Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1013/2022 14.12.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin azaldılaraq aylıq qazancın dörddə bir hissəsinə endirilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin azaldılaraq aylıq qazancın dörddə bir hissəsinə endirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayon Məhkəməsinin 2(029)-542/2019 saylı, 22 aprel 2019-cu il tarixli qətnaməsi ilə X9 xeyrinə tutulan alimentin məbləğinin aylıq qazancının dördə bir hissəsinə endirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, X19 ilə 06 iyun 2009-cu ildə nikaha daxil olmuşdur. 09 may 2010-cu ildə birgə nikah dövründə qızları X2, 01 iyul 2013-cü ildə isə X16 anadan olmuşlar. Qusar rayon Məhkəməsinin 2(029)-542/2019 saylı, 22 aprel 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh X19 ilə ayrılmışlar və nikahlarına xitam verilmişdir. Qeyd olunan qətnamə ilə X1 və X6 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün ondan hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutulub X12 verilməsi qət edilmişdir. Bundan sonra o, X10 ilə ailə həyatı qurmuş və 17 mart 2022-ci il tarixdə oğlu X23 anadan olmuşdur. Hal-hazırda onun əmək haqqının üçdə bir hissəsi X19 üçün aliment tutulur. Aldığı maaşın üçdə bir hissəsinin tutulması himayəsində olan əmək qabiliyyətsiz valideynlərinin və himayələrində olan rəhmətə gedən bacısının iki uşaqları və yeni qurmuş olduğu ailənin saxlanması üçün olduqca çətin vəziyyət yaratmışdır. 44 günlük vətən müharibəsində iştirakından sonra faktiki olaraq səhhətində də problemlər yaranmış və aldığı müalicələr fonunda əmək qabiliyyətsiz valideynlərinin və yeni ailəsinin saxlanması üçün əmək haqqından ona çatan məbləğ kifayət deyildir. Qətnamə ilə müəyyən olunmuş alimentin məbləğinin azaldılması üçün ilkin olaraq mediatora müraciət etsə də, cavabdeh mediasiya prosesində iştirakdan boyun qaçırmışdır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək iddianı müdafiə etdiyini, iddia tələbi üzrə bütün sübutları məhkəməyə təqdim etdiyini, şəxsi işləri ilə bağlı məhkəmə iclaslarına gələ bilmədiyini göstərmiş və işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək göstərmişdir ki, iddianı qəbul etmir, iddiaçı ilə birgə nikahlarından anadan olmuş uşaqların saxlanmasını verilən alimentlə güclə təmin edir, alimentin miqdarı azaldılarsa uşaqların ehtiyaclarını ödəmək də çətinləşəcəkdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Bundan başqa, şəxsi işləri ilə bağlı məhkəmə iclaslarına gələ bilməyəcək, ona görə də, işə onun iştirakı olmadan baxılaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Məhkəməsinin 22 aprel 2019-cu il tarixli 2(029)- 542/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 06 iyun 2009-cu il tarixdə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində 595 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması; boşanmadan sonra uşaqları 09 may 2010-cu il təvəllüdlü X1 və 01 iyul 2013-cü il təvəllüdlü X6 X9 yanında qalması; 25 iyun 2018-ci il tarixdən başlayaraq 09 may 2010-cu il təvəllüdlü X1 və 01 iyul 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutulub X12 verilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X28 yerinə dair xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı “SAİPEM CONTRACTİNG NETHERLANDS B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialında “köməkçi, Kommunikasiya (İKT); əmək müqaviləsi üzrə: İKT dəstək üzrə nəzarətçi” vəzifəsində işləməklə aylıq əmək haqqı 2128.00 manat təşkil edir. İşdə olan vətəndaşın əmlak və gəlir məlumatlarından xx.xx.2022-ci il tarixli elektron Çıxarışdan görünür ki, İddiaçı “SAİPEM CONTRACTİNG NETHERLANDS B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialında “köməkçi, Kommunikasiya (İKT); əmək müqaviləsi üzrə: İKT dəstək üzrə nəzarətçi” vəzifəsində işləməklə aylıq əmək haqqı 2291.00 manat təşkil edir. Bundan başqa, həmin şəxs vətən müharibəsi iştirakçısı olduğuna görə hər ay 80 manat məbləğində sosial müavinət alır. İşdə olan Vİİİ-JQ 315388 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxx 1981-ci ildə anadan olmuş, atası X7, anası X3r. İşdə olan AZ-İV 727707 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 17 mart 2022-ci il tarixdə anadan olmuş, atası İddiaçı, anası X4r. İşdə olan AA2193263 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı atası X7 xx.xx.1949-cu ildə anadan olmuşdur. İşdə olan AA0203406 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı anası X11 xx.xx.1953-cü ildə anadan olmuşdur. İşdə olan AZ-İ 818611 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı bacısı X13 28 aprel 2016-cı il tarixdə vəfat etmişdir. İşdə olan AZ-İİİ 609623 və AZ-İİİ 609624 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X17 xx.xx.2009-cu ildə, X24 14 iyun 2010-cu ildə anadan olmuşlar, ataları X25, anaları X8r. İşdə olan Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin 13 noyabr 2017-ci il tarixli 93 saylı sərəncamının surətindən görünür ki, X5 azyaşlılar 19 mart 2009-cu il təvəllüdlü X15 və 14 iyun 2010-cu il təvəllüdlü X20 üzərində qəyyum təyin edilmişdir. İşdə olan İ-58299 saylı Azərbaycan Respublikası medalının surətindən görünür ki, İddiaçı “vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İşdə olan 15 avqust 2022-ci il tarixli MŞİH-19980 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi aliment miqdarının azaldılmasına və aliment üzrə borcun ləğv edilməsinə dair mübahisə üzrə 15 avqust 2022-ci il tarixdə 09:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1, 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə-qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Həmin qərarda qeyd olunmuşdur ki, ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 5-ci maddəsi). Bu baxımdan məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Həmçinin, həmin qərarda qeyd olunmuşdur ki, alimentin miqdarını müəyyən edərkən məhkəmənin üzərinə bəzi hüquq və vəzifələr qoymuşdur. Belə ki, Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Buna görə məhkəmə uşağın hansı təhsil müəssisəsində təhsil almasını (ödənişli və ya ödənişsiz), əvvəllər hansı qaydada istirahət etməsini, asudə vaxtını hansı qaydada keçirməsini, idmanla, müsiqi ilə məşğul olub-olmamasını, sağlamlığını və s. məsələləri nəzərə almalıdır. Göründüyü kimi, İddiaçı “SAİPEM CONTRACTİNG NETHERLANDS B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialında “köməkçi, Kommunikasiya (İKT); əmək müqaviləsi üzrə: İKT dəstək üzrə nəzarətçi” vəzifəsində işləməklə aylıq əmək haqqı 2291.00 manat təşkil edir, həmçinin o, vətən müharibəsi iştirakçısı olmaqla hər ay 80 manat məbləğində sosial müavinət alır. Qusar rayon Məhkəməsinin 22 aprel 2019-cu il tarixli 2(029)-542/2019 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 06 iyun 2009-cu il tarixdə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində 595 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş və 25 iyun 2018-ci il tarixdən başlayaraq 09 may 2010-cu il təvəllüdlü X1 və 01 iyul 2013cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün cavabdeh İddiaçı hər ay qazancının (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin tutulub X12 verilməsi qət edilmişdir. Bundan sonra İddiaçı ikinci dəfə ailə həyatı qurmuş və həmin nikahdan onun xx.xx.2022-ci il təvəllüdlü Said adlı bir uşağı anadan olmuşdur. Bundan başqa, İddiaçı ailədə yeganə qazanc gətirən şəxsdir, həyat yoldaşı və valideynləri də onunla birlikdə yaşayır və cavabdehdən başqa ailənin digər üzvlərinin heç biri işləmir, valideynlərinin hər ikisi pensiya yaşına çatmaqla əmək qabiliyyətsizdirlər. Həmçinin, İddiaçı vəfat etmiş bacısının iki azyaşlı uşaqları Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin sərəncamı ilə iddiaçının atasının qəyyumluğuna verilmiş, lakin həmin şəxs özü işləməməklə həmin azyaşlı uşaqlarla birlikdə iddiaçının faktiki himayəsindədirlər və iddiaçının gəlirləri hesabına dolanırlar. Ailə Məcəlləsinin 76.1-ci maddəsində iki uşağa görə valideyndən tutulan alimentin miqdarı aylıq qazancın və (və ya) başqa gəlirlərin üçdə bir (1/3) hissə müəyyən olunmuşdur. Lakin, hazırda cavabdehin iki deyil, üç uşaqları var və cavabdeh ikinci nikahdan doğulmuş uşağını da saxlamağa, onun maddi və digər ehtiyaclarını ödəməyə borcludur. Bu səbəbdən də, məhkəmənin qənaətinə görə cavabdehdən aylıq qazancının və (və ya) başqa gəlirlərinin üçdə bir (1/3) hissə miqdarında alimentin tutulması hazırkı halda onun maddi və ailə vəziyyətinin pisləşməsinə, öhdəsində olan Said adlı uşağın və yuxarıda sadalanan digər şəxslərin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Həmçinin, Ailə Məcəlləsinin tələblərinə əsasən uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsidir və bu baxımdan iddiaçı özü də müvafiq gəlir əldə etməklə Viktoriya və Elina adlı uşaqların saxlanmasında bilavasitə iştirak etməyə borcludur. Odur ki, məhkəmə Qusar rayon Məhkəməsinin 22 aprel 2019-cu il tarixli 2(029)-542/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılaraq İddiaçı hər ay aylıq qazancının və başqa gəlirlərinin dörddə bir (1/4) hissəsi miqdarında müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 2-8/2016 saylı qərarının 8.12-ci bəndində göstərilmişdir ki, Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə hesab edir ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli və miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Qusar rayon Məhkəməsinin 22 aprel 2019-cu il tarixli 2(029)-542/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı azaldılaraq 09 may 2010-cu il təvəllüdlü X1 və 01 iyul 2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutularaq Cavabdeh verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-1013/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1013/2022
14.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver