Məhkəmə qərarları › İş №2(029)-219/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-219/2021

09.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-219/2021 09.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx xxxx 2018-ci il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün onun xeyrinə tutulan aliment aylıq qazancın və (və ya) başqa gəlirlərin dörddə bir hissəsi miqdarında tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh nümayəndəsi X3 işə iddiaçının iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə göndərdiyi iddia ərizəsindən görünür ki, o, xx xxxx 2017-ci il tarixdə Cavabdeh ilə nikahı rəsmi qeyd etdirməklə el adəti ilə toy edib evlənmişdir. Həmin nikahdan onların xx xxxx 2018-ci il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar. Ayrılmaqlarının səbəbi cavabdehin ona bir həyat yoldaşı kimi hörmət etməməsi olmuşdur. Cavabdeh ayrıldıqları vaxtdan azyaşlı uşaq onun himayəsindədir. Cavabdeh uşağın saxlanmasının və tərbiyyəsinin qayğısını çəkmir, uşağın maddi, məişət ehtiyaclarının ödənilməsini təmin etmir, ona uşağın saxlanması üçün heç bir köməklik göstərmir. Cavabdeh “xxxx” ASC-də işləyir və yüksək əmək haqqı alır. Ona görə də uşağın saxlanması üçün Cavabdeh onun xeyrinə aliment sabit pul məbləğində yox aylıq qazancın və (və ya) başqa gəlirlərin dörddə bir hissəsi miqdarında tutulmalıdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 iddianı qəbul edərək izahatında göstərdi ki, İddiaçı ilə Cavabdeh xx xxxx 2017-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə evlənmişlər. Tərəflərin birgə nikahlarından xx xxxx 2018-ci il tarixdə X6 adlı uşaqları anadan olmuşdur. Tərəflər ailə münasibətləri pozulduğu üçün ayrılmışlar. Cavabdeh “xxxx” ASC-də işləyir, əmək haqqı 800 (səkkiz yüz) manat civarındadır. Odur ki, qeyd nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını hərtərəfli araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş Çıxarışdan görünür ki, Cavabdeh ilə X2 arasında xx xxxx 2017-ci il tarixdə Qusar rayon Qeydiyyat şöbəsində 43 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Mazanova soyadı verilmişdir. İşdə olan AZ-lV № 130148 saylı Doğum haqqında Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 xx xxxx 2018-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, tərəflər xx xxxx 2017-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə evlənmişlər. Birgə nikahlarından xx xxxx 2018-ci il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Tərəflər ailə münasibətləri pozulduğu üçün ayrılmışlar. Tərəflər ayrıldıqları vaxtdan uşaq İddiaçı himayəsində qalmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2021-ci ildə yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını hərtərəfli araşdırıb hesab edir ki, yuxarıdakı əsaslara görə iddia təmin edilməli, İddiaçı öhdəsində olan xx xxxx 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq hər ay qazancın və (və ya) başqa gəlirlərinin dördə bir hissəsi miqdarında aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Bu səbəbdən də məhkəmə 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin bu normanın tələbini nəzərə alaraq hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. xx xxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxx 2018-ci il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin dördə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra olunsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar