Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-57/2025 02.04.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X8 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı mövcud aliment borcunun azaldılması barədə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iyul 2016-cı ildən xx.xx.2022-ci ilə qədər birgə nikahdan anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 onun 66 ay himayəsində olduğu üçün hazırki tarixə aliment borcunun 950 manat olması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh ilə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Rəsmi nikahdan iki övladı anadan olmuşdur. Qubadlı Rayon Məhkəməsinin 19 iyul 2016-cı il tarixli, 2(028)-306/2016 saylı qətnaməsi ilə rəsmi nikaha xitam verilmiş, rəsmi nikahdan anadan olmuş uşaqları analarının yanında saxlanması və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 117 manat, cəmi 234 manat alimentin ondan tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Nikaha xitam verilməsinə 2022-ci ilin yanvar ayına qədər Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 17/23, mənzil 67-də qeydiyyatsız yaşamış və birgə ailə münasibətləri davam etdirmişdir. Hal-hazırki tarixə onun cavabdehə ödənilməmiş 16394 manat aliment borcu var. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(028)- 306/2016 saylı qətnaməsinin qəbulu tarixindən xx.xx.2022-ci ilə qədər 66 ay ərzində cavabdehə 15444 manat (66 ay x 234 manat) aliment borcu yaranmışdır. Birgə yaşadıqlarına görə həmin dövrdə hesablanmış 15444 manatı hazırki tarixə yaranmış 16394 manat aliment borcundan çıxsa, onun cavabdehə cəmi 950 manat aliment borcu vardır (16394-15444=950). Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı 2020-ci ilədək ona köməklik edib. Sonradan heç bir aliment ödənişi etməyib. Yaxınları və özünün qazancı hesabına uşaqları ilə kirələrdə qalıb, çətin həyat şəraitində yaşayıblar. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan 12 saylı MKS-nin xx.xx.2024-cü il tarixli Aktından görünür ki, həqiqətən İddiaçı, Cavabdeh, X4 və X3 2014-cü ildən 2022-ci il tarixinədək 4-cü mikrorayon, ev 17/23, mənzil 67-də qeydiyyatsız yaşamışlar. İş materiallarında olan İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İş materiallarına əlavə edilən Qubadlı Rayon Məhkəməsinin 2(028)-306/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 117 manat, cəmi 234 manat olmaqla sabit pul məbləğində aliment və xx.xx.2014-cü il təvəllüdlü X1 3 yaşı tamam olana kimi hər ay 20 manat məbləğində maddi yardımın xx.xx.2016-cı il tarixdən başlayaraq tutulub Hacıyeva Gülnarə Əsgərxan qızına verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilən Sumqayıt şəhəri İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 22 saylı Mənzil-kommunal Sahəsinin 594 saylıl xx.xx.2025-ci il tarixli Ailə tərkibi haqqında arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında 2020-ci ilin may ayından övladları X6 və X5 ilə Qubadlı rayonundan məcburi köçkün kimi məskunlaşmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-cimaddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir: - 113.2.1. uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə; - 113.2.2. aliment ödənilən uşaq övladlığa götürüldükdə; - 113.2.3. aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda; - 113.2.4. aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə; - 113.2.5. əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutları məhkəməyə təqdim etmədiyindən ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Posessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı iyul 2016-cı ildən xx.xx.2022-ci ilə qədər birgə nikahdan anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 onun 66 ay himayəsində olduğu üçün hazırki tarixə aliment borcunun 950 manat olması barədə tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №2(028)-57/2025
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-57/2025
02.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver