Məhkəmə qərarları › İş №2(029)-405/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-405/2024

13.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-405/2024 13.05.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim CəlilovƏli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə. Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan olan uşaqları 12 noyabr 2011-ci il təvəllüdlü X5, 03 iyul 2013-cü il təvəllüdlü X6, 23 fevral 2015-ci il təvəllüdlü X2, 03 fevral 2017-ci il təvəllüdlü əkiz uşaqlar X3 və X1 üçün hər ay hər uşağa görə 30 (otuz) manat olmaqla 5 uşağa görə hər ay cəmi 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq uşaqlar yetkinlik yaşlarına çatana kimi ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 22 avqust 2011-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə Cavabdeh ilə evlənmişdir. Cavabdehlə birgə nikahdan onların 12 noyabr 2011-ci il təvəllüdlü X11, 03 iyul 2013-cü il təvəllüdlü X12, 23 fevral 2015-ci il təvəllüdlü X8, 03 fevral 2017-ci il təvəllüdlü əkiz uşaqlar X9 və X10 adlı 5 uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, Cavabdeh ayrılmışdır. Qusar Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, e-2(029)-487/2023 saylı qətnaməsinə əsasən onun Cavabdeh ilə olan 22 avqust 2011-ci il tarixli nikahı pozulmuş, birgə nikahdan olan uşaqları 12 noyabr 2011-ci il təvəllüdlü X11, 03 iyul 2013-cü il təvəllüdlü X12, 23 fevral 2015-ci il təvəllüdlü X8, 03 fevral 2017-ci il təvəllüdlü əkiz uşaqlar X9 və X10 onun himayəsində saxlanılmışlar. Cavabdeh ayrıldığım vaxtdan azyaşlı uşaqlar onun himayəsindədir. Cavabdeh uşaqların saxlanmasının və tərbiyəsinin qayğısına qalmır, uşaqların maddi, məişət ehtiyaclarının ödənilməsini təmin etmir. Ona görə də uşaqların saxlanması üçün Cavabdeh onun xeyrinə aliment tutulmalıdır. Cavabdeh maddi vəziyyətini və uşaqların minimum ehtiyaclarının ödənilməsi üçün çəkilməli xərcləri nəzərə alaraq hesab edir ki, cavabdeh hər ay ona hər uşağa görə 30 (otuz) manat olmaqla 5 uşağa görə hər ay cəmi 150 (yüz əlli) manat sabit pul məbləğində aliment ödəməlidir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, iddianı müdafiə edir, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, o, işləri ilə əlaqədar xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasına gələ bilmir, iş üzrə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan e-2(029)-487/2023 saylı xx.xx.2023-cü il tarixli Qusar rayon Qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Qusar RİHB-nın Aşağı Ləyər kənd İƏ üzrə nümayəndəliyində 22 avqust 2011-cü il tarixli 14 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, 12 noyabr 2011-ci il təvəllüdlü X11, 03 iyul 2013-cü il təvəllüdlü X12, 23 fevral 2015-ci il təvəllüdlü X8, 03 fevral 2017-ci il təvəllüdlü X9 və 03 fevral 2017-ci il təvəllüdlü X10 ataları İddiaçı himayəsində saxlanılsınlar və həmin uşaqların yaşayış yeri kimi İddiaçı yaşayış yerinin müəyyən edilməsi qət edilmişdir. İşdə olan AZ-İ 472646 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh aralarında olan nikah xx.xx.2021-ci il tarixdə Qusar rayon Qeydiyyat şöbəsində pozulmuşdur. İşdə olan AZ-İİ 782281 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 12 noyabr 2011-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası X7. İşdə olan AZ-İİİ153971saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1203 iyul 2013-cü il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası X7. İşdə olan AZ-İİİ 493797 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 23 fevral 2015-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası X7. İşdə olan AZ-İİİ 911516 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 03 fevral 2017-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İşdə olan AZ-İİİ 911515 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 03 fevral 2017-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manatməbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh öz uşaqları Sara, İlham, Zərifə, Məryəm və Marta adlı uşaqların qayğısına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aliment tutulmalıdır. Məhkəmə tərəflərin maddi və digər vəziyyətlərini, həmçinin uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq alimentin miqdarının sabit pul məbləğində iddiaçının tələb etdiyi kimi hər ay hər uşaq üçün 30 (otuz) manat məbləğində deyil, hər ay hər uşaq üçün 20 (iyirmi) manat məbləğində olmaqla, ümumilikdə 100 (yüz) manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Bundan başqa, uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı tələblərinin əsası kimi istinad etdiyi hallar qismən sübuta yetirmişdir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan-yəni 14 mart 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, İddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı isə 1000 manatdan artıq, lakin 10000 manatdan artıq olmamaqla 1200 manat (12 X 100=1200) təşkil edir. Bununla da, iş üzrə iddianın qiyməti 1200 manat, 1000 manatdan yuxarı iddianın qiyməti isə 200 (1200-1000=200) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 2 (iki) manat, cəmi isə 32 (otuz iki) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə aliment hissəsində dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-78, 100-cü maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təminedilsin. xx xxxxx 1987-ci ildə Rusiya Federasiyasının Saratov vilayətinin Balakovskiy rayonunda anadan olmuş, ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşayan Cavabdeh İddiaçı xeyrinə 12 noyabr 2011-ci il təvəllüdlü X5, 03 iyul 2013-cü il təvəllüdlü X6, 23 fevral 2015-ci il təvəllüdlü X2, 03 fevral 2017-ci il təvəllüdlü X3 və 03 fevral 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün sabit pul məbləğində hər ay hər uşaq üçün 20 (iyirmi) manat olmaqla, ümumilikdə 100 (üç) manat sabir pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması 14 mart 2024-cü il tarixdən hesablansın. Cavabdeh 32 (otuz iki) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar