Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-340/2022 13.04.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Əsədova (Babaxayeva) Alisa Saleddinovnaya və üçünсü şəxs Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı azyaşlı uşaqla ünsiyyətə edilən maneələrin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh və üçünсü şəxs Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı azyaşlı uşaqla ünsiyyətə edilən maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu X5 və cavabdeh Əsədova (Babaxayeva) Alisa Saleddinovnanın birgə nikahlarından anadan olmuş azyaşlı uşaq, 31 avqust 2014-cü il təvəllüdlü X10 ilə ünsiyyətdə olmaq hüququnun Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 26 oktyabr 2020-ci il tarixli 26 saylı qərarına uyğun, yəni hər həftənin bazar günlərində saat 10-00-dan 17-00-dək onun yaşayış ünvanında ünsiyyətdə olmaq hüququna cavabdeh Əsədova (Babaxayeva) Alisa Saleddinovna tərəfindən edilən maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, onun oğlu X11 07 fevral 2014-cü il tarixdə nikahı rəsmi qeyd etdirməklə cavabdeh Əsədova (Babaxayeva) Alisa Saleddinovna ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından onların 31 avqust 2014-cü il təvəllüdlü X10 adlı bir uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün oğlu Ramiz Əsədov və cavabdeh Alisa Əsədova (Babaxayeva) ayrılmışlar, cavabdeh azyaşlı uşağı ilə birlikdə öz valideynlərinin evinə qayıtmışdır. Qusar rayon Məhkəməsinin 13 may 2019-cu il tarixli 2(029)-618/2019 saylı qətnaməsinə əsasən onun oğlu ilə cavabdehin aralarındakı nikah pozulmuş, nikah pozulduqdan sonra azyaşlı uşaq 31 avqust 2014-cü il təvəllüdlü X10 cavabdehin himayəsində qalmışdır. Qusar rayon Məhkəməsinin 29 iyul 2019-cu il tarixli 2(029)-634/2019 saylı qətnaməsinə əsasən oğlu X5 azyaşlı uşağı X10 ilə ünsiyyətə olmaq hüququ təmin edilmişdir. O və həyat yoldaşı X7 azyaşlı Raisanın babası və nənəsi olmaqla nəvə ilə ünsiyyətdə olmaq istəyirlər. Lakin, cavabdeh valideynlərinin evinə qayıtdığı vaxtdan bəri azyaşlı uşağı öz yanında saxlayaraq onların nəvələri ilə ünsiyyətdə olmalarına, görüşmələrinə, uşağın tərbiyəsi ilə məşğul olmalarına icazə vermir. Bununla əlaqədar onlar azyaşlı nəvələri Raisa ilə ünsiyyət hüquqlarının təmin edilməsi üçün Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişlər. Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 26 oktyabr 2020-ci il tarixli 26 saylı qərarına əsasən onların, azyaşlı nəvəsi 31 avqust 2014-cü il təvəllüdlü X10 ilə ünsiyyət hüquqları məqsədə uyğun hesab edilmişdir. Həmin qərara əsasən ona və həyat yoldaşı X4 azyaşlı uşaqla ünsiyyətdə ola biləcək vaxtlar müəyyən edilmiş, cavabdehə onların azyaşlı uşaqla ünsiyyətdə olmaqlarına mane olmamaq vəzifəsi tapşırılmışdır. Lakin, cavabdeh Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının həmin qərarına məhəl qoymayaraq onların azyaşlı nəvəsi ilə ünsiyyətdə olmalarına icazə verməmiş, uşağı onlara göstərməmişdir. Bir neçə dəfə cavabdehin həyətinə gedib uşağı ondan almaq, uşaqla ünsiyyətdə olmaq istəmişlər. Lakin, cavabdeh onlara uşağı göstərməmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı müdafiə edir. Bundan başqa bildirmişdir ki, o, səhhəti ilə əlaqədar 13 aprel 2022ci il tarixə saat 14:30-a təyin olunmuş məhkəmə iclaslarına gələ bilmir. Ona görə də işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Əsədova (Babaxayeva) Alisa Saleddinovna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı qəbul edir. Belə ki, onsuz da iddiaçı uşaqla görüşür və o da, buna etiraz etmir. Odur ki, iddianın təmin edilməsinə etiraz etmir. Bundan başqa bildirmişdir ki, şəxsi işləri ilə bağlı məhkəmə iclaslarına gələ bilməyəcəkdir və işə onun iştirakı olmadan baxılaraq yekun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş, həmin Komissiyanın nümayəndəsi Əliyulla Nəcərov məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən verilmiş 26 nömrəli 26 oktyabr 2020-ci il tarixli qərarı müdafiə edir. Həmçinin, xidməti zərurət ilə əlaqədar 13 aprel 2022-ci il tarixə saat 14:30-a təyin olunmuş məhkəmə iclaslarına gələ bilmir. Ona görə də işə onun iştirakı olmadan baxılaraq müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4, 185.5 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Qusar rayon Məhkəməsinin 29 iyul 2019-cu il tarixli 2(029)-634/2019 saylı qətnaməsindən görünür ki, X5 cavabdeh X6 ilə birgə nikahlarından anadan olmuş 31 avqust 2014-cü il təvəllüdlü X10 ilə hər həftənin şənbə və bazar günləri saat 11:00-dan saat 17:00-dək iddiaçının yaşadığı Qusar rayonu Kirig kəndində ünsiyyət hüququnun təmin edilməsi qət edilmişdir. İşdə olan Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 26 oktyabr 2020-ci il tarixli 26 nömrəli qərarından görünür ki, İddiaçı və X2 öz doğma nəvələri 31 avqust 2014-cü il təvəllüdlü X10 ilə hər həftənin bazar günləri saat 10:00-dan 17:00-dək görüş günlərinin təyin edilməsi və görüş yeri ərizəçilərin yaşadıqları ünvanı da daxil olmaqla Qusar rayon ərazisinin müəyyən edilməsi, İddiaçı və X2 öz doğma nəvələri X10 ilə müəyyən edilmiş vaxtda görüşmələrinə mane olmamasının Cavabdeh tapşırılması qərara alınmışdır. İş materiallarında olan 15.11.2020-ci il tarixli İddiaçı, X7, X8 və X1 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 26 nömrəli qərarına əsasən Ə.Əfəndi və Ə. Zaidata nəvələri X10 ilə hər həftənin bazar günü saat 10:00-dan 17:00-dək görüş vaxtı müəyyən edilmişdir. Lakin, bununla əlaqədar 15 noyabr 2020-ci il tarixdə Cavabdeh nəvələri ilə görüşməyə imkan verməmişdir. İş materiallarında olan 07 yanvar 2022-ci il tarixli 2021-008348 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi, nəvəsi ilə ünsiyyət üçün edilən maneələrin aradan qaldırılması tələbinə dair irəli gələn mübahisə üzrə 01 yanvar 2022-ci il tarixində, 14:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının oğlu Ramiz Əsədov 07 fevral 2014-cü il tarixdə nikahı rəsmi qeyd etdirməklə cavabdeh Alisa Əsədova (Babaxayeva) ilə ailə həyatı qurmuş və birgə nikahlarından 31 avqust 2014-cü il təvəllüdlü X10 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrilmışlar və aralarındakı nikah pozulmuşdur. İddiaçı və onun həyat yoldaşı X14 rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək nəvələri 31 avqust 2014-cü il təvəllüdlü X10 ilə ünsiyyət hüququ təmin edilərək görüş günlərinin müəyyən edilməsini xahiş etmişlər. Qəyyumluq və Himayəçilik Komissiyasının 26 oktyabr 2020-ci il tarixli 26 nömrəli qərarına əsasən ərizənin təmin edilməsi, İddiaçı və X2 öz doğma nəvələri 31 avqust 2014-cü il təvəllüdlü X10 ilə hər həftənin bazar günləri saat 10:00-dan 17:00-dək görüş günlərinin təyin edilməsi və görüş yeri ərizəçilərin yaşadıqları ünvanı da daxil olmaqla Qusar rayon ərazisinin müəyyən edilməsi, İddiaçı və X2 öz doğma nəvələri X10 ilə müəyyən edilmiş vaxtda görüşmələrinə mane olmamasının Cavabdeh tapşırılması qərara alınmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 50.1-ci maddəsinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Həmin Məcəllənin 62.3-cü maddəsinə əsasən valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. Həmin Məcəllənin 62.4-cü maddəsinə əsasən məhkəmənin qərarına əməl etməyən valideyn Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun məsuliyyət daşıyır. Göründüyü kimi, qanunvericilikdə valideynlərdən fərqli olaraq baba və nənənin uşaqla ünsiyyət hüququnun həyata keçirilməsinin başqa qaydası müəyyən edilmişdir. Baba və nənənin uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təmin olunur. Yalnız valideynlər (onlardan biri) həmin orqanın qərarına tabe olmadığı halda uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 26 oktyabr 2020-ci il tarixli 26 nömrəli qərarı ilə İddiaçı və onun həyat yoldaşı X4 nəvələri 31 avqust 2014-cü il təvəllüdlü X10 ilə görüş vaxtı və görüş yeri təyin edilmişdir. Lakin, cavabdeh Əsədova (Babaxayeva) Alisa Saleddinovna həmin qərara tabe olmayaraq uşağın baba və nənə ilə ünsiyyətinə mane yaradır. Bu baxımdan iddia tələbi təmin edilməli, iddiaçıların öz nəvələri ilə ünsiyyətinə cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təhqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, göstərilənlərə yekun qiymət verərək, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 26 oktaybr 2020-ci il tarixli 26 nömrəli qərarı ilə İddiaçı nəvəsi 31 avqust 2014-cü il təvəllüdlü X10 ilə müəyyən edilmiş vaxtda və yerdə ünsiyyətinə cavabdeh Əsədova (Babaxayeva) Alisa Saleddinovna tərəfindən yaradılan manelər aradan qaldırılmalı, ünsiyyət hüququ bərpa edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan respubliukasının Ailə Məcəlləsinin 50, 62-ci maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 26 oktaybr 2020-ci il tarixli 26 nömrəli qərarı ilə İddiaçı nəvəsi 31 avqust 2014-cü il təvəllüdlü X10 ilə ünsiyyətinə cavabdeh Əsədova (Babaxayeva) Alisa Saleddinovna tərəfindən yaradılan maneələr aradan qaldırılsın, ünsiyyət hüququ bərpa edilsin. Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 26 oktaybr 2020-ci il tarixli 26 nömrəli qərarına uyğun olaraq İddiaçı nəvəsi 31 avqust 2014cü il təvəllüdlü X10 ilə hər həftənin bazar günləri saat 10:00-dan 17:00-dək görüş günləri təyin edilməklə görüş yeri İddiaçı yaşadığı ünvan da daxil olmaqla Qusar rayonu ərazisi müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(029)-340/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-340/2022
13.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver