Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-659/2022 08.12.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 15 noyabr 2022-ci il tarixdən başlayaraq Cavabdeh ilə qeyri-rəsmi nikahdan anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü Səfərli Nəzrin qızının 18 yaşına çatanadək saxlanması üçün hər ay 193 manat məbləğində alimentin kəsilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi icraata qəbul edilərək mahiyyəti üzrə məhkəmə hazırlıq iclasında baxılması 08 dekabr 2022-ci il tarixə təyin olunmuşdur. Məhkəmədə iddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə ünvanladığı yazılı vəsatətini müdafiə edərək, 2(028)-659/2022 saylı mülki işin hazırlıq iclasının baxılmamış saxlanılması və sənədlərinin ona qaytarılması barədə qərardad çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3-cü və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin əsilləri geri qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Qubadlı Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-659/2022
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-659/2022
08.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver