Məhkəmə qərarları › İş №2(029)-168/2025

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-168/2025

02.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-168/2025 02.05.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəməiclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Abdullah və Adəm adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay cavabdehlərin hər birindən hər ay hər uşaq üçün 200 (bir yüz) manat olmaqla cəmi 400 (iki yüz) manat sabit pul məbləğində alimentin alınaraq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə əvvəlcədən lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Tərəflər məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə əvvəlcədən lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikasının MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlmədiyindən mülki iş baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən,iddianın baxılmamışsaxlanmasıüçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlışəxsümumi qaydada ərizə ilə məhkəməyəyenidən müraciət etməyəhaqlıdır. Həmin Məcəllənin 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatətiüzrə, onlar məhkəmə iclasında iştiraketməmələrinin və bu haqda məhkəməyə məlumatverməmələrininüzürlü səbəblərdən başverməsi haqqında sübutlar təqdimetdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarlaərizənin baxılmamışsaxlanması barəsindəöz qərardadını ləğv edir. Həmçinin, məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrininüzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etməklə, ərizənin baxılmamış saxlanması barədə qərardadın ləğv edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmək hüquqları tərəflərə izah edilməlidir. Həmin Məcəllənin 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatətiüzrə, onlar məhkəmə iclasında iştiraketməmələrinin və bu haqda məhkəməyə məlumatverməmələrininüzürlü səbəblərdən başverməsi haqqında sübutlar təqdimetdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarlaərizənin baxılmamışsaxlanması barəsindəöz qərardadını ləğv edir. Həmçinin, məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrininüzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etməklə, ərizənin baxılmamış saxlanması barədə qərardadın ləğv edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmək hüquqları tərəflərə izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin114.1.5, 259, 260, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki iş baxılmamış saxlanılsın. Məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrininüzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etməklə iddiaçı təkrarən ərizənin baxılmamış saxlanması barədə qərardadın ləğv edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmək hüquqları tərəflərə izah edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar