Məhkəmə qərarları › İş №2(029)-321/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-321/2022

30.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-321/2022 30.03.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən birgə yaşadıqları dövrdə olan uşaqları, 24 oktyabr 2013-cü il təvəllüdlü X4 və 07 noyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 04 dekabr 2011-ci il tarixdə el adəti ilə toy edərək, nikahı rəsmi qeyd etdirmədən cavabdehlə ailə həyatı quraraq onunla birgə yaşamağa başlamışdır. Birgə yaşadıqları müddətdə onların 24 oktyabr 2013-cü il təvəllüdlü X8 və 07 noyabr 2015-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. O, ailə münasibətləri pozulduğu üçün cavabdehdən ayrılmışdır. Ayrılmaqlarının əsas səbəbi cavabdehlə xasiyyətlərinin uyğun gəlməməsi olmuşdur. Onlar faktiki ayrılmış, uzun müddətdir ki, ər arvad münasibətlərində deyillər. Bundan sonra cavabdehlə barışıb ailə münasibətlərinin bərpası qeyri-mümkündür. Cavabdehlə ayrıldığı vaxtdan 24 oktyabr 2013-cü il təvəllüdlü X8 və 07 noyabr 2015-ci il təvəllüdlü X5 onun himayəsindədir. Ata evinə qayıtdıqdan sonra uşaqlar onunla birgə olduğu müddət ərzində cavabdeh uşaqların saxlanması və tərbiyəsi ilə maraqlanmamış, maddi, məişət ehtiyaclarının ödənilməsini təmin etməmişdir. Buna görə də azyaşlı uşaqların saxlanılmaları üçün cavabdehdən onun xeyrinə aliment tutulmalı, aliment hər ay ödənilən sabit pul məbləğində müəyyənləşdirilməlidir. Cavabdehin maddi vəziyyətini və uşaqların minimum ehtiyaclarının ödənilməsi üçün çəkilməli xərcləri nəzərə alaraq hesab edir ki, cavabdeh hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment ödəməlidir. Qanunvericiliyə əsasən Mediasiya qaydasında aralarında barışıq sazişinin əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilən halları təsdiq edərək göstərmişdir ki, o, 04 dekabr 2011-ci il tarixdə el adəti ilə toy edərək, nikahı rəsmi qeyd etdirmədən cavabdehlə ailə həyatı quraraq onunla birgə yaşamağa başlamışdır. Birgə yaşadıqları müddətdə onların 24 oktyabr 2013-cü il təvəllüdlü Vamik və 07 noyabr 2015-ci il təvəllüdlü Mirdamət adlı iki uşaqları anadan olmuşdur. O, ailə münasibətləri pozulduğu üçün cavabdehdən ayrılmışdır. Ata evinə qayıtdıqdan sonra cavabdeh uşaqlarla maraqlanmamış, onların ehtiyaclarının ödənilməsini təmin etməmişdir. Bundan başqa, iddiaçı məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, o, iddia ərizəsində hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tələb etmişdir. Hazırda o, hər ay hər uşağa görə 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment tələb edir. O, kənddə təsərrüfat işləri ilə məşğuldur, heç bir yerdə işləmir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 iddianı qismən qəbul etmiş və izahatında göstərmişdir ki, Cavabdeh onun oğludur. Oğlu Şamil cinayət törətdiyi üçün halhazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Oğlu uşaqlıqdan 263 manat pensiya alır. İddiaçı onun gəlinidir, o, iddiaçını qovmamışdır. O, uşaqları və gəlinini geri istəyir. Oğlunun hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat aliment vermək imkanı vardır. Odur ki, həmin halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək göstərmişdir ki, o, İddiaçı ayrılmış, sonuncu özü uşaqları da götürərək getmişdir. Onun xeyli kredit borcu vardır, heç bir yerdə işləmir. Buna baxmayaraq, uşaqlarına köməklik edəcəkdir. Hər uşağa görə 50 manat olmaqla iki uşağa görə 100 manat aliment verə bilər. Bundan başqa, o, məhkəmə iclaslarına gələ bilmir, ona görə də, işə onun iştirakı olmadan baxılaraq iş üzrə yekun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİİ 211393 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 24 oktyabr 2013-cü il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İ 412229 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 24 oktyabr 2013-cü ildə İddiaçı doğulmuş X4 atası hesab edilmişdir. İş materiallarında olan AZ-İİİ 651602 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 07 noyabr 2015-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İ 412228 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh 07 noyabr 2015-ci ildə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. İş materiallarında olan 28 yanvar 2022-ci il tarixli 2022-003392 sylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh, İddiaçı tərəfindən təsvir edildiyi kimi, əmlak bölgüsü və aliment tələbinə dair mübahisə üzrə 28 yanvar 2022ci il tarixində, 10:00 saatlarında keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh Vamik və Mirdamət adlı uşaqların qayğısına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay aliment tutulmalıdır. Məhkəmə tərəflərin maddi və digər vəziyyətlərini, həmçinin uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq alimentin miqdarının iddiaçının iddia ərizəsində tələb etdiyi kimi hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat məbləğində deyil, məhkəməyə təqdim etdiyi ərizəsində göstərdiyi kimi hər ay hər uşağa görə 80 (səksən) manat olmaqla, cəmi 160 (yüz altmış) manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Bundan başqa, uşağı saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Bundan başqa, məhkəmə alimentin miqdarının cavabdehin göstərdiyi kimi hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat miqdarda müəyyən edilməsini də uşaqların mənafeyi baxımından düzgün və ədalətli hesab etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi hallar qismən sübuta yetirilmişdir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan-yəni 07 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, İddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı isə 1000 manatdan artıq, lakin 10000 manatdan artıq olmamaqla 1920 manat (12 X 160=1920) təşkil edir. Bununla da, iş üzrə iddianın qiyməti 1920 manat, 1000 manatdan yuxarı iddianın qiyməti isə 920 (1920-1000=920) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 9,20 manat, cəmi isə 39.20 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-78, 100-cü maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.1987-ci ildə ünvan 1 ünvanda yaşayan Cavabdeh İddiaçı xeyrinə 24 oktyabr 2013-cü il təvəllüdlü X4 və 07 noyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşaq üçün 80 (səksən) manat, cəmi 160 (yüz altmış) manat miqdarda aliment tutulsun. Alimentin tutulması 07 fevral 2022-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Cavabdeh 39.20 (otuz doqquz manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar