Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-424/2023 13.06.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili X5 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Quba regional “Asan Xidmət” mərkəzində Notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız sayılaraq ləğv olunması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh və üçüncü şəxs Quba regional “Asan Xidmət” mərkəzində Notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız sayılaraq ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən daşınmaz əmlakın reyestr nömrəsi **********-093001, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan Çıxarışla xüsusi mülkiyyət hüququ ilə İddiaçı xüsusi mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən 49,7 kv.metrdən ibarət mənzilin Cavabdeh hədiyyə verilməsinə dair Quba regional “ASAN Xidmət” mərkəzində bağlanmış, reyestrdə 4Ə-87 № ilə qeydə alınmış 17 yanvar 2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi etibarsız sayılaraq ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X8 məhkəməyə iddia ərizəsinə əlavə ilə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia həcminin artırılması zərurəti yaramışdır. Belə ki, hazırkı mülki iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi Üçüncü şəxs qismində işə cəlb olunsun,iş üzrə ilkin iddia ərizəsinin əsaslandırma hissəsi olduğu kimi saxlanılmaqla iddia tələbi artırılsın və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən daşınmaz əmlakın reyestr nömrəsi **********-093001, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan Çıxarışla xüsusi mülkiyyət hüququ ilə İddiaçı xüsusi mülkiyyətindəki ünvan 2 ünvanda yerləşən 49,7 kv.metrdən ibarət mənzilin Cavabdeh hədiyyə verilməsinə dair Quba regional “ASAN Xidmət” mərkəzində bağlanmış, reyestrdə 4Ə-87 № ilə qeydə alınmış 17 yanvar 2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi və ünvan 3 ünvanda yerləşən 49,7 kv.metrdən ibarət mənzilin xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyata alınmasına dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən daşınmaz əmlakın reyestr nömrəsi 30**********-05101-093001, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Çıxarış etibarsız sayılaraq ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.1951-ci il tarixdə Qusar rayonun Hil kəndində anadan olmaqla, hazırda əmək pensiyaçısıdır və uzun müddətdir ki, mülkiyyətindəki ünvan 4 ünvanda yerləşən evində pasport qeydiyyatında olmaqla yaşayır. Həyat yoldaşı X9 1986-cı ildə ildə vəfat etmiş, balaca qızı X15 da 2020-ci ildə onkoloji xəstəlikdən vəfat etmiş və həmin vaxt ona məxsus olan, hazırda yaşadığı ev də vərəsəlik əsasında onun mülkiyyətinə keçmiş, hazırda yaşayan, yeganə övladı qızı X16r ki, o, da Rusiya Federasiyasının vətəndaşı olmaqla Tolyatti şəhərində yaşayır.Vəfat etmiş qızı X6 vərəsəlik əsasında mülkiyyətinə keçən ünvan 2 ünvanda yerləşən 49,7 kv.metrdən ibarət mənzil də DƏRDX-nin Xaçmaz ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, reyestr nömrəsi **********-093001, qeydiyyat nömrəsi ********** olan Çıxarış əsasında onun adına dövlət qeydiyyatına alınmışdır.Hazırkı iş üzrə Cavabdeh onun atabir, ana ayrı qardaşının qızıdır və Bakı şəhərində qeydiyyatda olub yaşamaqla bərabər, onun Qusar şəhərində də şəxsi həyət evi var və istirahət, bayram günlərində, eləcə də yay aylarında Qusarda olur.2022-ci ilin dekabr ayında özünü pis hiss etdiyinə görə Qusar şəhərində yerləşən “OKİ” klinikasına getmiş və orada işləyən, çoxdan tanıdığı ginekoloq Tamara həkim onu müayinə edərək bildirdi ki, təcili olaraq Bakı şəhərinə Onkologiya Mərkəzinə müayinəyə getməlidir. Eləcə də məsləhət gördü ki, onun da yaxından tanıdığı qardaşının qızı Cavabdeh çoxlu, eləcə də həmin Xəstəxanada tanışları var və Bakı Onkologiya Mərkəzinə də onunla getsin.Ona görə də o, eləcə də Tolyatti şəhərində yaşayan qızı X1 Zamiraya telefonla zəng vurub xahiş etmişdir ki, bu məsələdə ona kömək etsin. Sonra da Cavabdeh onu Bakı Milli Onkologiya Mərkəzinə apardı və orada müayinədən keçərək xx.xx.2022-ci il tarixdə ona “Uşaqlıq boynunun dəqiqləşdirilməmiş hissəsinin bədxassəli yeni törəməsi xəstəliyi” diaqnozu qoyuldu.Sonrakı günlərin bayramlara düşməsi ilə əlaqədar ona bildirilmişdir ki, 2023-cü ilin ilk iş günü olan yanvarın 5-də həmin xəstəxanaya gəlib təcili müalicəyə başlasın. Ona görə də Qusar şəhərinə qayıtmış və 05 yanvar 2023-cü il tarixdə də Cavabdeh ilə Bakı Milli Onkologiya Mərkəzinə gedib müalicəyə başlamışdır, yanvarın 12-dən başlanaraq kimya terapiya, şüa vermə və iynələrin vurulması kimi müxtəlif müalicələr qəbul etmişdir. Lakin xəstəxanada gecələr qalmağa yer olmadığına görə 25 yanvar 2023-cü il tarixə kimi hər gün gündüzlər müalicə qəbul edib, gecələr yatmaq üçün Cavabdeh evinə getmişdir. Cavabdeh onun xəstəxanaya gedib-gəlməyinə köməklik etmiş və yanvarın 25-nə kimi gecələr onun evində qalmışdır, sonra da stasionar qaydada xx.xx.2023- cü il tarixə kimi həmin xəstəxanada yatmaqla müalicə almışdır. Müalicə ilə əlaqədar bütün xərcləri, eləcə də nəqliyyat xərclərini də Tolyattidə yaşayan qızı X18 çəkmişdir.Qəflətən aşkar edilmiş onkoloji xəstəliklə əlaqədar özünü itirmiş, demək olar ki, şok vəziyyətdə idi və qardaşının qızı Cavabdeh başqa ümid edəcək heç bir yaxını yox idi.2023-cü ilin yanvar ayının 5-dən başlanaraq Bakı Milli Onkologiya Mərkəzində müalicə alıb qardaşı qızının evində qaldığı vaxtlarda, Cavabdeh ona demişdir ki, Qusar şəhərində yaşadığı evi ona verməlidir, əks halda müalicə vaxtı onun onun evində qalmağına imkan verməyəcək və xəstəxanaya aparmayacaq, müalicəsinə də heç bir köməklik etməyəcəkdir. O, da əli heç yana çatmadığına görə çarəsizlikdən və xəstəlikdən ölü qorxusundan razılaşmışdır.Cavabdeh 16 yanvar 2023-cü il tarixdə xəstəxanada müalicə qəbul etdikdən sonra onu birbaşa Qusara gətirmiş və gecəni evində qaldılar.Cavabdeh evə dair Çıxarış və digər bütün sənədləri ondan götürmüş, Şəxsiyyət vəsiqəsi də əvvəlcədən onda idi.17 yanvar 2023-cü il tarixdə də onu Quba şəhərində yerləşən “ASAN Xidmət” mərkəzinə apardı və mülkiyyətindəki ünvan 4 ünvanda yerləşən evini ona, yəni Cavabdeh bağışlamağına dair müqavilə bağlatdırıb ona imza etdirmiş və həmin gün də Bakı şəhərinə qayıdıb müalicəsini davam etdirmiş, yanvarın 25-dən martın 3-nə kimi də stasionar qaydada həmin xəstəxanada müalicədə olunmuşdur.Bunlardan xəbər tutan Tolyattidə yaşayan qızı X18 12 fevral 2023-cü il tarixdə Azərbaycana gəlmiş və gündüz vaxtlarında mütəmadi olaraq Bakıda xəstəxanaxında onun yanında olmuşdur. Onun qeydiyyata alınması ilə əlaqədar evin sənədlərini və şəxsiyyət vəsiqəsini istədikdə isə Cavabdeh onları verməkdən imtina etmişdir, qızı yanından çıxıb gedəndən sonra da Zamira axşamlar xəstəxanaya yanına gələrək ona psixoloji təsirlər etməyə başlamış və evi qızına verməməyini-tələb edərək demişdir ki, “onsuz da Arzu Rusiyaya qayıdacaq, yenə də Zamirəyə möhtac qalacaqsan”. Nəhayət fevralın 13-14 tarixlərdə cavabdeh Qusardakı evinin açarlarını onlara verdi, Şəxsiyyət vəsiqəsini və digər sənədləri isə qaytarmaqdan imtina etdi. Ona görə də qızı Arzu məcbur qalıb Qusarda başqa ünvana qeydiyyata düşdü və evin qıfılını da dəyişdirdi.Mart ayının 3-də xəstəxanadan çıxdıqdan sonra qızı Arzu ilə Qusara qayıtmışlar, məcbur qalıb Şəxsiyyət vəsiqəsinin itirilməsi barədə polis şöbəsinə ərizə yazaraq yeni Şəxsiyyət vəsiqəsi almış, 29 mart 2023-cü il tarixdə də Quba şəhərində yerləşən “ASAN Xidmət” mərkəzinə gedərək 17 yanvar 2023-cü il tarixli Bağışlama müqaviləsinin təsdiq olunmuş surətini götürmüş və Cavabdeh ilə əlaqə saxlayıb həmin müqavilənin ləğv olunmasına çalışsa da bir nəticəsi olmamış və qızı Arzu Azərbaycana gələndən sonra Cavabdeh onunla əlaqə saxlamaqdan imtina etmiş, hazırda da telefon zənglərinə cavab verməyərək onunla əlaqədən yayınır.Hazırda da qızı X18 ilə birlikdə ünvan 4 ünvanda yerləşən evində yaşayır.Və nəticədə də ona məlum olmuşdur ki, Cavabdeh ünvan 4 ünvanda yerləşən evini öz adına keçirib Çıxarış alaraq təcili satmaq, onu da evdən çıxartdırıb çölə atmaq istəyir. Halbuki, həmin ev onun yeganə yaşayış yeridir və başqa qalacaq yeri də yoxdur.Göründüyü kimi, Cavabdeh onun tənha vəziyyətdə qalıb onkoloji xəstəliyə tutularaq ağır vəziyyətə düşməyindən istifadə edərək, yeganə yaşayış yeri olan ünvan 4 ünvanda yerləşən evinin ona bağışlamağı barədə Quba şəhərində yerləşən “ASAN Xidmət” mərkəzində 17 yanvar 2023-cü il tarixli, 4Ə-87 qeydiyyat nömrəli Daşınmaz Əmlakın Bağışlaması müqaviləsini bağlatdıraraq ona imza etdirmiş və bununla yeganə yaşayış yerindən məhrum olmaqla onun özü üçün son dərəcə əlverişsiz şərtlərlə nəticələnən müqavilə, yəni ağır şərtli əqd bağlamağa məcbur olmuşdur. Ona görə də Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən daşınmaz əmlakın reyestr nömrəsi **********- 093001, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan Çıxarışla xüsusi mülkiyyət hüququ ilə İddiaçı xüsusi mülkiyyətindəki ünvan 7 ünvanda yerləşən 49,7 kv.metrdən ibarət mənzilin Cavabdeh hədiyyə verilməsinə dair Quba regional “ASAN Xidmət”mərkəzində bağlanmış reyestrdə 4Ə-87 № ilə qeydə alınmış 17 yanvar 2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi etibarsız sayılaraq ləğv edilməlidir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddiaçının iddiası əsassızdır, təmin edilə bilməz.İddia ərizəsində qeyd edilmiş faktlar həqiqətə uyğun deyildir, iddia ərizəsində olan faktlar tam təhrif olunmuş və qeyri peşəkar yanaşma ilə tərtib edilmişdir.İddia ərizəsində qeyd edilmişdir ki, “2022-ci ilin dekabr ayında özünü pis hiss etdiyinə görə Qusar şəhərində yerləşən “OKİ” klinikasına getmiş və orada işləyən, çoxdan tanıdığı ginekoloq Tamara həkim onu müayinə edərək bildirmişdir ki, təcili olaraq Bakı şəhərinə Onkologiya Mərkəzinə müayinəyə getməlidir. Eləcə də məsləhət gördü ki, onun da yaxın tanıdığı qardaşı qızı Abdullayevə Zamiranın çoxlu, eləcə də həmin Xəstəxanada tanışları var və Bakı Onkologiya Mərkəzinə də onunla getsin”.Bu bənddə qeyd edilmişdir ki, onun hər yerdə tanışları var. O, bu halı qətiyən qəbul etmir. Özü qazi yoldaşıdır ölkədə olan bütün orqan və müəssisələrdə şəhid və qazi ailələrini hörmətlə qarşılayır və xüsusi qayğı göstərilir. Bibisi İddiaçı özü Bakı Onkologiya Mərkəzinə aparmışdır. Onun müalicəsi üçün bütün xərcləri özü çəkmişdir. Onun orada tanışlarının olması hamısı yalandır.İddia ərizəsində qeyd edilmişdir ki, “ona görə də o, eləcə də Tolyatti şəhərində yaşayan qızı X2 Zamiraya telefonla zəng vurub xahiş etdik ki, bu məsələdə ona kömək etsin. Sonra da Abdullayevə Zamira onu Bakı Milli Onkologiya Mərkəzinə apardı və orada müayinədən keçərək xx.xx.2022-ci il tarixdə ona “Uşaqlıq boynunun dəqiqləşdirilməmiş hissəsinin bədxassəli yenitörəməsi xəstəliyi” diaqnozu qoyulmuşdur”.Bu bənddə göstərilmişdir ki, X18 ondan xahiş etmişdir. Belə bir əlavə etmək istəyir ki, iddiaçı ondan xahiş etmişdir. Bibisi qızı X18 “Sənin yaşın çoxdur, sənin xəstəxanada nə işin var demişdir”. O özü, bibisi qızı X17 anasının xəstəliyi barəsində xəbər vermişdir.İddia ərizəsində qeyd edilmişdir ki, “sonrakı günlərin bayramlara düşməsi ilə əlaqədar ona bildirilmişdir ki, 2023-cü ilin ilk iş günü olan yanvarın 5-də həmin xəstəxanaya gəlib təcili müalicəyə başlamalıdır. Ona görə də Qusar şəhərinə qayıtmış və 05 yanvar 2023-cü il tarixdə də cavabdeh X7 ilə Bakı Milli Onkologiya Mərkəzinə gedib müalicəyə başlamış, yanvarın 12-dən başlanaraq kimya terapiya, şüa vermə və iynələrin vurulması kimi müxtəlif müalicələr qəbul etmişdir. Lakin xəstəxanada gecələr qalmağa yer olmadığına-görə 25 yanvar 2023-cü il tarixə kimi hər gün gündüzlər müalicə qəbul edib, gecələr yatmaq üçün X4 evinə gəlmişdir. X7 onun xəstəxanaya gedib-gəlməyinə köməklik etmiş və yanvarın 25-nə kimi gecələr onun evində qalmış, sonra da stasionar qaydada xx.xx.2023- cü il tarixə kimi həmin xəstəxanada yatmaqla müalicə almışdır. Müalicə ilə əlaqədar bütün xərcləri, eləcə də nəqliyyat xərclərini də Tolyattidə yaşayan qızı X18 çəkmişdir”.Bu bənddə qeyd edilənlər də həqiqəti əks etdirmir belə ki, müalicənin edilməsi, xərclərin çəkilməsi iddiaçının qızı X10 çəkdiyi qeyd edilmişdir. X18 heç bir xərc çəkməmiş, həmin vaxt o, Rusiya federasiyasında olmuş, o özü, bütün xərcləri təkbaşına çəkmişdir. Qidalanması, yol və müalicə xərclərini hamısını özü çəkmişdir. Özü dəfələrlə X17 müalicə xərclərinə kömək et deyəndə, ona pulunun olmadığını, evi satıb müalicə etsin demişdir. Əgər qızı X10 xərc çəkdiyini sübut edə biləcək hər hansı pul köçürməsi və ya qəbzi varsa məhkəməyə təqdim edilməsini və sübut kimi tanınmasını xahiş etmişdir.İddia ərizəsində qeyd edilmişdir ki, “qəflətən aşkar edilmiş onkoloji xəstəliklə əlaqədar özünü itirmiş, demək olar ki, şok vəziyyətdə olmuş və qardaşı qızı Abdullayevə Zamiradan başqa ümid edəcək heç bir yaxını yox idi.Bu bənddə son ümid yeri kimi onu göstərsə də, iddiaçının öz qızı X18 və digər yaxın qohumları da vardır, iddia ərizəsində qeyd edilmişdir ki, bütün xərclər X18 tərəfindən ödənilmişdir. Lakin, bu bəddə iddiaçının yeganə ümid yerinin onun olduğunu qeyd edir”. İddia ərizəsində olan bəndlər bir birini təkzib edir. İddia ərizəsində qeyd edilmişdir ki, “2023-cü ilin yanvar ayının 5-dən başlanaraq Bakı Milli Onkologiya Mərkəzində müalicə alıb qardaşı qızının evində qaldığı vaxtlarda, X7 ona demişdir ki, Qusar şəhərində yaşadığı evi ona verməlidir, əks halda müalicə vaxtı onun evində qalmağına imkan verməyəcək və xəstəxanaya aparmayacaq, müalicəsinə də heç bir köməklik etməyəcəkdir. Onun da əli heç yana çatmadığına görə çarəsizlikdən və xəstəlikdən ölüm qorxusundan razılaşmışdır”.Bu bəddə qeyd edilənlər hər biri böhtandır. Bibisi İddiaçı özü evini oğluna bağışlayacağını bildirmişdir. O, iddiaçıya heç bir fiziki və pisixi təsir etməmişdir. Bibisinin ona evinin verəcəyini təklif edəcəyinə qədər heç bir məlumatı olmamışdır. O yox bibisi İddiaçı evini oğluna hədiyə edəcəyini demişdir.İddia ərizəsində qeyd edilmişdir ki, “cavabdeh X3 şəhəri, Zərifə Əliyeva (keçmiş Muxtadır) küçəsi, bina-92A, mənzil-11 ünvanda yerləşən evini öz adına keçirib Çıxarış alaraq təcili satmaq, onu da evdən çıxartdırıb çölə atmaq istəyir. Halbuki, həmin ev onun yeganə yaşayış yeridir və başqa qalacaq yeri də yoxdur. Cavabdeh X7 onun tənha vəziyyətdə qalıb onkoloji xəstəliyə tutularaq ağır vəziyyətə düşməyindən istifadə edərək, yeganə yaşayış yeri olan ünvan 4 ünvanda yerləşən evinin ona bağışlamağı barədə Quba şəhərində yerləşən “ASAN Xidmət” mərkəzində 17 yanvar 2023-cü il tarixli, 4Ə-87 qeydiyyat nömrəli Daşınmaz Əmlakın Bağışlaması müqaviləsini bağlatdıraraq ona imza etdirmiş və bununla yeganə yaşayış yerindən məhrum olmaqla onun özü üçün son dərəcə əlverişsiz şərtlərlə nəticələnən müqavilə, yəni ağır şərtli əqd bağlamağa məcbur olmuşdur.Bu bəndlərdə qeyd edilən heç bir hal doğru deyildir”. Onun evdən heç kimi evdən qovmaq fikri yoxdur. Bibisi hazırda ona hədiyə edilmiş evdə yaşayır. O, heç kimi zorla Quba şəhərində yerləşən “ASAN Xidmət”mərkəzinə aparmamışdır. Özü könüllü olaraq evini ona hədiyə verib. O, evi satmaq fikrində olmamış və bundan sonrada belə bir fikri yoxdur. Bibisi yaşadığı müddətdə onun evində yaşayıb sakit həyat sürəcəkdir. İddiaçı iddiasının əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X8 məhkəmə iclasında iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi İddiaçı, xx.xx.2023-cü il tarixdə, xəstəliyi ilə bağlı özünü narahat hiss etmiş və Qusar rayon xəstəxanasına getmişdir. Qızı Rusiya vətəndaşıdır, bir nəfər vərəsi var. O da Rusiyada yaşadığına görə yeganə ümid yeri ögey qardaşı qızı olub. Ona müraciət edərək köməklik göstərmiş, onkoloji xəstəxanaya getmişlər. Orada yanvar ayının beşindən mart ayının üçünə qədər olan tarixdə müalicə almışdır. Müalicə ərəfəsində 17 yanvar 2023-cü il tarixdə Zamira xanımla Quba rayon Asan Xidmətinə gəlmişlər və bağışlama müqaviləsi bağlamışlar. İddiaçı, xərçəng xəstəsi olduğundan, təbii olaraq müxtəlif kimyaterapiya aldığından özündə olmamış və həmin ərəfədə necə olubsa, iddiaçının dediyinə görə aldanaraq Quba rayon Asan Xidmətə gəlib bağışlama müqaviləsi bağlamışdır. Buna görə də iddiası və tələbi budur ki, bağışlanma müqaviləsi ləğv olunsun. Bağışlama müqaviləsi 17 yanvar 2023-cü ildə İddiaçı və Cavabdeh arasında bağlanıb. Bağışlama müqaviləsi bağlanılarkən müqavilədə hər hansı şərt qoyulmayıb. Bağışlanma müqaviləsi yazılı Notarial qaydada bağlanılıb. Müqavilənin ləğvi üçün əsas ondan ibarətdir ki, Mülki Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Şəxsin xərçəng xəstəliyi olması, bundan ağır vəziyyət mümkün deyil. Mülki Məcəllənin 339.6-cı maddəsinə əsasən Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.Həmin Məcəllənin 673.2.2-ci maddəsinə əsasən, vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə bağışlamaqdan imtina edə bilər. Bu maddədən o, bunu başa düşür ki, şəxsin yeganə yaşayış yeridir. Onu bağışlaması məntiqsiz olardı, bəs özü harada yaşayacaq? Ağlı başında olan adam, öz yeganə əmlakını kiməsə bağışlamaz. Özü də öz övladı yox başqa bir adama. Düşünür burada anlaşılmazlıq olub. Xəstə olub, özündə deyil, indi də ləğv etmək istəyir. Bağışlanma müqaviləsi imzalandıqdan sonra Zamira xanım, qapını bağlayıb, şəxsiyyət vəsiqəsini götürüb ki, Raziyə xanım müqaviləni ləğv etmək üçün Notariusa getməsin. Raziyə xanım Rusiyadan gəldikdən sonra şəxsiyyət vəsiqəsini istəyib Zamira xanım da verməyib . Narahat olub ki, birdən bağışlanma müqaviləsini ləğv edər. Dərhal Reyestr Xidmətinə verib ki, çıxarış öz adına qeyd olunsun. Xanım da məcbur olub anasının vəsiqəsini itmiş elan etsin, halbuki vəsiqə Zamira xanımda olmuşdur. Raziyə xanım müalicə aldıqdan sonra biraz özünə gəlib, dərhal qızına zəng edib, qızı Rusiyadan gəlib. Evə daxil olmaq istəyəndə qapı bağlı olub. Sonra Raziyə xanımın yavaş-yavaş yadına düşüb ki, Quba şəhəri Asan Xidmətə gediblər. Daha sonra isə Notariusa müqavilənin ləğvi ilə bağlı müraciət ediblər. Raziyə xanıma evin bağışlanması, hardasa fevral ayında məlum olmuşdur. Raziyə xanım xərçəng xəstəliyindən müalicə olunur. Xərçəng xəstəliyinin 2-ci mərhələsi. Bu mərhələdə xəstə özünü idarə etmək qabiliyyətində olmur. Kimyaterapiya aldığından öz əməlini dərketmə qabiliyyətində olmayıb. Bundan sonra qızı ilə əlaqə saxlayaraq, bildirib ki onda xərçəng xəstəliyi aşkar edilib. Qızı da dərhal Azərbaycana gəlib. Raziyə xanım da xəstəxanada olduğu ərəfədə, Zamira xanım onu aldadaraq, təzyiq göstərib, “sənə baxmayacam” deyib, aparıb Notariusda bağışlama müqaviləsinə qol çəkdirib. Odur ki, bağışlama müqaviləsinin ləğv olunması və İddiaçı yeganə yaşayış evi özünə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında onun nümayəndəsi və vəkilinin dediklərini təsdiq etmiş və bildirmişdir ki, bağışlanma müqaviləsi imzalanan zaman psixi və fiziki təsir olub. Həmin təsirləri cavabdeh edib. Cavabdeh ona demişdir ki, imza et. Cavabdeh ona başqa heç nə etməmişdir, özü könüllü şəkildə bağışlanma müqaviləsinə imza etmişdir. O, cavabdehlə bağışlama müqaviləsini bağlamağa birlikdə getmişdir. Birlikdə Notariat orqanına getmişlər. Notarius orada onlara sorğu-sual etməmişdir. O, ona göstərilən yerlərə imza etmişdir. Asan Xidmətdə Notariat orqanının əməkdaşı olmuşdur. Ona hüquq və vəzifələr izah olunmamışdır. Onun bir övladı var, o da RF-da yaşayır. 4-5 ildən bir onun yanına gəlir. Axırıncı dəfə qızı 3 il əvvəl onun yanına gəlmişdir. Qusarda başqa qohumları yoxdur, kənddə qohumları var. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, iddiaçı qonşusu ilə həkimə getdikdən sonra “OKİ” xəstəxanasında ginekoloq işləyən Tamara xanım ona iddiaçının pis xəstəliyi olduğunu, uşaqlıq borusunda yumruq boyda xərçəng olduğunu, onu təcili Bakı şəhərinə aparılmalı olduğunu demişdir. Tamara da qonşusundan soruşmuşdur ki, bunun kimi var? Qonşusu da demişdir ki, bir qızı var Rusiyadadır, bir də qardaşı qızı Bakıdadır. Qonşu da, qızına və ona zəng etmişdir. Ayın 20-si səhər tezdən qonşusuna zəng etmiş və səhər tezdən 7-də Bakıya çatdırmasını demişdir. O, iddiaçı ilə 20 Yanvardaki onkoloji xəstəxanaya getmişdir. İddiaçıdan biopsiya götürdülər, 220 manat da pul istədilər. O, bilirdi ki, iddiaçı pensiyaçı olduğundan, onda o qədər pul yoxdur, həm də əlavə pulu da yoxdur. O ev heç onun ağlından da keçməyib. Yoldaşı da demişdir ki, nəyə gücün çatır kömək elə o arvada. O, dekabr ayının 20-dən 26na qədər, səhərdən axşama kimi, bibisilə həkimlərdə olmuşdur.Səhərisi gün bibisini kordeologiya inistitutuna aparmışdır. Ona bildirmişlər ki, ayın 9-da analizlərin cavabları çıxacaq. Sonra öz maşını ilə iddiaçını rayona gətirmişlər. Sonra Arzu ilə telefonla danışanda anasının xərçəng xəstəsi olduğunu demiş, Arzuda anasında bu xəstəliyin onda çoxdan olduğunu demişdir. Sonra ayın 5-dən iddiaçı onlarda qalmışdır. Ayın 7,8-i bibisı qızına zəng edib 2500 manat pul istəmişdir. Qızı da demişdir ki, “o, bir il kommunal xərcləri ödəməsə, yığa bilər”. Qızı iddiaçıya demişdir ki, “get evi sat, özün söhbəti həll et. Özün bilərsən”. Ona Arzu demişdir ki,iddiaçıya məxsus evi sat.O da demişdir ki, “bu qarışıqlıqda kim alacaq o evi?”Arzu anasına demişdir ki, “sənə heç nə olmaz”. Bundan sonra iddiaçı demişdir ki, “belədirsə mən də evi Sərxana verəcəm”. Onun böyük oğlu demişdir ki, belə olan halda zəng et qızından halallıq al. O, iddiaçının qızına zəng etmiş, qızı onlara halallıq vermişdir. Demişdir ki, o da belə istəyirdi. İddiaçı bağışlama müqaviləsində evi ona vermişdir. Heç bir hədə qorxu, psixi təzyiq falan olmamışdır. Bağışlanma müqaviləsi Quba Asan Xidmətində bağlanılmışdır. Müqavilədə heç bir şərt nəzərdə tutulmamışdır. Bibisinə baxdığı üçün evi ona bağışlayıb. Qızı 20 ildə 1 və ya 2 dəfə gəlib buraya. İddiaçının 3 qardaşı var, xəstəxanada olduğu vaxtda bir dəfə də olsun onun yanına gəlmədilər. İddiaçı 370 manat pensiya alır. Pensiyanı alanda qəbzlə birlikdə alıb özünə vermişdir. Xəstəlik xərcləri 5-6 min manat tutub. Onkologiyada müalicə xərcləri üçün heç bir qəbz verilmir. İddiaçıya 3 il baxmışdır. Qonşular ona Raziyənin müalicəsi və köməklik üçün 280 manat pul vermişlər. Raziyənin iş yoldaşları da 300 manat göndəriblər.İddiaçının qızı iddiaçını müalicə etdirtidiyini bilirdi və ona pul göndərməmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Üçüncü şəxs Quba regional “Asan Xidmət” mərkəzində Notariat ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək hal-hazırda keçirilən və sonra gələcəkdə keçiriləcək məhkəmə baxışı iclasında xidməti zərurətlə əlaqədar iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, iş üzrə çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.6-cı maddəsinə əsasən işə üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzindən verilmiş xəstəlik tarixindən çıxarışın surətindən görünür ki, İddiaçı uşaqlıq boynunun dəqiqləşdirilmiş hissəsində bədxassəli yenitörəməsi aşkarlanmışdır. İşdə olan 17 yanvar 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 49.7 kv/m olan mənzilini Cavabdeh bağışlamışdır. İşdə olan reyestr nömrəsi 30**********-05101-093001, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən daşınmaz əmlakın Çıxarışın surətindən görünür ki, ünvan 8 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X14 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasənəqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdimübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükəgözlədiyini təlqin edə bilən məcburetməəqdinetibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə dəəqdinmübahisələndirilməsinəəsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin birbirinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti iləşərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin məcəllənin 668.1.1-ci maddəsinə görə bağışlama, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Həmin Məcəllənin 670.1-ci maddəsinə görə bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Yəni bu növ müqavilələr müəyyən öhdəliklə şərtləndirildiyi halda belə, hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığının mövcud olması müqavilənin bağlanmış hesab olunması üçün vacibdir. Bağışlama müqaviləsi üzrə öhdəlik hədiyyə verəndə yaranır və hədiyyə predmetinin hədiyyə alana verilməsində ifadə olunur. Həmin Məcəllənin 670.3-cü maddəsinə əsasən, bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Həmin Məcəllənin 673.1-ci maddəsinə əsasən Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər:673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə;673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda;673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.2. Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: 673.2.1. bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; 673.2.2. vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; 673.2.3. vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. Həmin Məcəllənin 674.1-ci maddəsinə əsasən Aşağıdakı hallarda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir: 674.1.1. bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda;674.1.2. hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda. 674.2. Hədiyyə verən vaxtaşırı xidmətlər göstərməyi öhdəsinə götürdükdə, əgər ayrı şərt qoyulmayıbsa, bu öhdəliyə onun ölümü ilə xitam verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Göründüyü kimi, mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarlı olması üçün onun forma və məzmununa əməl olunması mütləq şərt kimi nəzərdə tutulmuş və həmin şərtlərə əməl olunmaması onun etibarsızlığına səbəb olur. Daşınmaz əmlakın bağışlama müqavilələri isə notariat qaydasında təsdiqlənməli, təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Bununla da, müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur.İddiaçı ilə Cavabdeh arasında bağlanmış 4Ə-87 № ilə qeydə alınmış 17 yanvar 2023-cü il tarixli bağışlama müqaviləsi bağlanarkən notariat orqanı tərəfindən müqavilənin qanunauyğunluğu, müqavilənin predmeti olan əmlaka dair sərəncam verən şəxsin-yəni İddiaçı həmin əmlaka dair bu hüquqa malik olması yoxlanılmış və həmin şəxsin belə bir hüquqa malik olması müəyyən edilmişdir. Bundan başqa, qanunvericiliyin tələblərinə əsasən müqavilələr, o cümlədən bağışlama müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilənin bağlanmasının və onun etibarlı olmasının zəruri şərtlərindən biridir. Bu barədə əqdin məzmunu tərəflərin sərbəst iradə ifadəsinə uyğun olmalı, əqdin şərtlərini arzu etdiklərini və buna razı olduqlarını öz hərəkətləri ilə bildirməlidirlər. Bununla da, qeyd olunan bağışlama müqaviləsi Mülki Məcəllənin tələblərinə tam uyğun olmuş, istər forması, istərsə də, məzmunu ilə bağlı tələb olunan şərtlərə tam uyğun bağlanmışdır. Həmin bağışlama müqaviləsinin etibarsızlığına səbəb ola biləcək, Mülki Məcəllədə müəyyən edilmiş şərtlərin pozulması ilə bağlı, o cümlədən cavabdehin və ya digər üçüncü şəxslərin iddiaçını əqdi bağlamağa məcbur edən hərəkətlər etməsi, ona hər hansı şəkildə təsir göstərməsi barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş, həmin hal məhkəmədə öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayaraq hesab edir ki, bağışlama müqaviləsi qanuni şəkildə bağlanmış, etibarsız hesab olunmasın üçün heç bir əsas yoxdur, bu səbəbdən də iddia tələbi əsassızdır və təmin edilə bilməz. İddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, nonneganti,incumbitprobation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iclasında tərəflər arasında imzalanmış bağışlanma müqaviləsinin etibarlılığını şübhə altına alan hallar müəyyən edilməmişdir. Bu isə ona dəlalət edir ki, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Sadalanan xüsusatalara və qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, hazırkı mübahisə üzrə tərəflər arasında bağlanılmış daşınmaz əmlakın bağışlanmasına dair müqaviləsinin etibarlılığını şübhə altına alan hallar müəyyən edilmədiyindən və bağışlanma müqaviləsi bu cür bir əqdin həyata keçirilməsi üçün qanunla müəyyən edilmiş qaydada həyata keçirildiyindən cavabdehə qarşı irəli sürülmüş daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız sayılaraq ləğv olunması barədə iddiası əsassızdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh və üçüncü şəxs Quba regional “Asan Xidmət” mərkəzində Notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız sayılaraq ləğv olunması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-424/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-424/2023
13.06.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver