Məhkəmə qərarları › İş №2(028)-533/2021

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-533/2021

23.08.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-533/2021 23.08.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinov, Kreditor AZ1073 ünvan 1 ünvanında yerləşən kreditor "xxxx" MMC-nin Borclu qarşı borc müqaviləsi üzrə borcun tutulması haqqında məhkəmə əmrinin verilməsi barədə ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Kreditor "xxxx" MMC xx.xx.1989-cu ildə Qubadlı rayonunda doğulmuş və Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olan Borclu 448 manat məbləğində əsas borcun və 20 manat ödənilmiş dövlət rüsumunun, cəmi 468 manat məbləğində pul vəsaitinin hesablarına (Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı, m/h: AZ03NABZ********************, H/h: AZ53İBAZ********************) ödənilməsi haqqında məhkəmə əmri çıxarılmasına dair ərizə ilə Qubadlı Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər kreditora geri qaytarılmalıdır. Belə ki, iddiaçı "xxxx" MMC-nin məhkəmə əmri barədə ərizəsinə əlavə etdiyi ********* saylı, 27.04.2021-ci il tarixli dövlət rüsumunun ödənilməsinə dair qəbzi artıq istifadə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 279.2.2-ci maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 278 və 279-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Kreditor "xxxx" MMC-nin Borclu qarşı borc müqaviləsi üzrə borcun tutulmasına dair ərizəsinin qəbul olunmasından imtina edilsin. Əmr verilməsi haqqında ərizənin məhkəmə tərəfindən qəbul edilməsindən imtina haqqında qərardaddan şikayət verilə bilməz. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Hakim Vladimir Ruvinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar