Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-408/2022 20.04.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən birgə nikahlarından anadan olan uşaqları, 28 fevral 2006-cı il təvəllüdlü X4 və 01 iyun 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi baxılıb saxlanmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 04 may 2005-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə cavabdehlə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 28 fevral 2006-cı il təvəllüdlü X6 və 01 iyun 2019-cu il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. O, ailə münasibətləri pozulduğu üçün cavabdehdən ayrılmışdır. Qusar rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(029)-303/2021 saylı qətnaməsinə əsasən aralarındakı nikah pozulmuş, azyaşlı uşaqlar onun himayəsində saxlanmışdır. Cavabdehlə ayrıldığı vaxtdan azyaşlı uşaqlar onun himayəsindədir. Cavabdeh uşaqların saxlanması və tərbiyəsinin qayğısını çəkməmiş, uşaqların maddi, məişət ehtiyaclarının ödənilməsini təmin etməmiş, ona uşaqların saxlanması üçün heç bir köməklik göstərməmişdir. Buna görə də azyaşlı uşaqların saxlanılmaları üçün cavabdehdən onun xeyrinə aliment tutulmalıdır. Cavabdehin maddi vəziyyətini və uşaqların minimum ehtiyaclarının ödənilməsi üçün çəkilməli xərcləri nəzərə alaraq hesab edir ki, cavabdeh hər ay hər uşağa görə 193 manat, cəmi olaraq 386 manat sabit pul məbləğində aliment ödəməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilən halları təsdiq edərək göstərmişdir ki, Qusar rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(029)-303/2021 saylı qətnaməsinə əsasən tərəflər arasındakı nikah pozulmuş, azyaşlı uşaqlar iddiaçının himayəsində saxlanmışdır. Uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 manat aliment tələb edir. İddiaçı Moskva şəhərində işləyir, maddi vəziyyəti pisdir, uşaqların saxlanmasında çətinlik çəkir. Cavabdehin gəlirləri barədə məlumatı yoxdur. İddiaçı cavabdehdən ayrıldıqdan sonra yeni ailə həyatı qurmamışdır. İddiaçının cavabdehdən aliment tələb etməyinin əsas səbəbi isə tərəflərin birgə yaşadıqları müddətdə əldə olunmuş evin iddiaçıya saxlanması, cavabdehə isə bunun əvəzində pul verilməsidir. Əgər cavabdeh evin iddiaçıya qalmasına razı olsa, alimentdən imtina ediləcəkdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, iddiaçıdan ayrıldıqdan sonra valideynlərinin evində qalır. Valideynlərinin hər ikisi pensiya alır, lakin o, heç bir yerdə işləmir. Valideynlərinin nə qədər pensiya aldığını bilmir. İddiaçı ilə birgə nikahlarından anadan olmuş uşaqlar hazırda iddiaçının himayəsindədirlər. O, istədiyi vaxt uşaqlarla əlaqə saxlayır və onları görür. Heç bir yerdə işləmədiyinə görə aliment verməyəcəkdir. Bundan başqa, birgə nikah dövründə əldə edilmiş yaşayış evindəki paydan imtina etməsi üçün iddiaçı tərəfdən ona 6000 manat pul təklif edilmiş, lakin o, həmin puldan imtina etmiş, həmin evdən öz payını tələb etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 fevral 2022-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı ilə X2 nikahları 04.05.2005-ci il tarixdə Qusar rayonu Həzrə kənd İƏ nümayəndəliyində 09 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 fevral 2022-ci il tarixli arayışdan görünür ki, X6 28 fevral 2006-cı ildə anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 fevral 2022-ci il tarixli arayışdan görünür ki, X3 01 iyun 2009-cu ildə anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İşdə olan 25 fevral 2022-ci il tarixli 2022-14340 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilinməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh 25.02.2022-ci il tarixdə, 14:00-14:45 saatlarında keçirilən (aliment tələbinə dair) ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İşdə olan Qusar rayon məhkəməsinin 22.09.2021-ci il tarixli 2(029)-303/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Qusar rayon İHB-nın Həzrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 04 may 2005-ci il tarixli 09 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 28 fevral 2006-cı il təvəllüdlü X6 və 01 iyun 2009-cu il təvəllüdlü X3 ataları İddiaçı himayəsində saxlanılmaları və həmin uşaqların yaşayış yerləri kimi İddiaçı yaşayış yerinin müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı ilə birgə nikahlarından anadan olmuş Ayşa və Ağaməhəmməd adlı uşaqların qayğısına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay aliment tutulmalıdır. Məhkəmə tərəflərin maddi və digər vəziyyətlərini, həmçinin uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq alimentin miqdarının sabit pul məbləğində iddiaçının tələb etdiyi kimi hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat məbləğində deyil, 80 (səksən) manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, hazırkı halda həmin şəxsin tələb etdiyi miqdarda alimentin Cavabdeh ödəmək iqtidarında olması öz təsdiqini tapmamış, onun hər hansı konkret gəlirlərinin olması məhkəmə tərəfindən müəyyən olunmamış, bu barədə iddiaçı tərəf məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda alimentin miqdarının iddiaçının tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz. Bundan başqa, uşaqları saxlamaq yalnız ananın deyil, həm də atanın vəzifəsi olduğundan ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız anadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi hallar qismən sübuta yetirilmişdir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan-yəni 05 mart 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, İddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı isə 1000 manatdan artıq, lakin 10000 manatdan artıq olmamaqla 1920 manat (12 X 160=1920) təşkil edir. Bununla da, iş üzrə iddianın qiyməti 1920 manat, 1000 manatdan yuxarı iddianın qiyməti isə 920 (1920-1000=920) manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 30 (otuz) manat və 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi-yəni 9,20 manat, cəmi isə 39.20 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-78, 100-cü maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.1982-ci ildə Qusar rayonu Ləcət kəndində anadan olmuş, həmin kənddə yaşayan Cavabdeh İddiaçı xeyrinə 28 fevral 2006-cı il təvəllüdlü X4 və 01 iyun 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşaq üçün 80 (səksən) manat, cəmi 160 (yüz altmış) manat miqdarda aliment tutulsun. Alimentin tutulması 05 mart 2022-ci il tarixdən hesablansın. Cavabdeh 39.20 (otuz doqquz manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-408/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-408/2022
20.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver