Məhkəmə qərarları › İş №2(029)-129/2021

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-129/2021

12.02.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-129/2021 12.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı, Cavabdeh “Cavabdeh3" MMC-nin nümayəndəsi və vəkili Vəkil1 Üçüncü şəxs xxxx MMC-nin qanuni təmsilçisi Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, “xxxx”xxxx“xxxx” MMC-yə qarşı əməkdaşlıq müqaviləsinin ləğvi, daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsızlığı və əmlakın geri qaytarılması tələbinə dair mülki iş üzrə cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil1 mülki işin aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsinə dair vəsatətinə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, “xxxx”xxxx“xxxx” MMC-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək əməkdaşlıq müqaviləsinin ləğv edilməsi, daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, əmlakın geri qaytarılması və pul tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil1 vəsatət verərək vəsatətini onunla əsaslandırılmışdır ki, mübahisənin əsasını iddiaçı ilə sonradan yaranmış “xxxx” MMC-nin təsisçisi və müdiri arasında bağlanmış xx xxx 2015-ci il tarixli əməkdaşlıq müqaviləsi təşkil edir. Həmin müqavilənin müvafiq bəndlərindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vədlərinə inanaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna inanmışdır. İddiaçı gələcəkdə yaranacaq hüquqi şəxsin təsisçisi olacağına və illik divident alacağına inanaraq cavabdehlərlə müqavilə bağlamışdır. Müqavilədən və tərəflərin məhkəməyə təqdim etdikləri ərizələrdən də görünür ki, onlar arasında olan mübahisələr sahibkarlıq fəaliyyəti ilə bağlı olmuşdur. Buna görə də İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, “xxxx”xxxx“xxxx” MMC-yə qarşı əməkdaşlıq müqaviləsinin ləğvi, daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsızlığı və əmlakın geri qaytarılması tələbinə dair 2(029)-128/2021 saylı mülki işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı mülki işin aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi barədə cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil1 vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs xxxx MMC-nin qanuni təmsilçisi Nümayəndə mülki işin aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi barədə cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil1 vəsatətin təmin edilb edilməməsi məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh1 xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddia ilə bağlı etiraz və mülahizələrin məhkəməy göndərildiyini, iddiaya iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 vəkili Vəkil2 xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil1 mülki işin aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsinə dair vəsatətə münasibət bildirərək iddia ərizəsi aidiyyat qaydalarının pozulması ilə məhkəməyə təqdim edildiyindən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, “xxxx”xxxx“xxxx” MMC-yə qarşı əməkdaşlıq müqaviləsinin ləğvi, daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsızlığı və əmlakın geri qaytarılması tələbinə dair iddiası üzrə 2(029)-129/2021 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini və məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Sumqayıt ASAN xidmət mərkəzin notariusu xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə məktub göndərərək iddiaya iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alıb işə cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxs Sumqayıt ASAN xidmət mərkəzin nümayəndəsinin, Cavabdeh1 vəkili Vəkil2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil1 vəsatətini və mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, vəsatət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Həmin Məcəllənin 32.4-ci maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil1 vəsatəti təmin edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, “xxxx”xxxx“xxxx” MMC-yə qarşı əməkdaşlıq müqaviləsinin ləğvi, daşınmaz əmlakın alqısatqı müqavilələrinin etibarsızlığı və əmlakın geri qaytarılması tələbinə dair iddiası üzrə 2(029)-129/2021 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 26,31, 44, 45, 263- 264, 267, 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Vəkil1 vəsatəti təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, “xxxx”xxxx“xxxx” MMC-yə qarşı əməkdaşlıq müqaviləsinin ləğvi, daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsızlığı və əmlakın geri qaytarılması tələbinə dair iddiası üzrə 2(029)-129/2021 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar rayon məhkəməsinə verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar