Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-432/2021 17.05.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan olan uşaqları 12 aprel 2014-cü il təvəllüdlü X2 və 30 aprel 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi olaraq hər ay 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 2014-cü ildə nikahı rəsmi qeyd etdirməklə Cavabdeh ilə ailə həyatı qurmuşdur. Cavabdehlə birgə nikahlarından 12 aprel 2014-cü il təvəllüdlü X5 və 30 aprel 2016-cı il təvəllüdlü X4 adlı iki uşaqları anadan olmuşlar. Ailə münasibətləri pozulduğu üçün o, cavabdehdən ayrılmış və azyaşlı uşaqları ilə birlikdə valideynlərinin evinə qayıtmışdır. Ayrılmaqlarının səbəbi cavabdehin öz ailəsinin, uşaqlarının qayğısına qalmaması, onlara heç bir maddi və mənəvi yardım göstərməməsi olmuşdur. Cavabdehdən ayrıldığı vaxtdan azyaşlı uşaqlar onun himayəsindədirlər. Cavabdeh uşaqların saxlanmasının və tərbiyəsinin qayğısını çəkmir, uşaqların maddi, məişət ehtiyaclarının ödənilməsini təmin etmir, ona uşaqların saxlanması üçün heç bir köməklik göstərmir. Uşaqları təkbaşına saxlamaq onun üçün çətindir. Ona görə də, uşaqların saxlanması üçün cavabdehdən onun xeyrinə aliment tutulmalıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, o, işləmir, Cavabdeh isə işləyib-işləməməsini bilmir. O, cavabdehlə sonuncunun valideynlərinin evində həmin şəxslərlə birlikdə yaşamışlar, cavabdeh əvvəllər Rusiya Federasiyası Dağıstan Respublikasında işləmiş, qazandığı pulları öz ata-anasına göndərmiş, bu səbəbdən də, cavabdehin hansı miqdarda qazanc əldə etməsindən onun xəbəri olmamışdır. Hazırda o, cavabdehdən hər ay hər uşağa görə 175 manat məbləğində aliment tələb edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf etmiş və izahatında göstərmişdir ki, o, 2014-cü ildə İddiaçı ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından Kəmran və Milana adlı iki uşaqları anadan olmuşlar. İddiaçı onunla yaşamaq istəmədiyini bildirərək ondan faktiki olaraq ayrılmış, lakin nikahları pozulmamışdır. Uşaqlar analarının yanında yaşayırlar. Hal-hazırda o, işləmir, aylıq stabil gəliri yoxdur. O, hər ay hər uşağa görə 50 manat məbləğində aliment ödəyə bilər. Odur ki, həmin halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş “nikah haqqında akt qeydindən Çıxarış”dan görünür ki, Cavabdeh ilə X6 01 aprel 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan AZ-lll 262096 və AZ-İİİ 712273 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X5 12.04.2014-cü ildə, X4 30.04.2016-cı ildə anadan olmuşlar, ataları Cavabdeh, anaları İddiaçıdır. İş materiallarında olan Qusar rayon İHB-nın X13 Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 16 aprel 2021-ci il tarixli 259 nömrəli arayışdan görünür ki, İddiaçı azyaşlı uşaqları 12 aprel 2014-cü il təvəllüdlü X5 və 30 aprel 2016-cı il təvəllüdlü X4 ilə atası X3 məxsus Qusar rayonu Quxuroba kəndində yerləşən fərdi yaşayış evində yaşayırlar. İş materiallarında olan Qusar rayon İHB-nın X14 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 22 aprel 2021-ci il tarixli 197 nömrəli arayışından görünür ki, 1986-cı il təvəllüdlü Cavabdeh Samur qəsəbəsində yaşayır və heç bir yerdə işləmir. İş materiallarında olan Qusar rayon İHB-nın X14 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 22 aprel 2021-ci il tarixli 198 nömrəli arayışından görünür ki, 1986-cı il təvəllüdlü Cavabdeh adına təsərrüfatbaşına kitabda qeydə alınmış iri və ya xırda buynuzlu heyvan və əmlakı yoxdur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikaha daxil olmuş, lakin xasiyyətləri uyğun gəlmədiyindən nikahları uğursuz olmuş və onlar artıq ər-arvad münasibətlərini kəsməklə, ayrılmışlar. Tərəflərin birgə nikahlarından anadan olmuş 12 aprel 2014-cü il təvəllüdlü X5 və 30 aprel 2016-cı il təvəllüdlü X4 hal-hazırda İddiaçı yanında yaşayırlar. Həmin uşaqları təkbaşına saxlamaq iddiaçı üçün çətinliklər yaradır, cavabdeh isə həmin uşaqların saxlanmaları üçün iddiaçıya heç bir köməklik göstərmir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh 12 aprel 2014-cü il təvəllüdlü Kəmran və 30 aprel 2016-cı il təvəllüdlü Milana adlı uşaqların qayğısına qalmadığından, öz valideynlik borcunu lazımi qaydada yerinə yetirmədiyindən məhkəmə qaydasında ondan iddiaçının xeyrinə həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay aliment tutulmalıdır. Tərəflərin maddi və digər vəziyyətlərini, həmçinin uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq məhkəmə alimentin miqdarının hər ay hər uşağa görə sabit pul məbləğində İddiaçı tələb etdiyi kimi 175 (yüz yetmiş beş) manat deyil, 100 (yüz) manat müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, hazırkı halda həmin şəxsin tələb etdiyi miqdarda alimentin Cavabdeh ödəmək iqtidarında olması öz təsdiqini tapmamış, bu barədə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Belə olan halda alimentin miqdarının həmin şəxsin tələb etdiyi miqdarda müəyyən olunması tərəflərin maddi və əmlak vəziyyətlərinə mütənasib olmaz. Bundan başqa, uşaqları saxlamaq yalnız atanın deyil, həm də ananın vəzifəsi olduğundan ölkə üzrə uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu məbləğinin yalnız atadan tutulmasını məhkəmə düzgün və ədalətli hesab etmir. Bundan başqa, məhkəmə alimentin miqdarının Cavabdeh qeyd etdiyi kimi hər ay hər uşağa görə 50 manat məbləğində müəyyən olunmasını da uşağın mənafeyi baxımından düzgün və əsaslı hesab etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi hallar qismən sübuta yetirilmişdir. Alimentin tutulması məhkəməyə müraciət olunduğu vaxtdan-yəni 19 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1, 8.1.2-ci maddələrinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1, 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan və Cavabdeh bir il ərzində ödəyəcəyi alimentin miqdarı 500 manatdan artıq olduğundan ondan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 234.2, 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75- 78, 100-cü maddələrini, Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx xxx 1986-cı ildə Qusar rayonu Aşağı Tahircal kəndində anadan olmuş, Qusar rayonu Samur qəsəbəsində yaşayan Cavabdeh İddiaçı xeyrinə 12 aprel 2014-cü il təvəllüdlü X2 və 30 aprel 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşaq üçün 100 (yüz) manat, cəmi isə 200 (iki yüz) manat miqdarda aliment tutulsun. Alimentin tutulması 19 aprel 2021-ci il tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(029)-432/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-432/2021
17.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver