Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-226/2021 29.01.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2021ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahlarından olan uşaqları xx xxxxxx 2008-ci il təvəllüdlü X3, xx xxxxxx 2012-ci il təvəllüdlü X4 və xx xxx 2016-cı il təvəllüdlü X1 üçün hər ay hər bir uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində alimentin tutularaq uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxx 2007-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə Cavabdeh ilə evlənmişdir. Birgə nikahlarından xx xxxxxx 2008-ci il təvəllüdlü X6, xx xxxxxx 2012-ci il təvəllüdlü X7 və xx xxx 2016-cı il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün cavabdehdən ayrılmışdır. Ayrılmaqlarının səbəbi cavabdehlə xasiyyətlərinin uyğun gəlməməsi olmuşdur. Qusar rayon Məhkəməsinin 2(029)-534/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə Qusar rayon İHB-nın Balaqusar kənd İƏN-də xx xxxx 2007-ci il tarixli 17 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahlarından anadan olmuş xx xxxxxx 2008-ci il təvəllüdlü X3, xx xxxxxx 2012-ci il təvəllüdlü X4 və xx xxx 2016-cı il təvəllüdlü X5 özünün himayəsində saxlanılması və həmin uşaqların yaşayış yerləri kimi onun yaşayış yerinin müəyyən edilməs qət edilmişdir. Cavabdeh ona uşaqların saxlanılması üçün hər ay müəyyən məbləğdə pul verəcəyini bildirmişdir. Lakin cavabdeh sonradan uşağların saxlanılmasının və tərbiyyəsinin qayğısına qalmamış, uşağların maddi, məişət ehtiyaclarının ödənilməsini təmin etməmişdir. Uşağları təkbaşına saxlamaq onun üçün çətindir, ona görə də Cavabdeh aliment tutulmalıdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, xx xxxx 2007-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə İddiaçı ilə evlənmişdir. Birgə nikahlarından xx xxxxxx 2008-ci il təvəllüdlü X6, xx xxxxxx 2012-ci il təvəllüdlü X7 və xx xxx 2016-cı il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar. Aralarındaki nikah məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Həmin qətnaməyə əsasən uşaqlar İddiaçı himayəsində qalmışlar. Hazırda heçbir yerdə işləmir. Birgə nikahlarından xx xxxxxx 2008-ci il təvəllüdlü X3, xx xxxxxx 2012-ci il təvəllüdlü X4 və xx xxx 2016-cı il təvəllüdlü X1 üçün hər ay hər bir uşağa 80 (səksən) manat aliment ödəyə bilər. Qeyd edilənləri nəzərə alıb iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-ll № 202879 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 xx xxxxxx 2008-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan AZ-ll № 666703 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 xx xxxxxx 2012-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan AZ-lll № 536633 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 xx xxx 2016-cı il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan Qusar rayon Məhkəməsinin 2(029)-534/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnamənin surətindən görünür ki,İddiaçı ilə Cavabdeh arasında Qusar rayon İHB-nın Balaqusar kənd İƏN-də xx xxxx 2007-ci il tarixli 17 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş xx xxxxxx 2008-ci il təvəllüdlü X6, xx xxxxxx 2012-ci il təvəllüdlü X7 və xx xxx 2016-cı il təvəllüdlü X8 anaları İddiaçı himayəsində saxlanılması və həmin uşaqların yaşayış yerləri kimi İddiaçı yaşayış yerinin müəyyən edilməsi qət edilmişdir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, tərəflər xx xxxx 2007-ci il tarixdə evlənmişlər. Birgə nikahlarından xx xxxxxx 2008-ci il təvəllüdlü X6, xx xxxxxx 2012-ci il təvəllüdlü X7 və xx xxx 2016-cı il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Tərəflər ailə münasibətləri pozulduğu üçün ayrılmışlar. Qusar rayon Məhkəməsinin 2(029)-534/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında Qusar rayon İHB-nın Balaqusar kənd İƏN-də xx xxxx 2007-ci il tarixli 17 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş xx xxxxxx 2008-ci il təvəllüdlü X3, xx xxxxxx 2012-ci il təvəllüdlü X4 və xx xxx 2016-cı il təvəllüdlü X5 anaları İddiaçı himayəsində saxlanılmaları və həmin uşaqların yaşayış yerləri kimi İddiaçı yaşayış yerinin müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcədə aliment verməyə borclu olan valideyn qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2021-ci ildə yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli araşdırıb hesab edir ki, yuxarıdakı əsaslara görə iddia qismən təmin edilməli, İddiaçı öhdəsində olan xx xxxxxx 2008ci il təvəllüdlü X3, xx xxxxxx 2012-ci il təvəllüdlü X4 və xx xxx 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi baxılıb saxlanılmaları üçün Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq hər ay hər bir uşağa 100 (bir yüz) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Bu səbəbdən də məhkəmə 30 (otuz) manat dövlət rüsumunun cavabdeh X2 tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə həmçinin bu normanın tələbini nəzərə alaraq hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdən başlayaraq xx xxxxxx 2008-ci il təvəllüdlü X3, xx xxxxxx 2012-ci il təvəllüdlü X4 və xx xxx 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi baxılıb saxlanılmaları üçün hər ay hər bir uşağa 100 (bir yüz) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra olunsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-226/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-226/2021
29.01.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver