Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-161/2021 09.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əlavə xərclərin tutulmasına dair mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxx 2002-ci il təvəllüdlü X5 təhsili ilə əlaqədar əlavə xərclərə cəlb olunmaqla, X5 təhsil aldığı X17 bitirənədək hər ay 200 (iki yüz) manat miqdarında pul tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxxxx 1998-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə Cavabdeh ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx xxxxxx 1998-ci il təvəllüdlü Emil və xx xxx 2002-ci il təvəllüdlü Jalə adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar. Qusar rayon məhkəməsinin xx xxx 2011-ci il tarixli 2(029)-309/2011 saylı qətnaməsinə əsasən cavabdehdən onun xeyrinə həmin uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 70 (yetmiş) manat olmaqla, cəmi 140 (bir yüz qırx) manat miqdarında aliment tutulmuşdur. Cavabdeh ilə ayrıldıqları vaxtdan uşaqlar onun himayəsində qalmışlar. Cavabdehlə birgə nikahlarından anadan olmuş xx xxx 2002-ci il təvəllüdlü X5 18 yaşı xx xxx 2020-ci il tarixdə tamam olmuş, lakin qızı Jalə hal-hazırda X14 “Tibb bacısının işi” qrupunun 1-ci kursunda əyani təhsil alır. Təhsili ilə əlaqədar qızı işləyə bilmir və ona görə də qızının Quba şəhərində kirayədə qalması və digər xərclərini özü ödəmək məcburiyyətindədir. Hər ay qızının təhsili ilə əlaqədar olaraq 500 (beş yüz) manatdan artıq xərci çıxır. Lakin həmin xərcləri təkbaşına ödəməsi onun üçün çətinliklər yaradır. Bu səbəbdən də, Cavabdeh Jalə adlı uşaqlarının təhsili ilə əlaqədar əlavə xərclərə cəlb olunmalı və ondan həmin xərclərə görə hər ay sabit pul məbləğində əlavə xərc tutulmalıdır. Cavabdeh fərdi təsərrüfatla məşğul olur. Maddi vəziyyəti olduqca yaxşıdır. Odur ki, Cavabdeh qızı Jalənin təhsili ilə əlaqədar olan əlavə xərclərin miqdarı hər ay 200 (iki yüz) manat miqdarda müəyyən olunmalıdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə iddia ərizəsinə etiraz göndərmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alıb Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə göndərmiş olduğu iddia ərizəsinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı ilə xx xxxxxx 1998-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə evlənmişlər. Birgə nikahlarından xx xxxxxx 1998-ci il təvəllüdlü Emil və xx xxx 2002-ci il təvəllüdlü Jalə adlı uşaqları anadan olmuşdur. Aralarındaki nikah məhkəmə qətnaməsi ilə pozulmuş, birgə nikahlarından anadan olmuş uşaqlar iddiaçının himayəsinə verilmiş, uşaqların saxlanılması üçün ondan hər ay 140 manat alimentin tutulması qət edilmişdir. Uşaqların saxlanması üçün müəyyən edilmiş aliment uşaqlar yetkinlik yaşına çatana kimi tərəfindən ödənilmişdir. Hazırda faktiki olaraq X7 ilə ər-arvad münasibətlərində yaşayır və onların xx xxxx 2017-ci il təvəllüdlü X10 adlı uşaqları vardır. O, həm uşaq, həm də İlahə Sadıqova ilə birlikdə yaşayır və onların saxlanılması özünün öhdəsindədir. Bundan başqa həyat yoldaşı İlahə Sadıqova “Hepatit B” xəstəliyindən əziyyət çəkir və ona görə maddi məsuliyəti artmışdır. Kənddə yaşamasına baxmayaraq onun hesabında heç-bir mal qara yoxdur, bu barədə Avaran kənd İƏD üzrə nümayəndəliyi tərəfindən arayış da mövcuddur. Özü hal-hazırda işsiz kimi qeydiyyatdadır. İddiaçının iddia ərizəsində maddi vəziyyəti ilə bağlı qeyd etdikləri əsassızdır. Odur ki, iddiaçının iddia tələbi rədd edilməlidir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını hərtərəfli araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-l № 233544 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 xx xxx 2002-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X4. İşdə olan X20 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 14 saylı Arayışdan görünür ki, X11 “Tibb bacısının işi” qrupunun l kurs tələbəsidir. İşdə olan Qusar rayon Məhkəməsinin 2(029)-309/2011 saylı xx xxx 2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx xxxxx 2011-ci il tarixdən başlayaraq xx xxxxxx 1998-ci il tarixdə anadan olmuş X8 və xx xxx 2002-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa 70 (yetmiş) manat tutularaq X6 verilməsi qət edilmişdir. İşdə olan AZ-lll № 911556 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxx 2017-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X3r. İşdə olan Avaran kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020ci il tarixli 478 saylı Arayışdan görünür ki, Cavabdeh hal-hazırda ailəsi, arvadı və oğlu ilə birlikdə Xürəl kəndində yaşayır, əsas iş fəaliyyəti kənd təsərrüfatıdır, onun öz adına 0.53 ha pay torpaq sahəsi vardır. Avaran nümayəndəliyinin təsərrüfatbaşına kitablarına əsasən onun hesabında heç bir növ mal-qara qeydə alınmamışdır. Onun heç bir yerdə başqa iş fəaliyyəti yoxdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 haqqında xx xxxxxx 2020-ci il tarixli ********** saylı Arayışdan görünür ki, Cavabdeh Dövlət Məşğulluq Xidmətində işaxtaran (işi və qazancı olmayan şəxs) kimi qeydiyyatdadır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını hərtərəfli araşdırıb hesab edir ki, yuxarıdakı əsaslara görə iddia qismən təmin edilməli, Cavabdeh xx xxx 2002-ci il təvəllüdlü X5 təhsili ilə əlaqədar əlavə xərclərə cəlb olunmalı, Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxx 2002-ci il təvəllüdlü X5 təhsil aldığı X17 bitirənədək hər ay 100 (bir yüz) manat miqdarında pul tutularaq İddiaçı verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş xx xxx 2002-ci il təvəllüdlü X1 Tibb Kollecində “Tibb bacısının işi” qrupunun l kursunda təhsil alır. Odur ki, tərəflərin birgə nikahlarından anadan olmuş Jalə adlı uşağın mənafeyini, onun hazırda təhsil alması ilə əlaqədar xərclərin tələb olunmasının zəruriliyini əsas tutaraq, onun təhsili ilə əlaqədar Cavabdeh əlavə xərclərə cəlb olunmasını məqsədəmüvafiq hesab edir. Həmçinin, məhkəmə tərəflərin əmlak və digər diqqətəlayiq maraqlarını nəzərə alaraq, məhkəmə tərəfindən cavabdehdən iddiaçının xeyrinə əlavə xərclərə görə ödəniləcək sabit pul məbləğinin 200 (iki yüz) manat deyil, 100 (bir yüz) manat müəyyən olunmasını daha məqsədəmüvafiq və tərəflərin maraqlarına, eləcə də X5 mənafeyinə daha uyğun olması qənaətinə gəlir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Bu səbəbdən də məhkəmə 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin bu normanın tələbini nəzərə alaraq hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 112, 119, 216- 220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxx 2002-ci il təvəllüdlü X5 təhsili ilə əlaqədar əlavə xərclərə cəlb olunsun, Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq X5 təhsil aldığı X17 bitirənədək hər ay 100 (bir yüz) manat miqdarında pul tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra olunsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-161/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-161/2021
09.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver