Məhkəmə qərarları › İş №2(029)-316/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-316/2023

06.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-316/2023 06.04.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdehqarşı “aliment tələbinə”dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə”dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh birgə nikahdan olan uşaqları, 02 iyul2011-ci il təvəllüdlü X2 və 29 avqust 2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi olaraq hər ay 440(dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq uşaqlar yetkinlik yaşlarına çatana kimi ona verilməsinə dairqətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 14 avqust 2010-cu il tarixdə nikahı rəsmi qeyd etdirməklə Cavabdeh ilə evlənmişdir. Cavabdehlə birgə nikahdan onların02 iyul2011-ci il tarixdə X7 və 29 avqust 2015-ci il tarixdə X8 adlı iki uşaqlarıanadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, Cavabdeh ayrılmışdır. Ayrılmaqlarının səbəbi Cavabdeh ilə xasiyyətlərinin uyğun gəlməməsi, cavabdehin onunla yola getməməsi olmuşdur. Bu səbəblərə görə o, Cavabdeh ayrılıb azyaşlı uşaqları ilə birlikdə valideynlərinin evinə qayıtmışdır. Cavabdeh ayrıldığı vaxtdan azyaşlı uşaqlar onun himayəsindədir. Cavabdeh uşaqların saxlanmasının qayğısına qalmır, uşaqların maddi, məişət ehtiyaclarının ödənilməsini təmin etmir. Ona görə də uşaqların saxlanması üçün Cavabdeh onun xeyrinə aliment tutulmalıdır. Cavabdeh stabil iş yeri və aylıq əmək haqqı yoxdur. Ona görə də o, cavabdehdən onun xeyrinə alimentin hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməsini xahiş edir. Cavabdeh maddi vəziyyətini və uşaqların minimum ehtiyaclarının ödənilməsi üçün çəkilməli xərcləri nəzərə alaraq hesab edir ki, cavabdeh ona hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi olaraq hər ay 440(dörd yüz qırx) manat sabit pul məbləğində aliment ödəməlidir. O, Cavabdeh qarşı aliment tələbinə dair tələblə Mediasiyaya müraciət etmişdir. Lakin, Cavabdeh ilkin mediasiya sessiyasına gəlməmişdir. 50 manat məbləğində Mediasiya xərclərini də o ödəmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş,iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, o, cavabdehlə 14 avqust 2010-cu il tarixdə ailə qurmuşdur. Cavabdehlə aralarında olan nikah pozulmamışdır, nikahın pozulması ilə bağlı ərizə ilə müraciət etməmişdir. Hazırda cavabdehlə bir yerdə yaşamır, onunla ayrı yaşayır, aralarında olan nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmək fikri vardır. Cavabdehlə barışmaq fikri yoxdur. Üç aydır cavabdehdən ayrı yaşayır, həmin vaxt ərzində o və uşaqları xəstə olmuşlar, cavabdeh tərəf müalicə üçün ona pul verməmiş, 90 manat verib, cavabdeh onu xəstəxanadan öz evinə gətirəcəyini demiş, lakin, gətirməmiş, o da, anasının evinə qayıtmışdır. Uşaqlar onun himayəsindədir, məktəbə gedirlər. Həmin uşaqların saxlanması üçün hər uşağa 220 manat aliment tələb edir. O, hazırda işləmir, kirayə mənzildə qalır. Cavabdeh usta işləyib ev təmir işləri ilə məşğul olur. İş olanda işə gedir, elə vaxtlar olur ki, ayda iki dəfə işdə olur. Cavabdeh qazandığı pulu özü üçün xərcləmiş, pulu ona verməmiş, cavabdehin aylıq qazanc pulundan xəbəri olmamışdır. Uşaqlara paltarlar qaynanası ildə bir dəfə almışdır. Evə gündəlik tələbat mallarını da qaynanası almışdır.İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, o, təmir tikintidə usta işləyir, üç aydır ki, işləmir. Gündəlik işi yoxdur, qazancı işdən asılıdır, elə vaxt olur aylıq qazancı 500 manat olur, elə vaxt olur, 100, 200manat olur. Stabil işi olmadığına görə aylıq qazancının nə qədər olduğunu bilmir. İddiaçının tələb etdiyi məbləğdə alimenti verə bilmir, hər ay hər uşağa 100 manat aliment verə bilər və əlavə uşaqlara paltar da alacaq. Odur ki, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 17 yanvar 2023-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh ilə X4 nikahları Qusar RİHB-nın Kuzunqışlaq kənd İƏ nümayəndəliyində xx.xx.2010-cu il tarixdə 43 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra iddiaçı “Əzizova” soyadını qəbul etmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, X7 02 iyul 2011-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X3r. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 17 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, X8 29 avqust 2015-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası X5r. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-ci il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ilə birgə nikahlarından anadan olmuş Qənirə və Alim adlı uşaqların qayğılarına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay aliment tutulmalıdır. Məhkəmə tərəflərin maddi və digər vəziyyətlərini, həmçinin uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq alimentin miqdarının sabit pul məbləğində hər ay hər uşaq üçün iddiaçının tələb etdiyi kimi 220 (iki yüz iyirmi) manat deyil, 140 (yüz qırx) manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, hazırkı halda həmin şəxsin tələb etdiyi miqdarda alimentin Cavabdehödəmək iqtidarında olması öz təsdiqini tapmamış, onun hər hansı konkret gəlirlərinin olması məhkəmə tərəfindən müəyyən olunmamış, bu barədə iddiaçı tərəf məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz. Bundan başqa, uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi hallar qismən sübuta yetirmişdir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan-yəni 20 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, İddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, Cavabdehbir il ərzində ödəyəcəyi alimentin miqdarı isə 1000 manatdan artıq, lakin 10000 manatdan artıq olmamaqla 3360 manat (12 X 280=3360) təşkil edir. Bununla da, iş üzrə iddianın qiyməti 3360 manat, 1000 manatdan yuxarı iddianın qiyməti isə 2360 (3360-1000=2360) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdehundan30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 23.60 manat, cəmi isə 53.60 (əlli üç manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə aliment hissəsində dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75- 78, 100-cü maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh02 iyul 2011-ci il təvəllüdlü X2 və 29 avqust 2015-ci il təvəllüdlü X6yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə140 (yüz qırx) manat olmaqla, ümumilikdə hər ay 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulması 20 fevral 2023-cü il tarixdən hesablansın. Cavabdeh53.60 (əlli üç manat altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar