Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-1207/2021 20.12.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X1 və X2 cavabdehlər Qusar rayon Dövlət Notariat Kontoruna, üçüncü şəxslər Ədliyyə Nazirliyi Notariat İdarəsinə, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə və üçüncü şəxs X4 qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyən etdim: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X6 və X7 cavabdehlər Qusar rayon Dövlət Notariat Kontoruna, üçüncü şəxslər Ədliyyə Nazirliyi Notariat İdarəsinə, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə və üçüncü şəxs X4 qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. İş materiallarından görünür ki, hazırkı iddia qiymətləndirilməyən iddia ərizəsidir və həmin iddianın məhkəməyə verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, iddiaçılar tərəfindən dövlət rüsumunun ödənilməsi barədə qəbz iddia ərizəsinə əlavə olunmamış və bununla da, iddia ərizəsi qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədən məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də, hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152.1.5, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və X5 geri qaytarılsın. İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 və X5 izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edilə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Qusar rayon məhkəməsinin hakimi Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(029)-1207/2021
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-1207/2021
20.12.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver