/2022 saylı qərardadına əsasən İddiaçı Cavabdeh və üçüncü şəxs Maraqlı şəxsnə qarşı atalığın müəyyən olunması haqqında şəhadətnamənin və şəhadətnamə əsasında verilmiş doğum haqqında şəhadətnamədə ata haqqında məlumatların qeydinin ləğvi (çıxarılması) tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Qubadlı Rayon Məhkəməsi hesab etmişdir ki, İddiaçı tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 9.1-ci bəndində qeyd edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Hesab edilir ki, məhkəmənin iş üzrə icraata xitam verilməsi barədə yuxarıda qeyd olunan qərardadı aşağıdakı şərh olunanlar nəzərə alınmaqla ləğv edilməlidir. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 47.1-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Qanunverici qeyd olunan maddədə doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisənin yalnız məhkəmə yolu ilə açılmasını müəyyən etmişdir. Doğum haqqında şəhadətnamədə valideynlər barədə qeydin ləğv edilməsi üçün vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan inzibati orqana müraciət edilməsi və inzibati orqanın qeydi ləğv etmə səlahiyyəti qanunvericilkdə nəzərdə tutulmamışdır. Qubadlı Rayon Məhkəməsinin istinad etdiyi “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 9.1-ci bəndində vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı mübahisələrə, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması qeyd olunur. Göründüyü kimi qeyd olunan qərarın müvafiq bəndində vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) aparılan qeydlərin ləğv olunması ilə bağlı mübahisələr nəzərdə tutulmamışdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 9.2-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlarda qeydə alınmalı olan hüquqlara dair maraqlı şəxslər arasındakı mübahisələrə (nikahın etibarsızlığı, atalığın müəyyən edilməsi, valideynlər tərəfindən uşağa adın verilməsi və s.) mülki məhkəmə icraatı qaydasında baxılır. Göstərilənlərə əsasən şikayətin təmin olunması xahiş edilir. Məhkəmə iş materiallarını və şikayəti nəzərdən keçirərək hesab edir ki, şikayət əsassızdır və baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4668/2020 saylı xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, hazırki işdə də mübahisələndirilən “atalığın müəyyən edilməsi haqqında” xxxxxxxxxx 2018-ci il tarixli AZ-İ №355907 saylı şəhadətnamə 2000 5 0154 06092018 saylı “atalığı müəyyən etmək haqqında akt qeydi”nə əsasən verilib. Belə olan halda həmin akt qeydi mübahisələndirilmədən onun əsasında verilmiş şəhadətnamənin etibarsız hesab edilməsi də istisna edilir. Qubadlı Rayon Məhkəməsinin 2(028)-519/2022 saylı mülki işində İddiaçı oğlu Sarıyev (Zamanov) Vüsal Salman oğluna “atalığın müəyyən edilməsi haqqında” AZ-İ №393032 saylı xx.xx.2022-ci il tarixli təkrar verilmiş şəhadətnamə 57 saylı, xx.xx.2007-ci il tarixli akt qeydinə əsasən verilmişdir.Belə olan halda həmin akt qeydi mübahisələndirilmədən onun əsasında verilmiş atalığın müəyyən olunması haqqında şəhadətnamənin və şəhadətnamə əsasında verilmiş doğum haqqında şəhadətnamədə ata haqqında məlumatların qeydinin ləğvi istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır.Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Qubadlı Rayon Məhkəməsinin 2(028)-519/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı vəkili tərəfindən verilmiş şikayət təmin olunmasın və şikayət işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-519/2022
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-519/2022
07.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver