Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-174/2025 04.02.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı və cavabdeh X1 etibarnamə üzrə nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh X2 qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Məhkəməsinin 2(067)-863/2012 saylı, 11 iyun 2012-ci il tarixli qətnaməsi ilə, cavabdehlə birgə nikahlarından 21 dekabr 2011-ci ildə anadan olan qızı - X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan X1 xeyrinə tutulması müəyyən edilən alimentin miqdarının azaldılaraq hər ay sabit pul məbləğində 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, cavabdeh - X7 ilə 02 iyun 2010-cu il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuş, nikahları Qusar rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 48-ci nömrə ilə qeydiyyata alınmışdır. Birgə nikahlarından 21 dekabr 2011-ci X10 adlı uşaqları anadan olmuşdur. Xaçmaz rayon Məhkəməsinin 2(067)-863/2012 saylı, 11 iyun 2012-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından olan uşaqları X10 anasının himayəsində saxlanılmış, uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün 04 may 2012-ci il tarixdən başlayaraq hər ay qazancının ¼ hissəsi miqdarında alimentin tutularaq X2 verilməsi qət edilmişdir. O, hal-hazırda cavabdehə 200 manat alıment ödəyir. O, ikinci dəfə nikaha daxil olmuşdur, 25 avqust 2014-cü il tarixində X3 ilə ailə qurmuşdur. Yeni nikahdan da iki uşaqları - 21 avqust 2014-cü il tarixində X14, 04 noyabr 2015-ci il tarixində X15 anadan olmuşdur. Dörd nəfərdən ibarət ailəmi təkbaşına çox çətinliklə saxlayır. Məhkəmə qətnaməsi ilə müəyyən edilən 200 manat məbləğində alimenti heç cür ödəyə bilmir. Qanunvericiliklə uşaqların saxlanılması hər iki valideynin vəzifəsidir. Cavabdeh özü də əmək qabiliyyətlidir. Beləliklə də yetkinlik yaşına çatmayan uşaqlarının saxlanması üçün ondan tutulan alimentin miqdarının azaldılması zəruridir. Cavabdeh X7 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddiaçının əsaslandığı 112.1. maddəsinə əsasən “Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzəri almaqla aliment ödəməkdən azad edə bilər.” İddiaçı qeyd edir ki, uşağın anası əmək qabiliyyətlidir. Lakin uşağın anasının himayəsində aliment alınan uşaqdan başqa 4 yaşında-xx.xx.2020-ci il təvəllüdlü X8 və 6 aylıq - xx.xx.2024-cü il təvəllüdlü X4 olmaqla 2 kiçik uşağı da vardır. Yəni 6 aylıq körpə uşağı olan ana uşağa qulluğa görə işləyə bilmir və 3 il müddətinə işləyə bilməyəcək. İddiaçının himayəsində 2 uşağı olduğu halda cavabdeh himayəsində 3 uşağı vardır və İddiaçı ayda 994.48 manat xalis əmək haqqı aldığı halda cavabdeh 6 aylıq körpə uşağına görə işləyə bilmir. Ailə Məcəlləsinin 76.2 və 112.1 bəndlərinə əsasən “tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik eləcə də diqqətəlayiq olan başqa hallar” - deyildikdə himayəsində 2 uşağı olan və ayda 994.48 manat xalis əmək haqqısı alan iddiaçının vəziyyətinin himayəsində 3 uşağı olan və işləyə bilməyən cavabdehin ailə vəziyyətindən üstün olması kimi izah olunur. İddiaçının hazırki əmək haqqısı alimenti ödənildiyi ilk illərin əmək haqqısından 2.9 dəfə çoxdur, lakin o 25% əvəzinə 12% (12C 994.48) aliment ödəmək istəyir və gələcəkdə infilyasiyaya uyğun olaraq əmək haqq indeksləşdirilərək artacağı halda sabit pul məbləğində -120 manat alimentin əmək haqqına nisbətən faiz dərəcəsi daha da aşağı düşəcəkdir ki, bu da AR Ailə Məcəlləs 76.1.1. bəndinə, uşaqlar üçün yaşayış minimumu haqqında AR Qanununa və həmin qanuna əsasən müəyyənləşdirilən alimentin minimum məbləği dərəcəsinə ziddir. Qeyd olunanları nəzərə alaraq iddia ərizəsinə etiraz olunur və məhkəmənin uşaqlar üçün yaşayış minimumu haqqında AR Qanununa, AR-da Alimentin minimum məbləği dərəcəsinə , AR Ailə Məcəlləsinin 76.1.1. bəndinə əsasən “ 1 uşağa gö qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi” tutulması haqq tələbinə uyğun olaraq qəbul olunmuş və qanuni qüvvəyə minmiş Xaçmaz rc məhkəməsinin 11 iyun 2012ci il tarixli 2(067)-863/2012 saylı qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş iddia ərizəsindəki xüsusatları təsdiq etmişdir. Hal-hazırda rəsmi qaydada işlədiyini, hər ay stabil əmək haqqı aldığını, Xaçmaz rayon məhkəməsinin qətnaməsi qəbul olunduqdan sonra əmək haqqısında artım olduğunu bildirmişdir. İddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında cavabdeh X1 etibarnamə üzrə nümayəndəsi X11 iddianı qəbul etməmiş və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia rədd olunmalıdır. Belə ki, işdə olan 11 iyun 2012-ci il tarixli Xaçmaz rayoon Məhkəməsinin icra vərəqəsinin surətindən görünür ki, X1 İddiaçı arasında Qusar rayon Qeydiyyat şöbəsində xx.xx.2010-cu il tarixdə 48 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2011-ci ildə anadan olmuş X10 anası X1 himayəsində saxlanılması, xx.xx.2011-ci ildə anadan olmuş X10 anası X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 04 may 2012-ci il tarixdən başlayaraq İddiaçı hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında, yəni 86 (səksən altı) manat 38 (otuz səkkiz) qəpik məbləğində aliment alınaraq X2 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələblərinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinin tələblərinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi. Həmin Məcəllənin 78.1- maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasənsabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti tə min edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər.Uşaqların vurduğu maddi ziyana görə onun valideynləri, övladlığa götürənlər, qəyyumlar və ya himayəçilər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki,aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərar 8.7. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Qüvvədə olan qanunvericiliyə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Uşaqların maddi tələbatının əhəmiyyətli dərəcədə artmasını, tərəflərin birgə nikahından olan uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, iddiaçının daimi iş yerinin olmasını, iddiaçının stabil hər ay əmək haqqı almasını rəhbər tutularaq, məhkəmə qətnaməsi əsasında müəyyən olunmuş alimentin məbləğinin azaldılması uşağın mənafeyinə zidd olduğundan iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdeh X2 qarşı alimentin miqdarının azaldılması tələbinə dair iddiası rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-174/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-174/2025
04.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver