Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1006/2024 03.12.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X12 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Ələskərova (Şabutova) Alyona Qambay qızından birgə uşaqları, 12 may 2009-cu il təvəllüdlü X2 üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutularaq uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 2006-cı ildə nikahı rəsmi qeyd etdirmədən cavabdeh Ələskərova (Şabutova) Alyona Qambay qızı ilə evlənmiş, aralarında rəsmi nikah bağlamamışlar. Cavabdehlə birgə yaşadıqları müddətdə onların 16 iyul 2007ci il tarixdə X9 və 12 may 2009-cu il tarixdə X8 adlı iki uşaqları olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, cavabdeh Ələskərova (Şabutova) Alyona Qambay qızından ayrılmışdır. Cavabdeh Ələskərova (Şabutova) Alyona Qambay qızı ilə birgə uşaqlarından 16 iyul 2007-ci il təvəllüdlü X9 ailə qurub ər evinə köçmüşdür. Cavabdeh ilə digər birgə uşaqları 12 may 2009-cu il təvəllüdlü X8 isə hal-hazırda onun himayəsində yaşayır. Cavabdeh Ələskərova (Şabutova) Alyona Qambay qızı həmin uşağın maddi, məişət ehtiyaclarının ödənilməsini təmin etmir, ona uşağın saxlanması üçün heç bir köməklik göstərmir. Ona görə də cavabdehlə birgə uşaqları 12 may 2009-cu il təvəllüdlü X1 üçün cavabdeh Ələskərova (Şabutova) Alyona Qambay qızından onun xeyrinə aliment tutulmalıdır. Cavabdeh Ələskərova (Şabutova) Alyona Qambay qızının maddi vəziyyətini və uşağın minimum ehtiyaclarının ödənilməsi üçün çəkilməli xərcləri nəzərə alaraq hesab edir ki, cavabdeh hər ay ona 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment ödəməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında göstərmişdir ki, qanunun tələblərinə əsasən uşağı saxlamaq hər iki valideynin borcudur. O, cavabdehdən ayrılandan sonra bilməmişdir ki, cavabdehdən aliment tələb edə bilər. 2021-ci ilin aprel ayından uşaq onun yanındadır. Uşaq özü anasının yanına getmir. O, əvvəllər Türkiyəyə gedib gəlmiş, yük avtomobili sürücüsü olmuş, işləyib pul qazanmışdır. Hazırda isə işləmir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, cavabdeh onun qızıdır. Əvvəllər uşaq onların yanında olmuş, dörd il uşaqlara o, özü baxmışdır. Sonradan iddiaçı uşağı aldadıb aparmış, geri qaytarmamışdır. İddiaçı uşağa yaxşı baxmır, məktəbə getməyə də qoymur. Cavabdeh uşağı iddiaçıdan ona görə tələb etməmişdir ki, bəlkə barışarlar. Lakin, iddiaçı barışmamışdır. Qızı Alyona hazırda işləmir, başqa şəxslə ailə həyatı qurmuş, hamilədir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, işdə olan AZ-İİ 281469 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 12 may 2009-cu ildə anadan olmuş, atası İddiaçı, anası X4r. İşdə olan “Qusar rayon Mərkəzi Xəstəxanası” X13 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 52 saylı arayışdan görünür ki, Cavabdeh 29-30 həftəlik hamilədir və həmin xəstəxanada qeydiyyatdadır. İşdə olan məhkəmənin elektron sistemindən əldə edilmiş Cavabdeh gəlir məlumatlarından çıxarışdan görünür ki, o, işləmir. İşdə olan Qusar RPŞ-nin TB-nin xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, X3 ərizıəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı Hıəmid oğlu barəsində Azərbaycan respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü qəbul edilmiş qərarın surəti Qusar RPŞ-nin İTB-nə verilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Alyona Ələskərovanı döymüş və sonuncu uşaqları da götürüb valideynlərinin evinə getmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Göründüyü kimi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə əsasən uşaqları saxlamaq hər iki valideynin borcudur. Həmçinin, yanında uşaq qalan az təminatlı valideynin digər vaideyndən aliment tələb etmək hüququ vardır. Lakin, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, İddiaçıla Cavabdeh ayrıldıqdan sonra uşaqlar bir müddət Cavabdeh yanında yaşamışlar, sonradan isə iddiaçı həmin uşaqları cavabdehdən alıb özünün yanında saxlamış, cavabdehə qaytarmamışdır. Cavabdeh həmin uşaqları iddiaçıdan tələb etməmiş, eyni zamanda iddiaçı da uzun müddət cavabdehdən uşaqların saxlanması üçün aliment tələb etməmişdir. Bu, isə belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı faktiki olaraq Həmid adlı uşağın saxlanmasında hər hansı çətinliyi yoxdur və o, az təminatlı valideyn deyil. Əksinə, müəyyən olundu ki, Cavabdeh başqa şəxslə ailə həyatı qurmuş, hazırda 29-30 həftəlik hamilədir. Bu səbəbdən də, həmin şəxs faktiki olaraq hər hansı əmək fəaliyyəti ilə məşğul ola bilmir, hər hansı gəliri yoxdur, əksinə özünün kənar qulluğa və maddi yardıma ehtiyacı vardır. Başqa sözlə, hazırkı halda aztəminatlı valideyn məhz Cavabdehdır. Belə olan halda, məhkəmənin qənaətinə görə Cavabdeh alimentin tutulması ədalətli olmamaqla onun məhrumiyyətlərə məruz qalmasına, üzərinə haqsız öhdəlik qoyulmasına səbəb ola bilər. Beləliklə də, məhkəmə hesab edir ki, İddiaçı aliment tələbinə dair iddiası əsassızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №2(029)-1006/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1006/2024
03.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver