Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-15/2024 24.09.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı “özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsinin qanunsuz sahiblikdən aidiyyəti üzrə geri tələb edilməsi və dəymiş ziyan” tələbinədair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə cavabdeh X1, üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə qarşı “özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsinin qanunsuz sahiblikdən aidiyyəti üzrə geri tələb edilməsi və dəymiş ziyan” tələbinə dair iddiaərizəsiiləməhkəməyəmüraciətedərək,Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli, reyestr nömrəsi **********74, qeydiyyat nömrəsi ********** olan çıxarış üzrə onun mülkiyyətində olan 2,14 ha torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz olaraq istifadə olunan 1,0 ha hissəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq aidiyyəti üzrə ona qaytarılmasına, həmin torpaq sahəsindən qanunsuz istifadə etməklə ona vurulmuş 9000 (doqquz min) manat məbləğində zərərin və 110 manat dövlət rüsumunun, cəmi 9111 (doqquz min bir yüz on bir) manat məbləğində pulun cavabdehdən alınaraq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə ərizəsinə əsasən X3 əsl cavabdehlə Cavabdeh ilə əvəz edilərək cavabdeh qismində işə cəlb olunmuşdur. İddia onunla əsaslandırılmışdırki, o, Qusar rayonunun Xürəl kəndi ərazisindən Qusar rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı il tarixli, 4Ə-4- 7763-li və xx.xx.2006-cı il tarixli, 4Ə-5- 804№-li alqı-satqı müqavilələrinə əsasən sahələri 11050 kv.metr və 10370 kv.metr olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrini satın almışdır. Həmin torpaq sahələri bir-birinə qonşu olmaqla cəmi 2,14 hektardır. Qeyd olunan torpaq sahələrini satın aldığı vaxtdan, yəni 2006-cı ildən hal-hazıra kimi orada buğda bitkisini əkir. Həmin torpaq sahəsinə adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli, reyestr nömrəsi **********74, qeydiyyat nömrəsi ********** olan çıxarış da işlənmişdir. Qanuni əsaslarla satın aldığı həmin 2,14 ha torpaq sahəsinin 1,0 ha hissəsi 2006-cı ildən, yəni satın aldığı vaxtdan cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş və onun tərəfindən əkilib becərilir. Bu barədə cavabdehə dəfələrlə bildirsə də, cavabdeh zəbt etdiyi torpaq sahəsinin özünə aid olduğunu bildirmiş və həmin torpaq sahəsindən çıxmaqdan qəti imtina etmişdir. Ona görə də o, mülkiyyətində olan 2,14 ha torpaq sahəsinin koordinatlarının yerində dəqiqləşdirilməsinə dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmək məcburiyyətində qalmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri qonşu torpaq sahələrinin mülkiyyətçilərinin iştirakı ilə birlikdə ona məxsus 2,14 torpaq sahəsini faktiki yerində qonşu torpaq sahələri ilə birlikdə ölçmüş və 2,14 torpaq sahəsinin döngə nöqtələri yerindəgöstərilmişdir. Torpaq sahələrinin ölçmə işlərinin aparılmasında digər qonşu torpaq sahələrinin mülkiyyətçiləri kimi cavabdehdə iştirak etmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh yenə də öz qanunsuz hərəkətlərindən əl çəkməyərək ona məxsus 1,0 ha torpaq sahəsini qanunsuz sahibliyində saxlamaqda davam edərək həmin torpaq sahəsiniburaxmayacağını bildirmişdir. Cavabdeh qanunsuz istifadəsində saxladığı və ona məxsus 1.0 ha torpaq sahəsində uzun illərdir ki, buğda məhsulunu əkməklə oradan gəlir götürür, o da, istifadəsində qalan 1,14 ha torpaq sahəsində həmin torpaq sahəsini satın aldığı vaxtdan hal-hazıra kimi buğda məhsulunu əkir və hər il həmin sahədən 25-30 sent/ha buğda məhsulunu götürür. Cavabdeh ona məxsus olan 1,0 ha torpaq sahəsini uzun illər bilərəkdən qanunsuz sahibliyində saxlamaqla ona maddi zərər vurmuşdur. 2017- 2022-ci illər ərzində, yəni son 6 il ərzində həmin 1,0 torpaq sahəsində əkməli olduğu buğda məhsulundan onu məhrum etmiş, özü isə bütün bu illər ərzində orada buğda əkməklə gəlir götürmüşdür. Qusar Rayon Statistika İdarəsinin xx.xx.2022-ci il tarixli, 62№-li arayışından görünür ki, rayonun Xürəl kəndinin də daxil olduğu Avaran kənd İnzibati ərazi üzrə Nümayəndəliyin ərazisində 2022-ci ildə buğdanın orta məhsuldarlığı 25 sent/ha olmuşdur. Qusar şəhər «Riad» firmasının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, 2017-2022-ci illərdə buğdanın orta bazar qiyməti 0,60 manatdır. Bununla da cavabdeh ona son 06 il ərzində cəmi 9000 (doqquz min) manat (6 x 2500 kq = 15000 kq X 0,60 qəpik= 9000) məbləğində zərər vurmuşdur. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, o, həmin torpaq sahəsini şumlamışdr. Həmin ərazidə taxıl əkəcəkdir. Onun həmin ərazidə taxıl əkib 9000 manat qazanc əldə edəcəyi barədə heç bir sübutu yoxdur. İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, iddianı müdafiə edir, təmin edilməsini məhkəmədən xahiş edir. Həmçinin bildirmişdir ki, işi ilə əlaqədar xx.xx.2024-cü il tarixə saat 11:30-a təyin edilmiş məhkəməiclasına gələ bilmir, iş üzrə məhkəmə iclasının onun və İddiaçı iştirakları olmadan keçirilərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq həmin nazirliyin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4, 185.5 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qusar rayonu Xürel kəndində yerləşən 2.14 ha kənd təsərrüfı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 05 may 2023-cü il tarixli 3-21-3-34/2-6928/2023 saylı məktubu ilə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Qərardadda mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə tərəflərin və mütəxəssisin iştirakı ilə mübahisələndirilən torpaq sahəsinin mövqeyi, ölçüləri və ərazinin koordinatlarını naturadan plana alınaraq kameral şəraitdə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1455 nömrəli Fərmanına uyğun olaraq məhkəmələrin müraciətləri əsasında mübahisə predmeti olan daşınmaz əmlaka dair rəy və sxemlərin verilməsi zamanı vətəndaşların mülkiyyətində olan torpaq sahələri torpaq islahatı zamanı texniki qüsurla hazırlanmış, naturaya uyğun gəlməyən DWG xəritələrindən (Aqrar İslahat zamanı tərtib olunmuş qüsurlu xəritə) deyil, TEKİUS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirilmişdir nəticədə,Qusar rayonu, Xürel kəndi ərazisində İddiaçı və Cavabdeh mülkiyyətində olan torpaq sahələri torpaqların elektron kadastrı uçotu məlumat bazasına uyğundur, həmin məlumat bazasına əsasən Cavabdeh tərəfindən İddiaçı məxsus torpaq sahəsinin 0.99 ha hissəsi istifadə edilir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 iyul 2023-cü il tarixli 10/4630 nömrəli ekspert rəyindən görünür ki, qərardadın sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, Qusar rayonu, Xürel kəndi ərazisində İddiaçı və Cavabdeh mülkiyyətində olan torpaq sahələri torpaqların elektron kadastrı uçotu məlumat bazasına uyğundur.Həmin məlumat bazasına əsasən cavabdeh İskəndərovErikDünyaməddin oğlu tərəfindən İddiaçı məxsus torpaq sahəsinin 0.99 ha hissəsi istifadə edilir.Ekspert tərəfindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 iyul 2023-cü il tarixli 10/4630 nömrəli məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 avqust 2024-cü il tarixli 3-16-16/2-7/1169-9/5805 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Qusar X5 Mərkəzinin Bitkiçilik dektorunun baş məsləhətçisi tərəfindən tərtib edilmiş rəyə əsasən İddiaçı mülkiyyətində olan sahəsində əvvəlki ilin taxıl bitkisinin qalıqları aşkar edilmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Qusar Rayon Statistika İdarəsinin 25 avqust 2022-ci il tarixli rəyinə əsasən 2022-ci ildə buğdanın orta məhsuldarlığı 25 sent/ha olmuşdur. Həmin statistikaya əsasən 2017-2019-cu illər ərzində 01 kq buğdanın nəzəri qaydada orta bazar qiyməti təxminən 0,45 manat, 2020- 2022-ci illər ərzində isə 01 kq buğdanın nəzəri qaydada orta bazar qiyməti təxminən 0.55 manat müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 avqust 2024-cü il tarixli 3-16-16/2-7/1169-9/5805 nömrəli məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasənİddiaçı məxsus olan, Qusar rayonu Xurel kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsini iddiaçının iradəsinə zidd olaraq istifadə edir. Bununla da, cavabdeh iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə etməklə onun həmin hüququnu pozmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 1-3-cü hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respubikası Mülki Məcəlləsinin 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140.reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1. mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2.mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 239.2.fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, icazə verilmir Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84.2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. 111.Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “İnsanhüquqlarınınvəəsasazadlıqlarınmüdafiəsihaqqında” AvropaKonvensiyasının 1 saylıprotokolu (AzərbaycanRespublikasının 25 dekabr 2001-ci iltarixliQanunuilətəsdiqolunmuş) Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə, 28 iyul 2023-cü il tarixli 10/4630 saylı ekspert rəyinə uyğun olaraq hesab edir ki, iddiaçının iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə, iddia tələbində göstərilən Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli, reyestr nömrəsi **********74, qeydiyyat nömrəsi ********** olan çıxarış üzrə onun mülkiyyətində olan 2,14 ha torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz olaraq istifadə olunan 1,0 ha hissəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq aidiyyəti üzrə ona qaytarılmasına belə qiymət verir ki,28 iyul 2023-cü il tarixli 10/4630 saylı ekspert rəyində cavabdeh İskəndərovErikDünyaməddin oğlu tərəfindən İddiaçı məxsus torpaq sahəsinin 0.99 ha hissəsi istifadə edildiyi göstərildiyinə görə həmin ekspert rəyinə uyğun olaraq cavabdeh qeyd edilən torpaq sahəsinin 0.99 ha hissəsindən çıxarılmalıdır. Bundan başqa, iddia tələbində göstərilən həmin torpaq sahəsindən qanunsuz istifadə etməklə iddiaçıya vurulmuş 9000 (doqquz min) manat məbləğində zərərin cavabdehdən alınaraq onun xeyrinə verilməsinə dairtələbinə məhkəmə belə qiymət verir ki, iddiaçı iddia tələbində göstərmişdir ki, cavabdeh qanunsuz istifadəsində saxladığı və ona məxsus 1.0 ha torpaq sahəsində uzun illərdir ki, buğda məhsulunu əkməklə oradan gəlir götürür, o da, istifadəsində qalan 1,14 ha torpaq sahəsində həmin torpaq sahəsini satın aldığı vaxtdan hal-hazıra kimi buğda məhsulunu əkir və hər il həmin sahədən 25-30 sent/ha buğda məhsulunu götürür. Cavabdeh ona məxsus olan 1,0 ha torpaq sahəsini uzun illər bilərəkdən qanunsuz sahibliyində saxlamaqla ona maddi zərər vurmuşdur. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi buğda məhsulunu əkməsi, satması və ya həmin fəaliyyətə dair müqavilə, arayış, sübut məhkəməyə təqdim etməmişdir. Əgər iddiaçı tərəfindən qeyd edilən fəaliyyətlə bağlı sübut məhkəməyə təqdim edilsə idi, iddiaçının həmin tələbi uğurlu ola bilərdi. Hazırkı halda həmin fəaliyyətə dair sübut təqdim edilmədiyindən iddia tələbinin həmin hissəsi təmin edilməməlidir. Məhkəmə hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli, reyestr nömrəsi **********74, qeydiyyat nömrəsi ********** olan çıxarış üzrə İddiaçı mülkiyyətində olan 2,14 ha torpaq sahəsinin Cavabdeh tərəfindən qanunsuz olaraq istifadə olunan 0.99 ha hissəsi Cavabdeh qanunsuz sahibliyindən alınaraq aidiyyəti üzrə İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 iyul 2023-cü il tarixli 10/4630 saylı rəyi üzrə ekspertiza xərci 50 (əlli) manat və 01 avqust 2024-cü il tarixli 3-16-16/2-7/1169-9/5805 saylı rəyi üzrə ekspertiza xərci 100 (yüz) manattəşkil edən məhkəmə xərcləri iddia qismən təmin edildiyindən Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli, reyestr nömrəsi **********74, qeydiyyat nömrəsi ********** olan çıxarış üzrə İddiaçı mülkiyyətində olan 2,14 ha torpaq sahəsinin Cavabdeh tərəfindən qanunsuz olaraq istifadə olunan 0.99 ha hissəsi Cavabdeh qanunsuz sahibliyindən alınaraq aidiyyəti üzrə İddiaçı qaytarılsın. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 iyul 2023-cü il tarixli 10/4630 saylı rəyi üzrə ekspertiza xərci 50 (əlli) manat və 01 avqust 2024-cü il tarixli 3-16-16/2-7/1169-9/5805 saylı rəyi üzrə ekspertiza xərci 100 (yüz) manat manat təşkil edən məhkəmə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-15/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-15/2024
24.09.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver