Məhkəmə qərarları › İş №2(029)-1212/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1212/2025

23.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1212/2025 23.12.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X7, xx.xx.2021-ci il təvəllüdlü X8, xx.xx.2023cü il təvəllüdlü X5 və X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün onun qazancının və (və ya) başqa gəlirinin yarısı məbləğində alimentin və onun tərəfindən ödənilən 50 manat dövlət rüsumunun (mediasiya) tutularaq ona verilməsi barəsində qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 27 sentyabr 2020-ci ildə nikaha daxil olmadan qeyri-rəsmi olaraq ailə həyatı qurmuşdur. Onların birgə evliliklərindən yiklərindən xx.xx.2018-ci il tarixdə X7, xx.xx.2021-ci il tarixdə X8, xx.xx.2023-cli il tarixdə isə əkiz övladları X5 və X9 anadan olmuşdur. Cavabdeh isə öz ərizəsi ilə qeydiyyat şöbəsinə gedərək övladlarına atalığını vermişdir. Ailə qurduğu ilk vaxtlar mehriban bir ailə kimi dolanırdılar. Lakin son illərdə başqa bir xanım ilə münasibət qurduğuna görə onlara qarşı soyuq münasibət bəsləməyə başlamışdır. Bir neçə il öncə onu və 4 övladlarını Xudat şəhərinə gətirərək valideynlərinin yanına qoymuş və yaxın zamanda gəlib götürəcəyini bildirmişdir. Uzun zaman keçməsinə baxmayaraq onları götürməyə gəlmədiyi üçün onunla əlaqə qurmağa çalışmışdır. Onunla görüşərək ailəni dağıltmamağını, övladlarının gələcəyini düşünməyini dəfələrlə bildirsə də, buna fikir verməyərək başqası ilə yaşadığını bildirmişdir. Hazırda o, övladları ilə birlikdə kirayədə qalır. Onlardan ikisi azyaşlı olduğu üçün hazırda heç yerdə işləyə bilmir. Cavabdeh isə onlara maddi və mənəvi heç bir yardım göstərmir. Öz övladları ilə maraqlanmır. O, mövcud iqtisadi şəraitdə uşaqları saxlamaqda, maddi tələbatları təmin etməkdə çox çətinlik çəkir. Halbuki, cavabdeh də, bir ata kimi öz vəzifələrini yerinə yetirməli və uşaqların saxlanılmasında iştirak etməlidir. Elə buna görə də, məcbur olub aliment tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Halhazırda cavabdeh Bakı şəhərində yerləşən Dövlət Sərhəd Xidmətinin Mərdəkan Hərbi Hissəsinin Çevik Alayında hərbiçidir. Yüksək miqdarda məvacibi vardır. Beləki, o hazırda təxmini olaraq 3500 manat maaş alır. Əlavə olaraq kirayə və ərzaq pulu da, alır. Bununla yanaşı badam bağı (təxminən 7 hektar) vardır. Hər ilə həmin bağın bəhrəsini sataraq kifayət qədər yüksək gəlir də, əldə edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-V 051543 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2018-ci il tarixdə Xaçmaz rayonu Xudat şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-V 051544 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-V 051541 və 051542 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X5 və X9 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan xx.xx.2025-ci il tarixli 1000 saylı qəbzdən görünür ki, İddiaçı Qusar rayon Mediasiya təşkilatının hesabına 60 manat məbləğində ödəniş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər artıq ər-arvad münasibətlərini kəsməklə ayrılmışlar, birgə nikahlarından anadan olmuş Zəhra, Hafiz, Xədicə və Hamza adlı uşaqlar hal-hazırda İddiaçı yanında yaşayır. Cavabdeh həmin uşaqlarıns axlanması üçün İddiaçı heç bir köməklik göstərmir, atalıq funksiyalarını yerinə yetirmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, iddiaçı, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X7, xx.xx.2021-ci il təvəllüdlü X8, xx.xx.2023-cü il təvəllüdlü X5 və X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün onun qazancının və (və ya) başqa gəlirinin yarısı məbləğində alimentin tutulmasını tələb etdiyindən iddia həmin hissədə təmin olunmalıdır. İddia tələbi təmin olunduğundan, iddiaçı tərəfindən ödənilən 50 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh olunun birgə yaşadıqları müddətdə anadan olmuş Zəhra, Hafiz, Xədicə və Hamza adlı uşaqlar hazırda İddiaçı himayəsində olduğundan, iddiaçının yanında qaldıqlarından, Cavabdeh Zəhra, Hafiz, Xədicə və Hamza adlı uşaqların qayğısına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aliment tutulmalıdır. Məhkəmə, hesab edir ki, alimentin miqdarının, iddiaçının iddia ərizəsində tələb etdiyi kimi cavabdehin hər aylıq qazancının ½ miqdarında müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi hallar tam sübuta yetirilmişdir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan-yəni 04 noyabr 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, iddiaçının iddia ərizəsində tələb etdiyi mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində rüsum (mediasiya xərci) Cavabdeh alınıb İddiaçı verilməsi barədə tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azerbaycan Respublikasının Ailə Məcəlləsinin 75-78, 100-cü maddələrini, Azerbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2018-ci il təvəllüdlü X2, xx.xx.2021-ci il təvəllüdlü X4. xx.xx.2023-cü il təvəllüdlü X1 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər aylıq qazancının ½ miqdarında aliment tutulsun. Alimentin tutulması 04 noyabr 2025-ci il tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində rüsum Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar