Məhkəmə qərarları › İş №2(029)-413/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-413/2025

20.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-413/2025 20.05.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 ilə birgə yaşadıqları müddətdə anadan olmuş uşaqları xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün X4 atası yəni uşaqların babası Cavabdeh hər ay hər uşağa görə 246 (iki yüz qırx altı) manat olmaqla, ümumilikdə iki uşağa görə cəmi 492 (dörd yüz doqsan iki) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.2012-ci il tarixdə el adəti ilə toy etdirməklə nikahı rəsmi qeyd etdirmədən cavabdeh X7 ilə evlənərək onunla birgə yaşamağa başlamışdır. Birgə yaşadıqları müddətdə onların xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X6 adlarında övladları anadan olmuşdur. Artıq bir müddətdir ki, ailə münasibətləri pozulduğu üçün cavabdehdən ayrılmış və xx.xx.2022-ci il tarixdən bu günə kimi ata evində yaşayır. Cavabdehdən ayrıldığı vaxtdan azyaşlı uşaqları 09 avqust 2017-ci il təvəllüdlü X5 və 16 may 2019-cu il təvəllüdlü X6 onun himayəsində qalmışdırlar. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli,2(029)- 185/2023 saylı qətnaməsinə əsasən cavabdeh X3 azyaşlı uşaqların saxlanılmaları üçün hər ay hər uşağa görə 193 (bir yüz doqsan üç) manat,cəmi 386( üç yüz səksən altı) manat sabit pul məbləği miqdarında alimentin tutulması qət edilmişdir. Amma cavabdeh X1 rayon Məhkəməsinin xx.xx.2023-cii il tarixli,2(029)-185/2023 saylı qətnaməsini bu günə kimi icra etməmişdir. Buna görə də azyaşlı uşaqların saxlanılması və məişət ehtiyacların ödənilməsi üçün cavabdeh X4 atası Cavabdeh onun xeyrinə aliment tutulmalı, aliment hər ay ödənilən sabit pul məbləğində müəyyənləşdirilməlidir. Cavabdeh maddi vəziyyətini və uşaqların minimum ehtiyaclarının ödənilməsi üçün çəkilməli xərcləri nəzərə alaraq hesab edir ki, cavabdeh hər ay hər uşağa görə 246 (iki yüz qırx altı) manat olmaqla ümumilikdə iki uşağa görə cəmi 492 (dörd yüz doqsan iki) manat,sabit pul məbləğində aliment ödəməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, işə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia rədd olunmalıdır. Belə ki, işdə olan 16 fevral 2023-cü il tarixli 2(029)-185/2023 saylı Qusar rayon Məhkəməsinin qətnaməsindən görünür ki, cavabdeh X3 İddiaçı xeyrinə 09 avqust 2017-ci il təvəllüdlü X5 və 16 may 2019-cu il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşlarına saxlanmaları üçün sabit pul məbləğində hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat miqdarda aliment tutulması qət edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. "Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə, aşağıdakı əsaslara görə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Yəni, maddənin dispozitiv şərtlərinə əsasən, sözügedən hüquq özünün hər iki valideynindən yardım ala bilməyən uşaqlara şamil edilir. Hazırki mülki iş üzrə isə uşaqlar iddiaçı, yəni analarının yanında yaşayırlar. İddia tələbini isə məhz ana irəli sürmüşdür. Uşağı saxlamaq hər iki valideynin borcudur, birinin digərinə nisbətən üstünlük hüququ və ya əlavə mükəlləfiyyətinin müəyyən edilməsi qanunla qadağandır. Valideynlər sağ olduğu hallarda uşaqları saxlamaq öhdəliyinin yaşlı nənə və babanın üzərinə qoyulması dərindən təhlil edilməlidir. Məhkəmə, iddiaçının dəlilləri ilə razılaşmayaraq hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar