Məhkəmə qərarları › İş №2(028)-721/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-721/2021

22.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-721/2021 22.12.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X10 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı uşaqların onun himayəsinə verilməsi və aliment öhdəliyindən azad edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə müraciət edərək 12.08.2010-cu il təvəllüdlü X4 və 03.07.2012-ci il təvəllüdlü Mustafayeva Dinarə Bəşarət qızını onun himayəsinə verilməsi və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentın tutulması tarixdən, yəni 12.06.2017-ci ildən başlayaraq təyin olunmuş hər ay hər uşağa görə 60 manat, cəmi 120 manat alimentin (qalıq aliment borcu da daxil olmaqla) ləğv edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, cavabdehlə 2010-cu ildə nikah bağlamışdır. Birgə nikahdan iki övladları var. Sumqayıt Şəhər Məhkəməsinin 21.08.2017-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar cavabdehin himayəsinə verilmiş və hər bir uşaq üçün 60 manat miqdarında aliment tutulmuşdur. Nikahları pozulandan sonra cavabdeh uşaqları ilə birlikdə ona məxsus olan evdə yaşamışdır.Bir yerdə yaşadıqları müddətdə cavabdeh ona dəfələrlə xəyanət etmiş, başqa bir şəxslə yaşamışdır.O, bu barədə cavabdehə və onun ailə üzvlərinə xəbərdarlıq etsə də, o öz çirkin əməlini davam etdirmişdir.O, uşaqlarının xatirinə cavabdehi bağışlamışdır. Sonuncu dəfə bu ilin sentyabr ayının 3-də cavabdeh gözəllik salonuna getmək adı ilə evdən çıxıb getmişdir. Cavabdeh evi tərk edərkən evdə nə var hamısını götürüb aparmış, ona məxsus 1000 manat dəyərində olan mobil telefonu, əmək haqqı kartını, 650 manat evdə olan pulu, 15 qr olan qızıl əşyalarını, hərbi biletini, xarici pasportunu, sürücülük vəsiqəsini, diplomunu, uşaqların doğum haqqında şəhadətnamələrini və şəxsiyyət vəsiqələrini özü ilə aparmışdır. Cavabdehdən heç bir xəbəri yoxdur.Cavabdehin ailə üzvləri uşaqların onun yanında qalmasına etiraz etmir. Cavabdeh uşaqlarla qətiyyən maraqlanmır. Cavabdeh uşaqlara qarşı ana adına yaraşmayan zülümlər etmişdir. Uşaqlari pol ağacı və şlanqla döymüş, onun başqa kişi ilə telefonla danışdığını kimsəyə deməməsi üçün uşaqların əlini qazda yandıracağı ilə onları hədələmişdir. Uşaqlar onun himayəsi altında yaşayırlar.Mediasiya prosesi zamanı cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən barışıq əldə edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-ci maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bunları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X9 iddianı qəbul etmədi və göstərdi ki, iddiaçı uşaqlara təsir göstərir. Eyni zamanda məhkəmənin qətnaməsi ilə təyin olunmuş alimenti iddiaçı ödəmir. Bunu nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 21.08.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, 12.08.2010-cu il təvəllüdlü X6 və 03.07.2012-ci il təvəllüdlü Mustafayeva X7 Günel Əhməd qızının yanında qalmışlar, İddiaçı Cavabdeh xeyrinə 12.06.2017-ci il tarixdən başlayaraq 12.08.2010-cu il təvəllüdlü X6 və 03.07.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa görə 60 manat miqdarında aliment tutulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 21.08.2017-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş və yuxarı məhkəmə instansiyalarında mübahisələndirilməmişdir. 21.08.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı uşaqların cavabdehin yanında qalmasına etiraz etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 11.10.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, X9 iştirak etməmişdir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Bəyənnaməsinin 6-cı prinsipinə əsasən azyaşlı uşaq, müstəsna şərait mövcüd olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Hazırki iş üzrə uşaqların hüquqlarının ana tərəfindən pozulduğu, onun öz valideynlik hüquqlarının yerinə yetirmədiyi, uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirdiyi, uşaqlara qarşı kobudluğa, qəddarlığa, biqanəyə yol verdiyinə dair hallar mövcüd deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29.09.2020-ci il tarixli 2(102)-3360/2020 saylı qərarında qeyd olunmuşdur ki, uşaqla bağlı mübahisələr həll edilərkən əsas məqsəd uşağın daimi olaraq ana sevgisini, qayğısını, nəvazişini hiss etməsi, onun mədəni, hərtərəfli inkişaf etməsi, təhsili, sağlamlığı, fəal ictimai həyata hazırlanmış şəkildə böyüməsinin təmin olunmasıdır. Heç şübhəsiz ki, hər bir uşaq doğma ana himayəsində bu kimi qayğı ilə əhatə olunmaqla hərtərəfli inkişaf edə bilər və fəal ictimai həyata hazırlanmış şəkildə böyüyər. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia rədd edilsin. 12.08.2010-cu il təvəllüdlü X4 və 03.07.2012-ci il təvəllüdlü X3 İddiaçı himayəsinə verilməsi və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentın tutulması tarixdən, yəni 12.06.2017-ci ildən başlayaraq təyin olunmuş hər ay hər uşağa görə 60 manat, cəmi 120 manat alimentin (qalıq aliment borcu da daxil olmaqla) ləğv edilməsi barədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar