Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-167/2021 09.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulmasına dair mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından olan uşaqları xx xxxx 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxxxx 2015-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə Cavabdeh ilə evlənmişdir. Birgə nikahlarından xx xxxxxx 2016-cı il tarixdə X6, xx xxxxxx 2017-ci il tarixdə X7 və xx xxxx 2020-ci il tarixdə X8 adlı uşaqları anadan olmuşlar. Ailə münasibətləri pozulduğu üçün ayrılmış, ayrıldıqları müddətdən uşaqlar onun yanında qalmış və hazırda uşaqları ilə birlikdə Qusar rayonu Hil-oba kəndində valideynlərinin evində yaşayır. Aralarındaki nikah pozulmuşdur. Zəhra və Esra adlı uşaqların saxlanılması üçün Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə hər ay hər bir uşağa 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit məbləğdə aliment Cavabdeh onun xeyrinə tutulmuşdur. X2 adlı uşaqlarının saxlanılması üçün aliment təyin olunmamışdır. Elşad adlı uşağın saxlanılması üçün cavabdeh tərəfindən heç bir yardım olunmamışdır. Ona görə də onun xeyrinə aliment sabit pul məbləğində təyin olunmalıdır. O, Elşad adlı uşağın saxlanılmasında çətinlik çəkir və Cavabdeh ona uşağın saxlanılmasında heç bir köməklik göstərmir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, xx xxxxxx 2015-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə İddiaçı ilə evlənmişdir. Birgə nikahlarından xx xxxxxx 2016-cı il tarixdə X6, xx xxxxxx 2017-ci il tarixdə X7 və xx xxxx 2020-ci il tarixdə X8 adlı uşaqları anadan olmuşlar. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar. Aralarındaki nikah məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Həmin qətnaməyə əsasən uşaqlar İddiaçı himayəsində qalmışlar, Esra və Zəhra adlı uşaqların saxlanılması üçün hər ay 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin ondan iddiaçının xeyrinə tutulması qət edilmişdir. Özü fərdi əməklə məşğul olur, astma xəstəliyinə görə 2-ci qrup əlildir, əlilliyə görə 130 manat müavinət alır, digər gəliri yoxdur. Birgə nikahlarından anadan olmuş xx xxxx 2020-ci il təvəllüdlü X1 üçün hər ay 20-25 manat aliment ödəyə bilər. Qeyd edilənləri nəzərə alıb iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-lV № 433735 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 xx xxxx 2020-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh , anası İddiaçıdır. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2605/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Qusar rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(029)-618/2020 saylı qətnaməsinin dəyişdirilməsi, İddiaçı ilə Cavabdeh arasında Qusar rayon İHB-nın Quxuroba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində xx xxxxxx 2015-ci il tarixli 30 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş xx xxxxxx 2016-cı il təvəllüdlü X6 və xx xxxxxx 2017-ci il təvəllüdlü X7 anaları İddiaçı himayəsində saxlanılsınmaları və həmin uşaqların yaşayış yerləri kimi İddiaçı yaşayış yerinin müəyyən edilməsi, xx.xx.1985ci ildə ünvan 1 ünvanda qeydiyyatda olmaqla Qusar rayonu Hil-oba kəndində yaşayan Cavabdeh İddiaçı xeyrinə xx xxxxxx 2016-cı il təvəllüdlü X3 və xx xxxxxx 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşağa görə 60 (altmış) manat, cəmi isə 120 (yüz iyirmi) manat miqdarda alimentin tutulması qət edilmişdir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, tərəflər xx xxxxxx 2015-ci il tarixdə evlənmişlər. Birgə nikahlarından xx xxxxxx 2016-cı il təvəllüdlü X6, xx xxxxxx 2017ci il təvəllüdlü X7 və xx xxxx 2020-ci il təvəllüdlü X8 uşaqları anadan olmuşdur. Tərəflər ailə münasibətləri pozulduğu üçün ayrılmışlar. Tərəflər arasındaki nikah pozulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2605/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən Qusar rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(029)-618/2020 saylı qətnaməsinin dəyişdirilməsi, İddiaçı ilə Cavabdeh arasında Qusar rayon İHB-nın Quxuroba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində xx xxxxxx 2015-ci il tarixli 30 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş xx xxxxxx 2016-cı il təvəllüdlü X6 və xx xxxxxx 2017-ci il təvəllüdlü X7 anaları İddiaçı himayəsində saxlanılsınmaları və həmin uşaqların yaşayış yerləri kimi İddiaçı yaşayış yerinin müəyyən edilməsi, xx.xx.1985-ci ildə ünvan 1 ünvanda qeydiyyatda olmaqla Qusar rayonu Hil-oba kəndində yaşayan Cavabdeh İddiaçı xeyrinə xx xxxxxx 2016-cı il təvəllüdlü X3 və xx xxxxxx 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşağa görə 60 (altmış) manat, cəmi isə 120 (yüz iyirmi) manat miqdarda alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2021-ci ildə yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli araşdırıb hesab edir ki, yuxarıdakı əsaslara görə iddia qismən təmin edilməli, İddiaçı öhdəsində olan xx xxxx 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Bu səbəbdən də məhkəmə 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin bu normanın tələbini nəzərə alaraq hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxx 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra olunsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-167/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-167/2021
09.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver