Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-521/2022 13.10.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X5 Ruvinovun sədrliyi Reyhan Cəmil qızı Quliyevanın katibliyi İddiaçı vəkili və nümayəndəsi Vəkil Cavabdeh X1 iştirakları ilə İddiaçı cavabdeh X2 qarşı aliment miqdarının 50 faizin uşağın adına açılmış kart hesabına köçürülməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə müraciət edərək, Qubadlı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ondan hər ay qazancın və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarda xx.xx.2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının 50 % övladı xx.xx.2016-cı il tarixdə doğulmuş X3 adına açılmış kart hesabına köçürülməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçının vəkili və nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, iddiaçı, cavabdehlə xx.xx.2015-ci ildə rəsmi nikah bağlamışdır. Birgə nikahdan bir övladı var. Qubadlı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş və xx.xx.2016-cı il tarixdə doğulmuş X6 cavabdehin yanında qalmışdır. Qubadlı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçıdan hər ay qazancın və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarda xx.xx.2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment müəyyən edilmişdir. İddiaçı uşağının gələəcəyi üçün düşünərək hesab edir ki, ondan tutulan alimentin miqdarı uşağının indiki yaşayış minimum həddindən kifayət qədər yüksəkdir. Hesab edir ki, tutulan alimentin 50 % uşağının adına açdığı hesaba keçirilməlidir ki, uşağın gələcəyinin təminatı olsun. Yəni o, 18 yaşına çatanda onun hesabına yığılmış məbləği öz gələcəyi üçün istifadə edə bilsin. Hal-hazırda iddiaçıdan tutulan aliment kifayət qədər yüksəkdir və uşağının dolanışıq xərclərindən başqa da israf edilir. Alimentin 50 % tutulandan sonra da yerdə qalan məbləğ yaşayış minimundan 2 dəfə çoxdur. Bu səbəbə görə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55-ci maddəsinə əsasən, uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. İddiaçı ilkin olaraq mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bu barədə arayış verilmişdir. Bunları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X4 iddianı qəbul etmədi və göstərdi ki, iddiaçıdan alınan aliment məbləği uşağın marağlarında istifadə olunur. Bunu nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının vəkili və nümayəndəsini, cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və X4 arasında olan nikah Qubadlı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2020-ci ildə 71 N ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Zeynalova soyadı verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasınin keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci ödədi. İş materiallarında olan və Paşa Bank tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, PMD Projects MMC Cavabdeh 750 manat miqdarında aliment ödəniş etmişdir. Ödənilən 750 manat məbləğində alimentin ½ hissəsi uşağın adına olan bank hesabına mədaxil edildiyi halda yerdə qalan 375 manat uşağın normal təminatı üçün kifayət qədərdir, buda 2022-ci il üçün uşaqlara görə müəyyən edilmiş yaşayış minimumundan yuxarı məbləğdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 28 mart 2016-cı il tarixli qərarının 8.9-cü bəndənə əsasən, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunubolunmamasını və s. bu kimi halları nəzərə almalıdır. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Qubadlı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı hər ay qazancın və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarda xx.xx.2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının 50 % övladı xx.xx.2016-cı il tarixdə doğulmuş X3 adına açılmış kart hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-521/2022
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-521/2022
13.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver