Məhkəmə qərarları › İş №2(029)-1084/2024

Qusar Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(029)-1084/2024

05.12.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Qusar şəhəri İş № 2(029)-1084/2024 05.12.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, ünvan 1i ünvanda yerləşən Kreditor ünvan 2anında yaşayan Borclu qarşı məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, 08 fevral 2024-cü il tarixli alqı satqı müqaviləsinə əsasən Kreditor tərəfindən Borclu 900 manat məbləğində “İphone 11” mobil telefonu kreditlə satılmışdır. Borclu “Ödəniş qrafiki”nin şərtlərinə əsasən ödəməli olduğu borcun bir hissəsini ödəsə də, hal-hazırda qalan borcları ödəməkdən yayınır və müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Hal-hazırda onun iddiaçıya 08 fevral 2024-cü il alqı satqı müqaviləsinə əsasən 520 manat əsas, 50 manat cərimə borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nətijcsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor tələbinin aşkar olduğu və həmin tələbin Borclu mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 275-276, 280-282, 284-cü maddələrini rəhbər tutaraq, Ə M R E T D İ M: xx.xx.1994-cü ildə Qusar şəhərində anadan olmuş, ünvan 2anında yaşayan Borclu 08 fevral 2024-cü il tarixli alqı satqı müqaviləsinə əsasən 520 (beş yüz iyirmi) manat əsas, 50 (əlli) manat manat cərimə borcu tutularaq Kreditor hesabına keçirilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar