Məhkəmə qərarları › İş №2(029)-341/2021

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-341/2021

19.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-341/2021 19.03.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı uşaqla ünsiyyət hüququndan istifadə ilə əlaqədar maneələrin aradan qaldırılmasına dair iddia ərizəsinə baxaraq, Müəyyən etdim: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı uşaqla ünsiyyət hüququndan istifadə ilə əlaqədar maneələrin aradan qaldırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İş materiallarından görünür ki, İddiaçı1 tərəfindən dövlət rüsumunun ödənilməsi haqqında müvafiq qəbz ərizəyə əlavə olunsa da, İddiaçı2 tərəfindən dövlət rüsumunun ödənilməsinə dair belə bir sənəd ərizəyə əlavə olunmamışdır. Beləliklə, ərizə İddiaçı2 tərəfindən qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədən məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı1 və İddiaçı2 geri qaytarılsın. İddiaçı1 və Mirzağayeva X2 izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ərizə ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək olar. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar