Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Qusar şəhəri İş № 2(029)-1033/2021 14.10.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu ünvan 1 ünvanda yerləşən kreditor "xxxx" MMC-nin ünvan 2 yaşayan Borclu qarşı məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, "xxxx" MMC ilə Borclu arasında bağlanmış 03.01.2020-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinə əsasən Borclu15 ay müddətinə ümumi qiyməti 1755 manat dəyərində olan “Lotus” soyuducu satılmışdır. Borclu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə və alqı-satqı müqaviləsinin 3.4-cü bəndinə əsasən alınmış malların dəyərindən ilkin ödəniş etmədən hər ay üçün 117 manat ödəmək şərti ilə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək 0 manat ödəniş etmiş, qalan 1755 manat əsas borcu indiyədək ödəməmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Hal-hazırda onun kreditora 1755 manat məbləğində əsas borcu qalmışdır. İş materiallarında olan poçt zərfinin surətindən görünür ki, məhkəmə əmrinin verilməsi barədə ərizə 22.09.2021-ci il tarixdə poçta təqdim olunmuşdur. Odur ki, hazırki iş üzrə ödənilmiş dövlət rüsumu 01 oktyabr 2021-ci il tarixədək qüvvədə olan “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq ödənmilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nətijcsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditor "xxxx" MMC-nin tələbinin aşkar olduğu və həmin tələbin Borclu mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Kreditor "xxxx" MMC tərəfindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu Borclu tutularaq MMC-nin hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 275-276, 280-282, 284-cü maddələrini rəhbər tutaraq, Ə M R E T D İ M: xx.xx.1987-ci ildə Qusar şəhərində anadan olmuş, ünvan 2 yaşayan Borclu 03.01.2020-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinə əsasən 1755 (min yeddi yüz əlli beş) manat məbləğində pul vəsaiti və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" MMC-nin hesabına keçirilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Qusar rayon Məhkəməsinin hakimi: Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(029)-1033/2021
Qusar Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(029)-1033/2021
14.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver