Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-309/2024 29.03.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə və Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə. Müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 13 may 2008-ci il təvəllüdlü X2 və 12 avqust 2012-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin tutularaq uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki,o, nikahı rəsmi qeyd etdirmədən el adəti ilə toy edərək Cavabdeh ilə evlənmiş, nikahlarını 29 mart 2008-ci il tarixdə rəsmiləşdirmişdir. Həmin nikahdan onların 13 may 2008-ci il təvəllüdlü X4 və 12 avqust 2012-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, cavabdehlə ayrılmışdır. Qusar rayon Məhkəməsinin 2(029)-650/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən 29 mart 2008ci il tarixdə bağlanmış nikahın pozulmasına və 13 may 2008-ci il təvəllüdlü X4 və 12 avqust 2012-ci il təvəllüdlü X5 adlı uşaqların onun himayəsində qalması qət edilmişdir. Cavabdeh azyaşlı uşaqların saxlanmasının və tərbiyəsinin qayğısını çəkmir, uşaqların maddi, məişət ehtiyaclarının ödənilməsini təmin etmir, ona uşaqların saxlanması üçün heç bir köməklik göstərmir. Ona görə də uşaqların saxlanması üçün Cavabdeh onun xeyrinə aliment tutulmalı, aliment sabit pul məbləğində müəyyən olunmalıdır. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək bildirmişdir ki, tərəflərin birgə nikahlarından olan uşaqlar atasındadır, uşaqlar atasının yanında qalır, həmin evdə o da, öz uşaqları ilə birlikdə yaşayır. İddiaçı heç bir yerdə işləmir, cavabdeh isə uşaqlara heç baxmır. Hazırda cavabdeh Pioner mağazada işləyir, 370 manat əmək haqqı alır, onun işləməsi barədə onda heç bir sənəd, sübut yoxdur. Tərəflər ayrılmamışdan əvvəl evin təminat xərcləri iddiaçının atası və anası çəkirdi. Tərəflər bir yerdə yaşadıqları müddətdə iddiaçı taksi sürücüsü işləyib. İddiaçı hazırda da arabir taksi sürücüsü işləyir. İddiaçı uşaqlar üçün müəllimlər tutub, hər uşaq üçün müəllimə 50-70 manat pul verir, lakin bu barədə sübutu yoxdur. Hər uşağa 150-200 manat xərc çıxır, bu barədə sübutu yoxdur. Hazırda hər uşağa görə 250 manat aliment pul tələb edir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı qismən qəbul edərək bildirmişdir ki, tərəflər arasındakı nikah 29 mart 2008-ci il tarixdə rəsmiləşdirib. Onların birgə nikahlarından 13 may 2008-ci il tarixdə Diana və 12 avqust 2012-ci il tarixdə Fərid adlı uşaqları olub. Sonradan tərəflərin aralarında olan nikah məhkəmə qaydasında 15 dekabr 2021-ci il tarixdə pozulub, uşaqlar atasının himayəsində saxlanıb. Cavabdeh uşaqların öz himayəsində saxlanmasına etirazı yoxdur, cavabdeh uşaqları atıb ayrılmayıb, öz razılığı ilə ayrılmayıb, iddiaçı tərəfə əgər uşaqları saxlaya bilmirsə qaytarmasını bildirmişdir. Cavabdeh Pioner mağazada işləyir 290 manat əmək haqqı alır. Cavabdehə məhkəmə tərəfindən aliment müəyyən edilərkən onun qazancı nəzərə alınmasını, aldığı əmək haqqına uyğun olaraq alimentin tutulmasını xahiş edir. Odur ki, iddianın qismən təmin edilməsinin hər uşağa 50 manat olmaqla iki uşağa görə 100 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyərək, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə di, işdə olan xx.xx.2021-ci il tarixli 2(029)-650/2021 saylı Qusar rayon Məhkəməsinin qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Qusar rayon Qeydiyyat şöbəsində 29 mart 2008-ci il tarixdə 35 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, 13 may 2008-ci il təvəllüdlü X4 və 12 avqust 2012-ci il təvəllüdlü X5 ataları İddiaçı himayəsində saxlanılmaları və həmin uşaqların yaşayış yerləri kimi İddiaçı yaşayış yerinin müəyyən olunması qət edilmişdir. İşdə olan AZ-İİ 122049 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X413 may 2008-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İşdə olan AZ-İİ 941524saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 12 avqust 2012-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarına əlavə edilmiş Elektron sistemdən çıxarışdan görünür ki, Cavabdeh 345 manat əmək haqqı alır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə— qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. AzərbaycanRespublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manatməbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh öz uşaqları Diana və Fərid adlı uşaqların qayğısına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aliment tutulmalıdır. Belə ki, AR AM-nin 76.1.2-ci maddəsinə əsasən 2 uşağa görə— qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. İş materiallarına əlavə edilmiş məhkəmə elektron sistemindən çıxarışdan göründüyü kimi Cavabdeh ərzaq malları üzrə satıcı işləyir və 345 manat əmək haqqı alır və həmin məbləğin 1/3 hissəsi təxminən 100 manat təşkil edir. Məhkəmə tərəflərin maddi və digər vəziyyətlərini, həmçinin uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq alimentin miqdarının sabit pul məbləğində iddiaçının tələb etdiyi kimi hər ay hər uşaq üçün 250 (iki yüz əlli) manat məbləğində deyil, hər ay hər uşaq üçün 50(əlli) manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Bundan başqa, uşaqları saxlamaq yalnız ananın deyil, həm də atanın vəzifəsi olduğundan ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız anadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Cəmiyyətdə formalaşmış mövqeyə əsasən ailəni saxlamaq, ailənin təminat xərclərini ödəmək atanın üzərinə düşür. İş materiallarından görünür ki, İddiaçı tam fəaliyyət qabiliyyətli şəxsdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi bildirdi ki, onun qardaşı İddiaçı taksi fəaliyyəti ilə məşğul olur və uşaqların təminat xərclərinin bir hissəsini Elxan, bir hissəsini isə özü tərəfindən ödənilir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində göstərilən məbləğin cavabdehdən tutulması ilə bağlı uşaqların həmin təminat xərcləri ilə bağlı sübut təqdim edilmədiyindən həmin məbləğdə olan iddia tələbi təmin edilməməlidir. Həmçinin,İddiaçı özü, nümayəndənin deməsinə görə taksi fəaliyyəti ilə məşğul olur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı da uşaqların təminat xərclərini ödəyə bilər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı tələblərinin əsası kimi istinad etdiyi hallar qismən sübuta yetirmişdir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan-yəni 05 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, İddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı isə 1000 manatdan artıq, lakin 10000 manatdan artıq olmamaqla 1200 manat (12 X 100=1200) təşkil edir. Bununla da, iş üzrə iddianın qiyməti 1240 manat, 1000 manatdan yuxarı iddianın qiyməti isə 200 (1200-1000=200) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 2 manat, cəmi isə 32 (otuz iki) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə aliment hissəsində dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-78, 100-cü maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx xxxx 1989-cu ildə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Cavabdeh İddiaçı xeyrinə 13 may 2008-ci il təvəllüdlü X2və 12 avqust 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün sabit pul məbləğində hər ay hər uşaq üçün 50 (əlli) manat olmaqla, ümumilikdə 100 (yüz) manat sabir pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması 05 fevral 2024-cü il tarixdən hesablansın. Cavabdeh 32 (otuz iki) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-309/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-309/2024
29.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver